.

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz Səid Cəfərovun anası ilə görüşüb, sizin kimi qadınlarımızla qürur duyuruq deyib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Neftçala rayonu, Xolqarabucaq kənd sakini, Vətən Müharibəsinin şəhidi Səid Zəfər oğlu Cəfərovun anası Könül xanım Cəfərova ilə Mədəniyyət Komitəsində görüşüb, şəhidin döyüş yolu ilə maraqlanıb, ürək sözlərini bölüşüb: "Əziz şəhid anası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş hərbçimizin anasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid anaları haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid hərbçimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Biz bilirik ki, hərbçi olmaq Səid Cəfərovun uşaqlıq arzusu olub. O öz arzusunu gerçəkləşdirərək, Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin Baş çavuşu olub. 2019-cü ildə qardas Türkiyədə Jandarma Komando Özəl Asayiş Komutanlığında kurs keçmiş, kursda fərqləndiyinə görə "Təqdir Bəlgəsi" ilə təltif edilmiş Səid Cəfərov, ölkədaxili təlimlərdə də həmişə fəal iştirak edərək fərqlənib, "Fəxri fərman"larla təltif olunub. Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olan Səid, Murovdağ, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Tuğ, Şuşa istiqamətində fədakarlıqla döyüşüb. Növbəti döyüş başlamadan öncə Səidin bacısına yazdığı "Əgər bu gün bu torpaqlar işğaldan azad edilməsə, gələcək nəsillər bizə nifrət edər!" ismarıncı onun vətəncanlılığını, hərbçi məsuliyyətini parlaq şəkildə ifadə edir. Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. Səid kimi Vətən oğullarının həyatının ədəbi, bədii əsərlərə mövzu olacağına inanıram. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycan tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik"! Şəhid zabitin ailəsinə Komitə adından Məktub və xatirə hədiyyəsi təqdim edilib.
24 Fevral 2021 Azərbaycan və Pakistan parlament dostluq qruplarının Xocalı soyqırımına həsr olunmuş görüşü keçirilib
24 Fevral 2021 Vətəndaşın hüquqlarını pozan daha bir şəxsin qanunsuz əməlləri ifşa edildi
24 Fevral 2021 Gürcüstan bu tarixdən sərhədlərini Rusiya vətəndaşlarına açır
24 Fevral 2021 Rusiyadan ABŞ-a İranla bağlı çağırış
24 Fevral 2021 Son sutkada yoluxanların sayı açıqlandı
24 Fevral 2021 Qənirə Paşayeva Axıska Türklərinin "Vətən" İctimai Birliyinin üzvləri ilə görüşdü - FOTOLAR
24 Fevral 2021 Q.Paşayeva qəhrəman şəhidimiz Rasim Məmmədovun ailə üzvləri ilə görüşüb
24 Fevral 2021 Paşinyan Rusiyanı BİABIR ETDİ: ““İsgəndər” raketlərini atdıq, partlamadı”
24 Fevral 2021 Qarlı havaya görə bəzi məktəblərdə dərslər təxirə salındı
23 Fevral 2021 Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
22 Fevral 2021 Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi niyə güclənməkdədir? - ŞƏRH
22 Fevral 2021 “Peyvəndləmə yalnız bu halda təsirli ola bilər” - ÜST rəhbəri
22 Fevral 2021 Bu qışın ən soyuq günü bu tarixdə olacaq - Açıqlama
22 Fevral 2021 72 yeni yoluxma faktı qeydə alınıb, 75 nəfər müalicə olunaraq sağalıb
22 Fevral 2021 Q.Paşayeva qəhrəman şəhidimiz Səid Cəfərovun anası ilə görüşüb
22 Fevral 2021 Cəriməsini ödəməyən şəxs bölməyə aparıla bilər?
22 Fevral 2021 Q.Paşayeva qəhrəman şəhidimiz Vüsal Şirinovun atası ilə görüşüb
21 Fevral 2021 Sevindik Nəsiboğlu yazır: “Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi” – Şirxan Quliyev
21 Fevral 2021 Q.Paşayeva qəhrəman şəhidimiz, Baş leytenant İlqar Vəliyevin həyat yoldaşı ilə görüşüb
21 Fevral 2021 Q.Paşayeva Yaponiyanın nümayəndə heyəti ilə görüşdə Qarabağ həqiqətlərinin dost Yaponiyada daha geniş yayılması barədə təkliflərlə çıxış edib.
21 Fevral 2021 Göyçayda avtomobil kanala düşdü: yaralılar var - Video
20 Fevral 2021 İnsanda ilk dəfə quş qripi aşkarlandı
20 Fevral 2021 Q. Paşayeva tanınmış pantomim aktyoru, Xalq artisti Pərviz Məmmədrzayevi 50 illik yubileyi münasibəti ilə təbrik edib
20 Fevral 2021 Yaşı 16-dan aşağı olanlar metal tullantılarını təhvil verə bilməyəcək - QƏRAR
20 Fevral 2021 Ərdoğan Azərbaycanla bağlı sazişi imzaladı
20 Fevral 2021 Böyük ehtimalla, yeni müharibə qaçılmaz olacaq - Şok açıqlama
20 Fevral 2021 Q.Paşayeva qəhrəman şəhidimiz Musa Həmzəyevin ailəsi ilə görüşüb
20 Fevral 2021 İctimai nəqliyyat iki gün işləməyəcək
20 Fevral 2021 ABŞ ordusunu bu ölkədən çıxaracaq? - Ostin
19 Fevral 2021 Q. Paşayeva Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla görüşüb

Xəbər lenti