.


Sizi Tanıyaq layihəsinin Müsahibim rublikasının qonağı vətənpərvər, gənc istedad Gözəl saz ifaçısı Nazənin Leriklidir. AFİA.AZ müsahibəni təqdim edir:


-Salam Sizi Tanıyaq ailəsinə xoş gəldiniz.Layihəmizin adət-ənənəsinə uyğun olaraq öncə Sizi Tanıyaq.
-Salam ilk öncə sizləri  və dəyərli izləyicilərimizi salamlayıram və əminəm ki  müsahibəmizdən xoş təəssürat alacaqlar. Mən Nazənin Lerikli 2003-cü ildə anadan olmuşam və əslim Lerikdəndir.  
24 nomreli 11 illik musiqi məktəbinin saz ixtisasi uzrə 5 illik şöbəsini bitirmişəm.  Hal-hazırda Azərbaycan Milli Konservatoriyasında saz ixtisası üzrə 1-ci kursda təhsil alıram
-Sevdiyin ixtisas və gələcək planların nədir?
-Sevdiyim ixtisas saz ixtisasıdır və planlarım  gələcəkdə ali təhsilimi əla qiymətlər ilə başa vurub savadlı müəllimlərdən olub ölkəmizə savadlı və gənc musiqiçilər bəxş etməkdir
-Hansı fənni daha çox sevirsən? 
-Mən ümumiyyətlə bütün fənlərə indiyə kimi eyni həvəslə yanaşmışam , musiqini sevməyimə rəğmən musiqi fənnini belə digər fənlər ilə eyni səviyyədə oxumuşam və sevmişəm.  Mən Azərbaycanın görkəmli sənətkarları kimi sayilib seçilən, hörmətli biri olmaq istəyirəm, məsələn Aşıq Zülfiyyə Xanım, Aşıq Ulduz xanım  kimi dəyərli sənətkarlardan olmaq istəyirəm
-Müharibədən qalib çıxmış ölkə vətəndaşı olaraq qələbə xəbərlərinə ilk reaksiyan necə oldu?
-Müharibədən qalib çıxmış ölkə vətəndaşı olaraq mən də digər vətəndaşlar kimi, vətənini sevən insanlar kimi sevindim hətta sevincdən ağladım desəm yeridir. Çünki bizim qisasımız alındı Şəhidlərimizin qanı yerdə qalmadı və Qarabağ 30 ildən sonra öz Azadlığına qovuşdu 
-Aşıq sənətinə marağın necə yarandı?

-Aşıq sənətinə marağım əslində daha çox anamın sayəsində yarandı, çünki anam həddindən artıq saza çox bağlıdır, hətta bəzən mənim yerimə sazı oxşayır. Və mən də gözümü açdığımdan bəri evimizdə saz kasetləri, Aşıqların videolarını görmüşəm və saza marağım yaranıb.
- Neçə yaşından saz çalirsan?
 -Sazı 11 yaşımdan ifa etməyə başlamışam və artıq 7 il olacaq ki, sazı ifa edirəm


-Ustadın kim olub, hansı aşıqların yaradıcılığından bəhrələnmisən?
-Ustadım Aşıq Təşəkkül Laçınlı olmuşdur, və Aşıq Altay, Aşıq Mübariz Əliyev və Aşıq Fəxrəddin Baxışəliyev yaradıcılığından bəhrələnirəm və eynilə digər aşıqlar da daxil olmaqla. Aşıq Mübariz Əliyev , Aşıq Ədalər Dəlidağlı  Aşıq Solmaz Kosayeva  Aşıq Ulduz və digər bir çox dəyərli sənətkar aşıqlarımızı dinləyirəm
-Layihəmizin davamli qonaqlari oxuculari izləyiciləri arasında dəyərli millət vəkilləri də var. Millət vəkillərinə müraciətin nə olardı ?

-İlk Öncə dəyərli Millət Vəkillərini hörmət və sayğı ilə salamlayıram və onlara dərin təşəkkürümü bildirirəm ki, bizim kimi gənclərə dəstək olurlar
Və onlara müraciətim o olardi ki, bizlərdən fərqli olaraq istedadı olsa da maddi sıxıntılarına görə üzdə olmayan bir çox gənclərimiz var və istəyim odur ki, onların istedadlarının üzə çıxması üçün daha çox yardım göstərsinlər və ya yardım fondları yaratsınlar.Məsələn Sizi Tanıyaq layihəsi istedadlı gənclər üçün bir çox iş görüb amma maliyyə baxımdan ideyalarını gerçəkləşdirə bilmir. Düşünürəm ki dəstək olarsa daha çox iş görə bilərsiz. Bu da daha çox istedadlıya dəstək olmaq deməkdir.

-Karantində vaxtını nece keçirirsən? Başqa hansı istedadın var?

-Karantində vaxtımı dərslərimi oxumaq ilə dəyərləndirirəm Hobbim rəqs etməkdir. Aktrisalıq kimi istedadım da var

-Hər saz çalandan aşıq olarmı?

-Məncə hər saz ifa edəndən aşıq olmaz! Necə ki, hər kitab oxuyandan müəllim olmaz! 
Çünki hər saz ifa edən aşıq olsaydı, bizim aşıqlarımıza ustadlarımıza nə ad vermək olardı? 

-Söhbətimizin sonunda başqa nə demək istərdiniz? Həmkarlarınıza və ya oxucularımıza bir sözünüz varmı?

-Söhbətimizin sonunda dəyərli izləyicilərimizə onu demək istəyərdim ki, dəyərli vaxtlarını bizə ayırıb bizi dinlədikləri üçün çox sağ olsunlar, minnətdaram, onlara dərin təşəkkürümü bildirirəm
Həmkarlarıma sözüm odurcki, sənətdə özlərinin yerlərini doğrultsunlar və doğrultmaq üçün də əllərindən gələni etsinlər. Çünki saz sənəti müqəddəs bir sənətdir
Və oxucularımıza da onu demək istəyirəm ki, bizi izləməyə davam etsinlər.
-Nazənin, bugünkü maraqlı söhbət üçün təşəkkür edirik. Sənə uğurlar arzulayırıq
Vüsalə Qələndərli





Xəbər lenti