Sizi Tanıyaq layihəsinin qonağı, öz savadı və istedadı ilə seçilən 7 yaşlı Cümşüdlü Uğurdu AFİA.AZ istedadlı məktəbli , Qiraətçi Uğur Cümşüdlünün müsahibəsini təqdim edir:
-Salam Uğur, necəsən? -Salam.Yaxşıyam -Sizi Tanıyaq ailəsinə xoş gəldin. Layihəmizin adət-ənənəsinə uyğun olaraq öncə Səni daha yaxından tanıyaq. -Çox sağ olun. Mən Cümşüdlü Uğur. 7yaşım var. Bakı şəhəri Nizami rayonu 129 saylı məktəbin 2 -ci sinfində oxuyuram. -Dərslərini necə oxuyursan?Sevdiyin fənn hansıdır? -Dərslərimi yaxşı oxuyuram ən çox sevdiyim fənn Riyaziyyat ,İnglis dili və rus dilidir. -Onlayn təhsil yoxsa ənənəvi təhsil? Bu sistemlərin çətinlikləri və üstünlükləri hansıdır? -Məktəbə getməyi daha çox istəyirəm. -Hobbin nədir? -Hobbim Kitab oxumaqdır. Ən çox kosmos ,planetlər və robotlar haqqında məlumat oxumağı sevirəm.Və hətta özüm sadə robotlar da düzəltmişəm.
-Hansı peşənin sahibi olmağı arzu edirsən? -Mən gələcəkdə kosmonavt olmaq istəyirəm. -Gözəl şeir demək qabiliyyətin var, bu sahəyə marağın necə yarandı?
-Məndə şeir deməyə bağçadan həvəs yaranıb. Çünki bağçada Sevinc müəlliməm bizi bütün tədbirlərə həvəslə hazırlayırdı. İndi isə sinif müəlliməm Şəhla müəllimə mənə köməklik edir . -Yəqin ki tanınmış Qiraətçi olmaq istəyərsən? -Ən cox kosmonavt kimi tanınmağı istərdim -Məktəbdə keçirilən tədbirlərdə fəalsanmi? - Sinif tədbirlərində fəalam -Hansı mövzuda şeirlər səsləndirirsən -Vətənimiz ,bayrağımız,Türkçülüyümüz haqqında şeirləri daha çox sevirəm -Ailənizdə səndən başqa xüsusi istedadı olan kim var? -Qardaşımın idmana daha çox marağı var -Adının mənasını bilirsənmi? --Uğur,uğurlu, şans deməkdir -Səni adətən hərbi geyimdə görürük.Çoxmu sevirsən vətəni? -Bəli Vətənimizi bayrağımızı cox sevirəm.
-Vətən qarşısında borcunu nədə görürsən? -Yaxşı oxumaq ,savadlı insan olmaq istəyirəm və Azərbaycanı daha da tanıtmaq istəyirəm -Biz də sənə Sizi Tanıyaq ailəsi adından uğurlar diləyirik Uğur. Yolun açıq olsun. Səsin böyük zirvələrdən gəlsin VÜSALƏ QƏLƏNDƏRLİ