.

Prezident İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

KONKRET.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Sərəncamda qeyd olunub ki, 2021-ci ilin fevral ayında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyi tamam olur.
Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoymuş və yeni yanaşma üsulları meydana gətirmişdir. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərmiş, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynamışdır.
Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülüb.
02 Mart 2021 Anar Kərimov Fəxrəddin Altunla görüşdü
25 Fevral 2021 Əməkdar artistdən Xocalı kompozisiyası - Fotolar
06 Fevral 2021 Lütfi Zadənin 100 illiyinə həsr olunmuş videokonfrans təşkil edilib - FOTO
01 Fevral 2021 Q.Paşayeva qəhrəman şəhidimiz Tural Hümmətovun bacısı ilə görüşüb
25 Yanvar 2021 Lütfi Zadənin 100 illiyi qeyd ediləcək – Sərəncam
18 Yanvar 2021 Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı ictimaiyyətə müraciət edib
18 Yanvar 2021 "Mehriban Əliyeva Muğamın böyük himayədarıdır"-MÜSAHİBƏ
15 Yanvar 2021 GƏNCLƏR ÜÇÜN İNCƏSƏNƏT HƏFTƏSİ KEÇİRİLİB
12 Yanvar 2021 Əməkdar artist: “Dünyaya çıxmaq üçün mədəniyyətimizlə bağlı yeni layihələr hazırlanmalıdır”
06 Yanvar 2021 Bir qrup tanınmış ictimai xadim və jurnalistlər təltif ediliblər
05 Yanvar 2021 İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
05 Yanvar 2021 Qənirə Paşayeva Dövlət Akademik Dram Teatrının qazi əməkdaşları ilə görüşüb
02 Yanvar 2021 Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Yaşat məni” layihəsi baş tutub-VİDEO+FOTO.
28 Dekabr 2020 UNESCO: “Şuşada salamat tarixi bina qalmayıb, 11 məscid məhv edilib” - FOTO
25 Dekabr 2020 "QARABAĞ AZƏRBAYCANDIR! " DEVİZİ ALTINDA İNTERNET MÜSABİQƏSİ
23 Dekabr 2020 Şuşada səhnə quruldu, muğam oxundu - VİDEO
22 Oktyabr 2020 “10 aylıq uşağı öldürüb “azadlıq” deyə bağıra bilməzsən” - Türkiyəli müğənni
29 Sentyabr 2020 Arif Babayev insult keçirdi
04 Sentyabr 2020 Qənirə Paşayeva Mirzə Ağabəyli ilə görüşüb
02 Sentyabr 2020 Komitə sədri Lütfiyar İmanovun adının əbədiləşdirilməsi ilə bağlı Baş nazirə müraciət etdi
01 Sentyabr 2020 Q.Paşayeva Xalq şairi Fikrət Qocanı 85 illik yubileyi münasibətilə təbrik edib.
21 Avqust 2020 Aygiz Baymuxammetin məşhur “Getmə, ana” əsəri Azərbaycan dilində işıq izi görüb.
20 Avqust 2020 Əliağa Şıxlinskinin məzarı üstündə büstü qoyulacaq
19 Avqust 2020 Astara şəhər Musiqi Məktəbinə Oqtay Kazıminin adı veriləcək
16 Avqust 2020 Xalq şairi Bəxtiyar Vahabzadənin 95 illik yubiley günüdür
22 İyul 2020 Anar Kərimov kollektivə təqdim olundu
01 İyul 2020 Mədəniyyət Nazirliyində yoxlamalar aparılır? - RƏSMİ
11 İyun 2020 Xalq artisti Teymur Mustafayev vəfat etdi
09 May 2020 Əbülfəs Qarayev nazirlikdəki DTX əməliyyatından danışdı: “Yəqin ki, hər şey...”
07 May 2020 MTRŞ telekanallar barədə qərarı ilə bağlı bəyanat yaydı

Xəbər lenti