.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin fəaliyyəti araşdırılır və istintaqın gedişatı barədə ictimaiyyətə məlumat veriləcək. 
Bu barədə  Azərbaycan Respublikası Baş Prokurorluğundan məlumat verilib. 
“Bu işlə əlaqədar olaraq intensiv istintaq əməliyyat tədbirləri həyata keçirilir. İstintaq sirri olduğundan, hazırda məlumat verə bilmərik. İstintaqın gedişatından asılı olaraq, ictimaiyyətə mütəmadi məlumat veriləcək”, - deyə Baş prokurorluqdan bildirdilər.    
Prezidentin göstərişi ilə jurnalistlər üçün tikilən binada mənzil bölgüsündə ciddi qanun pozuntularına yol verildiyi sübut olunub.
Bakupost.az-a daxil olan məlumata görə, ötən ilin iyulundan başlayan araşdırma artıq yekunlaşıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqa ikinci binadan ev alan əksər jurnalistlər cəlb edilib, onların izahatları alınıb. Hətta bəzi jurnalistlər bir neçə dəfə dindirilib.
Araşdırma nəticəsində məlum olub ki, mənzil verilən 20 nəfər “Jurnalistlər binası”ndan ev almaq üçün müəyyənləşmiş tələblərə uyğun deyil. Bəzilərinin fəaliyyəti orada qoyulan tələblərə cavab vermir, bəzilərinin isə təqdim etdiyi sənədlər saxtadır.
Məsələ ilə bağlı sənədlər toplanıb və aidiyyəti qurumlara təqdim olunub. Saxta yolla əldə edilən mənzillərin geri alınacağı gözlənilir.
Məlumat üçün bildirək ki, qaydaya görə mənzil almaq istəyən jurnalist ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq, Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürə bilərdi. Şərtlərə əsasən, televiziya və radio yayımçılarının 10, gündəlik qəzetlər və informasiya agentliklərinin 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytların isə 3 namizəd müəyyənləşdirə bilmək imkanı vardı.
Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz üç il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməli idi.
Adları Mətbuat Şurasının “qara siyahı”sına daxil edilən, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzdilər.
Oxu.az
11 Fevral 2021 Mehriban Əliyevadan İSESKO-ya üzv olan ölkələrə - Çağırış
06 Fevral 2021 Prezidentin köməkçisi Zəngilan və Cəbrayıla səfərdən YAZDI
01 Fevral 2021 Prezident və Mehriban Əliyeva 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar - YENİLƏNİB+FOTO/VİDEO
29 Yanvar 2021 Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub
29 Yanvar 2021 Qənirə Paşayeva Vətən Müharibəsinin bir qrup qazisi ilə görüşüb
23 Yanvar 2021 “Türkiyə, Azərbaycan və Pakistan Qarabağ məsələsində bir ürək oldu” - Hulusi Akar
22 Yanvar 2021 Məktəblər bu tarixdə açılır - Rəsmi
20 Yanvar 2021 Prezident və xanımı Şəhidlər Xiyabanında - Foto
19 Yanvar 2021 “Jurnalistlər binası”ndan verilən mənzillər geri alınacaq? - Prokurorluqdan AÇIQLAMA + YENİLƏNİB
15 Yanvar 2021 Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?!
12 Yanvar 2021 Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi tam gücləndirildi
09 Yanvar 2021 XİN-dən Ermənistana ÇAĞIRIŞ: "Təxribata son qoyun!"
08 Yanvar 2021 Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcəklər - "Qaçqınkom"
08 Yanvar 2021 Prezidentin İrəvana qəti mesajı: Başlaya bilərik – Video
06 Yanvar 2021 Ərdoğan Naxçıvan-İğdır qaz kəmərinin reallaşdırılması üçün qərar verdi
06 Yanvar 2021 Prezident müşavirə keçirdi
02 Yanvar 2021 Paşinyan yenə özünü gülüş hədəfinə çevirdi: “Türkiyəyə ciddi sanksiya” açıqlaması lağlağı obyekti oldu
02 Yanvar 2021 BMT-nin sülhməramlı səfiri: "Ermənistan uzun illər UNESCO konvensiyasını pozurdu"
02 Yanvar 2021 NATO-da mühüm post Türkiyəyə TƏHVİL VERİLDİ
30 Dekabr 2020 Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirləri görüşəcək
28 Dekabr 2020 Müdafiə Nazirliyi Xocavənddəki hadisəylə bağlı məlumat yaydı
24 Dekabr 2020 Bu gün İlham Əliyevin doğum günüdür
23 Dekabr 2020 Prezident işğaldan azad edilmiş Qubadlıda - VİDEO
17 Dekabr 2020 Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Putin
15 Dekabr 2020 Bakının etirazı: Rusiya MN “xəritə”ni bərpa etdi – Foto
12 Dekabr 2020 Heydər Əliyevin vəfatından 17 il keçir
11 Dekabr 2020 Putin Əliyevin təşəbbüsünü dəstəklədi - ƏRDOĞAN
11 Dekabr 2020 Ərdoğan Ermənistanla sərhədin açılması üçün əsas şərti açıqladı
10 Dekabr 2020 Azərbaycanın möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
08 Dekabr 2020 Şəhidlərimizin ad-soyadı açıqlandı - Siyahı

Xəbər lenti