.

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

NK-dan AFİA.AZ-a verilən məlumatda bildirilib ki, dünyada, ö cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilmişdir.
Eyni zamanda bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən
● Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.
2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:
● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);
● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
● muzey və sərgi zallarının fəaliyyəti;
● şəhərlərarası və rayonlararası hərəkət.
2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.
Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.
2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müvafiq təşkilatların əməkdaşlarına xidməti vəsiqə, ezamiyyə vərəqəsi, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına isə müvafiq akkreditasiya kartları əsasında, habelə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən digər şəxslərin qeyd olunan ərazilərə giriş-çıxışına həmin şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icazə.e-gov.az” portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcəkdir. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət edə bilər.
2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında icazə verilir.
Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.
Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.
Qeyd edək ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir.
03 Mart 2021 Vaksinasiya olunmaq istəməyən müəllimləri nə gözləyir? - AÇIQLAMA
28 Fevral 2021 Müdafiə Nazirliyi Ağdamda həlak olan əsgərlə bağlı məlumat yaydı
27 Fevral 2021 Əliyev: Dağlıq Qarabağ ifadəsini işlətməməliyik - Video
25 Fevral 2021 Xocalı soyqırımından 29 il ötür.
22 Fevral 2021 Ceyhun Bayramov Türkiyəyə gedir
17 Fevral 2021 Baş nazirdən un və çörəyin qiyməti ilə bağlı QƏRAR
17 Fevral 2021 Sabahın hava proqnozu - XƏBƏRDARLIQ
14 Fevral 2021 İlham Əliyev Ərdoğana başsağlığı verdi
14 Fevral 2021 Putin Rusiyadakı etirazlara münasibət bildirdi - VİDEO
11 Fevral 2021 "Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik" - Birinci vitse-prezident
08 Fevral 2021 Cəbrayılda 3 nəfər minaya düşüb - 1-nin meyiti tapılıb
07 Fevral 2021 Mübariz İbrahimovun doğum günüdür
05 Fevral 2021 Faktiki hava açıqlandı: Güclü külək...
05 Fevral 2021 Nazirlik azad edilmiş daha bir kəndin GÖRÜNTÜLƏRİNİ YAYDI
05 Fevral 2021 Ağdamdakı partlayışda həlak olan əsgər Zeynalov... - Fotolar
28 Yanvar 2021 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox Şuşa”
24 Yanvar 2021 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb
23 Yanvar 2021 Məmurlar bu cür olmalıdır - Hikmət Hacıyev
22 Yanvar 2021 “Qısa müddətdə qapanmalara qayıda bilərik” - NAZİR
22 Yanvar 2021 5-9-cu siniflərin əyani tədrisi üçün qərar... - Nazir açıqladı
20 Yanvar 2021 Qanlı yanvar: 31 il ötdü
16 Yanvar 2021 Operativ Qərargahın yeni qərarlarının qısa - İzahı
16 Yanvar 2021 Rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunur
16 Yanvar 2021 Azərbaycanda sərt karantin rejimi yumşaldılır
15 Yanvar 2021 Prezident Şuşaya getdi - Video
13 Yanvar 2021 Vaqif Dərgahlı: “Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb”
13 Yanvar 2021 Bu gün Azərbaycan, Türkiyə və Pakistan XİN başçıları görüşəcək
12 Yanvar 2021 Moskva görüşündə nə əldə etdik? – Mehdiyevin şərhi
11 Yanvar 2021 Əliyev-Putin-Paşinyan görüşü başladı - Canlı
08 Yanvar 2021 Azərbaycanda şirkət rəhbəri həbs edildi - Səbəb

Xəbər lenti