.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 14-də İranın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri ona Azərbaycan ilə İran arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Müdafiə naziri Vətən müharibəsi zamanı İranın Azərbaycanın mövqeyini dəstəklədiyinə görə səfirə minnətdarlığını bildirib, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəmiyə salamlarını çatdırmasını xahiş edib.
Müdafiə naziri Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə başçılarının görüşlərinin mühüm rol oynadığını qeyd edərək hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. Öz növbəsində, diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə ölkəsi adından Azərbaycan xalqını və dövlətini təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
S.A.Musəvi dost ölkə olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasında vacib amil olduğunu qeyd edib.
Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, həmçinin regional problemlər müzakirə olunub.
03 Mart 2021 Martın 8-də ictimai nəqliyyat işləməyəcək - Rəsmi
03 Mart 2021 Q.Paşayeva bir qrup tanınmış və yeni nəsil yazarı ilə görüşüb
03 Mart 2021 Sevindik Nəsiboğlu yazır: Şuşa fatehi, Zəfərin oğlu
03 Mart 2021 Prezident Pakistanın hərbi nümayəndə heyətini videoformatda qəbul etdi
03 Mart 2021 Q.Paşayeva şəhid Baş leytenant Famil Əhmədzadənin atası ilə görüşüb
02 Mart 2021 Hərbçilərin maaşına əlavələr edildi - Rəsmi açıqlama
02 Mart 2021 Vilayət Eyvazov şəhid övladına DİN-də VƏZİFƏ VERDİ
02 Mart 2021 Laçın şəhəri: Rusiya sülhməramlılarının nəzarəti altında həyat... - REPORTAJ
02 Mart 2021 Yoluxanların sayı 300-ü keçdi
02 Mart 2021 Merkel: “Pandemiya insanın təbiətə müdaxiləsinin nə dərəcədə təhlükəli olduğunu göstərdi”
02 Mart 2021 “COVID-19-un ilin sonuna qədər bitməsini gözləmək real deyil” - ÜST
01 Mart 2021 Bu konfrans Azərbaycanın mövqeyini bir daha təsdiqlədi - Deputat
01 Mart 2021 “Şuşanı alan XTQ-lər yaralı halda azı 3 gün döyüşüb” - Video
01 Mart 2021 Bir başqa 26 fevral...
27 Fevral 2021 Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ
27 Fevral 2021 İşaxtaran şəxslərin peşə hazırlığı ödənişsiz olacaq - Qərar
27 Fevral 2021 Ramanadakı açılış mərasimi və bu mərasimdən çıxan ilkin nəticələr
27 Fevral 2021 Q.Paşayeva Vətən Müharibəsində 2 oğlu şəhid olmuş ana ilə görüşüb
26 Fevral 2021 Karantin rejimi yenidən sərtləşdiriləcək? - RƏSMİ
26 Fevral 2021 Yüzlərlə polis Paşinyanın evini nəzarətə götürdü - VİDEO
26 Fevral 2021 “…Ən böyük ehtiram Vətən Müharibəsi nəticəsində qazanılan Böyük Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi oldu”-MİLLƏT VƏKİLİ
26 Fevral 2021 Q.Paşayeva Gənc Politoloqlar Təşkilatının Xocalı Soyqırımının 29-cu ildönümü ilə bağlı təşkil etdikləri konfransda gənclərə çağırış edib.
26 Fevral 2021 Prezident iranlı jurnalisti sualına peşman etdi
26 Fevral 2021 Paşinyan Qasparyanı çağırdı, cavabı çox sərt oldu
25 Fevral 2021 Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirilmişdir.
25 Fevral 2021 Qənirə Paşayevabir qrup şəhid ailəsi üzvü ilə görüşüb
25 Fevral 2021 İlham Əliyevdən Ərdoğana ad günü təbriki
24 Fevral 2021 Azərbaycan və Pakistan parlament dostluq qruplarının Xocalı soyqırımına həsr olunmuş görüşü keçirilib
24 Fevral 2021 Vətəndaşın hüquqlarını pozan daha bir şəxsin qanunsuz əməlləri ifşa edildi
24 Fevral 2021 Gürcüstan bu tarixdən sərhədlərini Rusiya vətəndaşlarına açır

Xəbər lenti