.

Sizi Tanıyaq layihəsinin Müsahibim rublikasının qonağı vətənpərvər, istedadalı gənc yazar Nərgiz Mirzəyevadır.

-Salam Sizi Tanıyaq ailəsinə xoş gəldiniz. Layihəmizin adət-ənənəsinə uyğun olaraq öncə Sizi Tanıyaq.

-İlk öncə hər kəsi salamlayıram. Mən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Emin Əliyev adına 297 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nərgiz Mirzəyeva. Azad Azərbaycan, Kredo, Vedibasar, Nöqtə qəzetlərində məqalələrim, şeirlərim, hekayələrim dərc olunub. Aztv-e radiosunda bir çox çıxışlarım olmuşdur. Respublika Uşaq-Gənclər İnkişaf mərkəzində vebinarlara, müsabiqələrə qoşulmuşam. Vebinarlar: “Onlayn düşərgə, İqlim dəyişikliyi və Azərbaycanda su problemləri, Məktəblinin Fərdi İnkişaf Formu, Azərbaycanın gələcək astronavtlarının ilk kosmik komandası və s. Müsabiqələr: “İqlim dəyişikliyi və insan sağlamlığı üçün risklər, Baş Aşbaz, Esse müsabiqəsi və s. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində aktiv olduğum üçün mənə xüsusi hədiyyə veriləcək. Bir çox müsabiqələrdə birincilik qazanmışam. Öz məktəbimdə demək olar ki, bütün tədbirlərdə mən aparıcılıq edirəm. 
-Sevdiyin ixtisas və gələcək planların nədir?
- Hörmətli Vüsalə xanım, mən bu sualınızı belə cavablandırmaq istəyirəm. Bütün ixtisaslar həyatda mühüm rol oynayır. Lakin mənim ən çox sevdiyim peşə müəllimlikdir. Müəllimlik çox müqəddəs bir peşədir. Biz nə qədər çalışsaqda, onlara borcumuzu ödəyə bilmərik. Hz. Əli demişkən “Mənə bir hərf öyrədənin qırx il köləsi olaram.”. Gələcək planlarıma gəldikdə isə yaxın gələcəkdə öz kitabımı çap etdirmək, hər hansı bir musiqi alətini çalmağı öyrənmək, ingilis dilini mükəmməl şəkildə öyrənmək və EKO klub yaratmaq istəyirəm.
-Hansı fənni daha çox sevirsən? Kim olmaq istəyirsən
-Bir çox insanlar şeirlər, hekayələr, məqalələr yazdığıma görə daha çox Ədəbiyyat fənnini sevdiyimi düşünürlər. Lakin elə deyil. Mən bütün fənləri çox sevirəm. Bildiyiniz kimi biz şagirdlər Korona virusa görə onlayn olaraq təhsil alırıq. Buna görə də mən Kimyadan, Fizikadan, Coğrafiyadan, Biologiyadan dərslərimizi video şəklində başa salmağa çalışıram. Riyaziyyatdan isə 6-cı sinifdə olanda artıq 6-cı sinfin riyaziyyatını bitirib, 7-ci sinfi həll etməyə başlamışdım. İndi isə dediyim kimi 7-ci sinifdə oxuyuram və 8-ci sinfin riyaziyyatını həll etməyə başlamışam. Mən gələcəkdə kim olacağımı daha yaxşı seçmək üçün bütün fənləri oxuyuram və bütün yaşıdlarıma belə etməsini tövsiyyə edirəm və gələcəkdə millət vəkili olmaq istəyirəm.
-Sosial şəbəkələrdə aktivsən. Vaxt baxımdan Dərslərə mane olmur ki?
-Sosial şəbəkələrdə aktiv olmağım, mənim dərslərimə mane olmur. Çünki, mən ilk öncə dərslərimi oxuyuram, sonra isə vaxtım olarsa, belə işlərlə məşğul oluram.


-Müharibədən qalib çıxmış ölkə vətəndaşı olaraq qələbə xəbərlərinə ilk reaksiyan necə oldu?
-İlk öncə gecə partlayış səsinə görə qorxmuşdum. Sonra isə qələbə xəbərlərini eşitdikdə o qədər sevindim ki, birdən-birə gözümdən yaş gəlməyə başladı. Hətta mən Qələbə gününə və Şuşamıza şeir həsr etdim. Neçə illərdir biz Qarabağımızın həsrətindəydik. Bizə Qarabağımızın rayonlarının işğal tarixini öyrədirdilər. Şükürlər olsun ki, artıq şəhidlərimizin, Ali Baş Komandanımız, qazilərimizin, əsgərlərimizin sayəsində biz Qarabağmızın rayonlarının işğaldan azad olunduğu günü əzbərləyəcəyik. Allah şəhidlərimizə rəhmət eləsin! Allah Ali Baş Komandanımızın, qazilərimizin, əsgərlərimizin canını həmişə sağ eləsin! Allah şəhid ailələrinə səbr versin! 

Qələbə Günü

Partlayış eşittdik, gecə yarısı,

Düşnənin hiyləsi, kələyi dedik.

Bu necə səs idi, necə tərpəniş,

Əsirmi fitnənin küləyi dedik.

Sən demə bir başqa səs idi bu səs

Qələbə sevinci, qələbə səsi.

İnsanlar oyandı gecə yarısı,

Hər kəsin üzündə bayram sevinci,

Hər kəsin üzündə bayram həvəsi.

Axışdı küçəyə hər kəs sevinclə,

Bir insan seli, insan izdihamı.

Təbriklər, alqışlar yüksəldi göyə,

Bu gözəl xəbərə sevindi hamı.

Allahım günlərdən nə gözəl bir gün,

Ali Baş Komandan, eşq olsun sizə.

Xalqım sevincini yaşadı bu gün,

Zəfər müjdəsini bəxş etdin bizə.

10 noyabr tarixi bir gün,

Müzəffər ordunu görüm var olsun.

Qələbə sevincini yaşadıq bu gün,

Hər bir əsgərimə Allah yar olsun.

İki dövlət, bir millət qardaş Türkiyə,

Arxadır, dayaqdır bizə hər zaman.

İlham və Ərdoğan-bu böyük cütlük,

Daima var olsun, yaşasın hər an.

- Neçə yaşından yazmağa başlamısan?
-Mən şeirlərimi, hekayələrimi, məqalələrimi 6-cı sinifdə karantindən yazmağa başlamışam. Əslində kiçik yaşlarımdan yazırdım lakin, çox üstündə durmurdum. Karantində çox vaxtım olduğundan bu istedadımı daha da üzə çıxara bildim.

-Gənc yazarsan. İlk yazdığın şeiri xatırlayırsanmı? Hekayələrin hansı mövzudadı?
-İlk yazdığım şeirimi Ulu Öndərimiz Heydər Əliyevə həsr etmişəm. Ulu Öndərimiz Heydər Əliyevin uşaqlara böyük sevgisi var idi. Bütün uşaqlar kimi mən də Ulu Öndərimiz Heydər Əliyevi çox istəyirəm və buna görə də ilk şeirmi Ulu Öndərimiz Heydər Əliyevə həsr etmişəm. Hekayələrim fərqli-fərqli mövzularda olur. İlk hekayəm “Yer kürəsinin fəryadı”-dır. Bundan başqa anaya, ataya aid də hekayələrim vardır. “Dümədən qalxmaq olmaz” , “Sən saydığını say, gör fələk nə sayır” və s. adlı hekayələrim də vardır.
-Karantində vaxtını necə keçirirsən? Başqa hansı istedadın var.
-Karantində vaxtımı onlayn dərslərə, müsabiqələrə, vebinarlara, dərnəklərə qoşularaq keçirirəm. Şeirlər, hekayələr yazmağa davam edirəm və onları ya video ya da animasiya şəklində hazırlayıram. Yenicə şəkil çəkməyə başlamışam. Plastik torpalardan, plastik su qablarından bəzi əşyalar yaradıram. Kitablar oxuyuram. Yəni karantində vaxtımı səmərəli keçirməyə çalışıram.

-Sevdiyiniz kitablar haqqında da danışaq.
-Bir çox insanlar kimi mən də kitab oxumağı çox sevirəm. Maksim Qorkinin dediyi kimi “Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım.” Ən çox sevdiyim kitablar isə Xalid Hüseynin “ Çərpələng uçuran” , Fyodor Dostoyevskinin “Qumarbaz” adlı kitabıdır. 
- Yəqin dərs əlaçısısan.
-Bəli, mən dərs əlaçısıyam. İnşallah belə də davam edəcəm.
-Sonda xalqımıza, həmyaşıdlarına müraciətin varsa buyur.
-Azərbaycan xalqına əmin-amanlıq və can sağlığı arzulayıram!
Nərgiz, biz də Sizi Tanıyaq ailəsi olaraq sənə dərslərində və gələcək işlərində uğurlar diləyirik
Vüsalə Qələndərli
AFİA.AZ


02 Mart 2021 “Metro açılmayacaq, toylara da icazə verilməyəcək” - AÇIQLAMA
01 Fevral 2021 Tələbələrin köçürülməsinə BAŞLANILDI
26 Yanvar 2021 Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı
21 Yanvar 2021 Qarlı hava neçə gün davam edəcək?
16 Yanvar 2021 Rayonlara gediş-gəlişə bu qayda ilə icazə veriləcək
15 Yanvar 2021 Vüqar Səfərli Əli Həsənova nə qədər ödəyirmiş? – Rəsmi
13 Yanvar 2021 Məktəbli yaşıdlarına çağırış etdi-MÜSAHİBƏ
01 Yanvar 2021 Rayonlara gediş-gəliş yanvarın 18-dən sonra açılacaqmı? - AÇIQLAMA
14 Dekabr 2020 Təhsil nazirindən yeni təyinat
03 Dekabr 2020 Əhaliyə XƏBƏRDARLIQ: “Hər bir evin qarşısına polis qoya bilmərik”
23 Noyabr 2020 “Azəriqaz”dan şəhid və qazi ailələrinə müraciət
17 Noyabr 2020 Türkiyə parlamenti təsdiqlədi: Azərbaycana əsgər göndərilir
07 Noyabr 2020 Seyran Ohanyanın oğlu da Qarabağda yaralandı
30 Oktyabr 2020 "İstifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək" - Nazir
28 Oktyabr 2020 Rusiyalı ekspert: “Xankəndi itirilən kimi Paşinyan...”
15 Oktyabr 2020 İlham Əliyev: “Biz həmişə öhdəliyimizə sadiqik, atəşkəs rejimini pozan Ermənistandır”
10 Oktyabr 2020 Prezident şərtini açıqladı: 7 rayon, sonra Şuşa və...
09 Oktyabr 2020 Qarabağda erməni general həbs edildi
08 Oktyabr 2020 Baş Prokurorluq: "Ermənilərin Goranboyu atəşə tutması nəticəsində bir nəfər ölüb"
05 Oktyabr 2020 Erməni vəhşiliyini sübut edən yeni görüntü yayıldı - VİDEO
03 Oktyabr 2020 Vaqif Dərgahlı: “Şəxsi heyət çatışmazlığından əziyyət çəkən düşmən qocaları döyüşə göndərir”
29 Sentyabr 2020 Ermənistan ordusunun polkovniki məhv edildi - RƏSMİ
26 Sentyabr 2020 Qaqik Tsarukyan: “Paşinyan Ermənistan xalqına xəyanət edir”
29 Avqust 2020 Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ
28 Avqust 2020 Dərsliklərin şagirdlərə paylanılması qaydası açıqlandı
23 Avqust 2020 Məhkəmə icra başçısı ilə bağlı qərar verdi
10 Avqust 2020 Yoluxma kəskin azaldı: toylar başlaya bilər... - Həkim
10 Avqust 2020 Bu şəxslər rayonlara gedib-gələ biləcək
07 Avqust 2020 Sumqayıtda zavoddakı yanğın söndürüldü: Yeddi nəfər xəsarət alıb, birinin vəziyyəti ağırdır
07 Avqust 2020 Bu şəhər və rayonların əhalisinə 190 manat veriləcək

Xəbər lenti