Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?!
Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi tam gücləndirildi
XİN-dən Ermənistana ÇAĞIRIŞ: "Təxribata son qoyun!"
Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcəklər - "Qaçqınkom"
Prezidentin İrəvana qəti mesajı: Başlaya bilərik – Video
Ərdoğan Naxçıvan-İğdır qaz kəmərinin reallaşdırılması üçün qərar verdi
Prezident müşavirə keçirdi
Paşinyan yenə özünü gülüş hədəfinə çevirdi: “Türkiyəyə ciddi sanksiya” açıqlaması lağlağı obyekti oldu
BMT-nin sülhməramlı səfiri: "Ermənistan uzun illər UNESCO konvensiyasını pozurdu"
NATO-da mühüm post Türkiyəyə TƏHVİL VERİLDİ
Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirləri görüşəcək
Müdafiə Nazirliyi Xocavənddəki hadisəylə bağlı məlumat yaydı
Bu gün İlham Əliyevin doğum günüdür
Prezident işğaldan azad edilmiş Qubadlıda - VİDEO
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Putin

Ordu

Region

Aktual

Video

Foto

Eksklüziv

Müsahibə

Ədəbiyyat

Köşə

Facebook

.

Sizi Tanıyaq layihəsinin Müsahibim rublikasının qonağı vətənpərvər, istedadalı gənc yazar Nərgiz Mirzəyevadır.

-Salam Sizi Tanıyaq ailəsinə xoş gəldiniz. Layihəmizin adət-ənənəsinə uyğun olaraq öncə Sizi Tanıyaq.

-İlk öncə hər kəsi salamlayıram. Mən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Emin Əliyev adına 297 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nərgiz Mirzəyeva. Azad Azərbaycan, Kredo, Vedibasar, Nöqtə qəzetlərində məqalələrim, şeirlərim, hekayələrim dərc olunub. Aztv-e radiosunda bir çox çıxışlarım olmuşdur. Respublika Uşaq-Gənclər İnkişaf mərkəzində vebinarlara, müsabiqələrə qoşulmuşam. Vebinarlar: “Onlayn düşərgə, İqlim dəyişikliyi və Azərbaycanda su problemləri, Məktəblinin Fərdi İnkişaf Formu, Azərbaycanın gələcək astronavtlarının ilk kosmik komandası və s. Müsabiqələr: “İqlim dəyişikliyi və insan sağlamlığı üçün risklər, Baş Aşbaz, Esse müsabiqəsi və s. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində aktiv olduğum üçün mənə xüsusi hədiyyə veriləcək. Bir çox müsabiqələrdə birincilik qazanmışam. Öz məktəbimdə demək olar ki, bütün tədbirlərdə mən aparıcılıq edirəm. 
-Sevdiyin ixtisas və gələcək planların nədir?
- Hörmətli Vüsalə xanım, mən bu sualınızı belə cavablandırmaq istəyirəm. Bütün ixtisaslar həyatda mühüm rol oynayır. Lakin mənim ən çox sevdiyim peşə müəllimlikdir. Müəllimlik çox müqəddəs bir peşədir. Biz nə qədər çalışsaqda, onlara borcumuzu ödəyə bilmərik. Hz. Əli demişkən “Mənə bir hərf öyrədənin qırx il köləsi olaram.”. Gələcək planlarıma gəldikdə isə yaxın gələcəkdə öz kitabımı çap etdirmək, hər hansı bir musiqi alətini çalmağı öyrənmək, ingilis dilini mükəmməl şəkildə öyrənmək və EKO klub yaratmaq istəyirəm.
-Hansı fənni daha çox sevirsən? Kim olmaq istəyirsən
-Bir çox insanlar şeirlər, hekayələr, məqalələr yazdığıma görə daha çox Ədəbiyyat fənnini sevdiyimi düşünürlər. Lakin elə deyil. Mən bütün fənləri çox sevirəm. Bildiyiniz kimi biz şagirdlər Korona virusa görə onlayn olaraq təhsil alırıq. Buna görə də mən Kimyadan, Fizikadan, Coğrafiyadan, Biologiyadan dərslərimizi video şəklində başa salmağa çalışıram. Riyaziyyatdan isə 6-cı sinifdə olanda artıq 6-cı sinfin riyaziyyatını bitirib, 7-ci sinfi həll etməyə başlamışdım. İndi isə dediyim kimi 7-ci sinifdə oxuyuram və 8-ci sinfin riyaziyyatını həll etməyə başlamışam. Mən gələcəkdə kim olacağımı daha yaxşı seçmək üçün bütün fənləri oxuyuram və bütün yaşıdlarıma belə etməsini tövsiyyə edirəm və gələcəkdə millət vəkili olmaq istəyirəm.
-Sosial şəbəkələrdə aktivsən. Vaxt baxımdan Dərslərə mane olmur ki?
-Sosial şəbəkələrdə aktiv olmağım, mənim dərslərimə mane olmur. Çünki, mən ilk öncə dərslərimi oxuyuram, sonra isə vaxtım olarsa, belə işlərlə məşğul oluram.


-Müharibədən qalib çıxmış ölkə vətəndaşı olaraq qələbə xəbərlərinə ilk reaksiyan necə oldu?
-İlk öncə gecə partlayış səsinə görə qorxmuşdum. Sonra isə qələbə xəbərlərini eşitdikdə o qədər sevindim ki, birdən-birə gözümdən yaş gəlməyə başladı. Hətta mən Qələbə gününə və Şuşamıza şeir həsr etdim. Neçə illərdir biz Qarabağımızın həsrətindəydik. Bizə Qarabağımızın rayonlarının işğal tarixini öyrədirdilər. Şükürlər olsun ki, artıq şəhidlərimizin, Ali Baş Komandanımız, qazilərimizin, əsgərlərimizin sayəsində biz Qarabağmızın rayonlarının işğaldan azad olunduğu günü əzbərləyəcəyik. Allah şəhidlərimizə rəhmət eləsin! Allah Ali Baş Komandanımızın, qazilərimizin, əsgərlərimizin canını həmişə sağ eləsin! Allah şəhid ailələrinə səbr versin! 

Qələbə Günü

Partlayış eşittdik, gecə yarısı,

Düşnənin hiyləsi, kələyi dedik.

Bu necə səs idi, necə tərpəniş,

Əsirmi fitnənin küləyi dedik.

Sən demə bir başqa səs idi bu səs

Qələbə sevinci, qələbə səsi.

İnsanlar oyandı gecə yarısı,

Hər kəsin üzündə bayram sevinci,

Hər kəsin üzündə bayram həvəsi.

Axışdı küçəyə hər kəs sevinclə,

Bir insan seli, insan izdihamı.

Təbriklər, alqışlar yüksəldi göyə,

Bu gözəl xəbərə sevindi hamı.

Allahım günlərdən nə gözəl bir gün,

Ali Baş Komandan, eşq olsun sizə.

Xalqım sevincini yaşadı bu gün,

Zəfər müjdəsini bəxş etdin bizə.

10 noyabr tarixi bir gün,

Müzəffər ordunu görüm var olsun.

Qələbə sevincini yaşadıq bu gün,

Hər bir əsgərimə Allah yar olsun.

İki dövlət, bir millət qardaş Türkiyə,

Arxadır, dayaqdır bizə hər zaman.

İlham və Ərdoğan-bu böyük cütlük,

Daima var olsun, yaşasın hər an.

- Neçə yaşından yazmağa başlamısan?
-Mən şeirlərimi, hekayələrimi, məqalələrimi 6-cı sinifdə karantindən yazmağa başlamışam. Əslində kiçik yaşlarımdan yazırdım lakin, çox üstündə durmurdum. Karantində çox vaxtım olduğundan bu istedadımı daha da üzə çıxara bildim.

-Gənc yazarsan. İlk yazdığın şeiri xatırlayırsanmı? Hekayələrin hansı mövzudadı?
-İlk yazdığım şeirimi Ulu Öndərimiz Heydər Əliyevə həsr etmişəm. Ulu Öndərimiz Heydər Əliyevin uşaqlara böyük sevgisi var idi. Bütün uşaqlar kimi mən də Ulu Öndərimiz Heydər Əliyevi çox istəyirəm və buna görə də ilk şeirmi Ulu Öndərimiz Heydər Əliyevə həsr etmişəm. Hekayələrim fərqli-fərqli mövzularda olur. İlk hekayəm “Yer kürəsinin fəryadı”-dır. Bundan başqa anaya, ataya aid də hekayələrim vardır. “Dümədən qalxmaq olmaz” , “Sən saydığını say, gör fələk nə sayır” və s. adlı hekayələrim də vardır.
-Karantində vaxtını necə keçirirsən? Başqa hansı istedadın var.
-Karantində vaxtımı onlayn dərslərə, müsabiqələrə, vebinarlara, dərnəklərə qoşularaq keçirirəm. Şeirlər, hekayələr yazmağa davam edirəm və onları ya video ya da animasiya şəklində hazırlayıram. Yenicə şəkil çəkməyə başlamışam. Plastik torpalardan, plastik su qablarından bəzi əşyalar yaradıram. Kitablar oxuyuram. Yəni karantində vaxtımı səmərəli keçirməyə çalışıram.

-Sevdiyiniz kitablar haqqında da danışaq.
-Bir çox insanlar kimi mən də kitab oxumağı çox sevirəm. Maksim Qorkinin dediyi kimi “Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım.” Ən çox sevdiyim kitablar isə Xalid Hüseynin “ Çərpələng uçuran” , Fyodor Dostoyevskinin “Qumarbaz” adlı kitabıdır. 
- Yəqin dərs əlaçısısan.
-Bəli, mən dərs əlaçısıyam. İnşallah belə də davam edəcəm.
-Sonda xalqımıza, həmyaşıdlarına müraciətin varsa buyur.
-Azərbaycan xalqına əmin-amanlıq və can sağlığı arzulayıram!
Nərgiz, biz də Sizi Tanıyaq ailəsi olaraq sənə dərslərində və gələcək işlərində uğurlar diləyirik
Vüsalə Qələndərli
AFİA.AZ


Röya bu VİDEOsuna görə tənqid edildi
Bizim üçün hər gün yaşayırsınız" - Sənət adamları da Heydər Əliyevi andı
Nəğməkar şairədən yeni ifa-"Babamın davamçısı"
Bunlar xalqın artistləri oldu
Hadisədən Demetə CAVAB — Guya onun əri var?

Xəbər lenti