-Sizi Tanıyaq layihəsinin Müsahibim rublikasının bu günkü qonağı, istedadlı gənc xanəndə Sevil Abdullayevadır. AFİA.AZ istedadlı gənc Sevil Abdullayevanın müsahibəsini təqdim edir: -Salam Sizi Tanıyaq ailəsinə xoş gəldiniz.Layihəmizin adət-ənənəsinə uyğun olaraq öncə sizi tanıyaq.
-Salam. Mən Abdullayeva Sevil Arzuman qızı. Ailədə 5 nəfərdən ibarətik. Əslən Ağdam rayonunun Ətyəməzli kəndindənəm.16.01.2007 ci ildə Bakı şəhərində anadan olmuşam. Hal hazırda Bakı şəhəri Binəqədi rayonunda yaşayıram. Azərbaycan Dövlət Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasında 7 ci sinifdə oxuyuram və musiqi təhsili alıram.
-Muğam dünyasına yenicə qədəm qoyursunuz. Xanəndəlik sənətinə marağın necə yarandı - Ailəmizdə muğam sənətinə dəyər verildiyi üçün, məndə də xanəndəlik sənətinə qarşı sevgi və maraq oyandı.
-Hər bir xanəndənin həyatında ən mühüm rol oynayan insan onun ustadıdır. Ustadınız kimdir - Dəyərli sənətkarımız Ustadim Aytən Məhərrəmovadır. Hər zaman bizə dəstək olan, öz sevgisini, qayğısını bizlərdən əsirgəməyən bizə muğamlarımızın sirrini öyrədən, gözəl ürəkli, dəyərli ustadım Aytən Məhərrəmovaya dərin təşəkkürümü bildirirəm.
-İlk dəfə nə vaxt hiss etdiniz ki, səsiniz var? - İlk dəfə 7 yaşımda ailəmizdə nənəm hiss edib ki, mənim musiqi istedadım var .
-İlk dinləyiciniz kim olub? İlk dinləyicim ailəm olub.
-Ailənizdə musiqi sənəti ilə məşğul olan varmı? -Ailəmizdə hər kəsin musiqi duyumu və sevgisi var. Amma musiqi sənəti ilə məşğul olan tək mənəm
-Dərslərini necə oxuyursan? Sevdiyin fənn hansıdır? -Dərslərimi çalışdığım qədər yaxşı oxumağa çalışıram. Ən sevdiyim fənn isə Azərbaycan dili və Riyaziyyat fənnidir.
-Hansı müsabiqələrdə iştirak etmisən? "Ümid 2019" müsabiqəsində 1 ci yer, Qazaxıstanda keçirilən "Art Planet" müsabiqəsində 1 ci yer, 2020 ci ildə "WORLD HARMONY" müsabiqəsində isə 3 yerə layiq görülmüşəm. -Vaxtını necə dəyərləndirirsən? Vaxtımın çox hissəsini dərslərimə və musiqimə ayırıram. Boş vaxtlarımda isə yeni muğamlar musiqilər öyrənməyə çalışıram.
-Distant təhsilin üstünlükləri və ya çatışmazlıqları nədir? Ən çox nə üçün darıxmısan? Üstünlüyü vaxt itirmədən evdə dərslərimə və musiqimə daha çox vaxt ayırıram. Çatışmazlığı isə odur ki müəllim və sinif yoldaşlarımla canlı ünsiyyət qura bilmirəm. Ən çox müəllimlərim və sinif yoldaşlarım üçün darıxmışam.
-Hansl xanəndələrimizi tanıyırsan və ondan örnık götürürsən Böyük sənətkarlarımız Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova, Ustadım Aytən Məhərrəmova və bir çox xanəndələrimizdən örnək götürüb bəhrələnirəm.