.

-Sizi Tanıyaq layihəsinin Müsahibim rublikasının bu günkü qonağı, istedadlı gənc xanəndə Elvin Abdullayevdır. AFİA.AZ istedadlı gənc Elvin Abdullayevin müsahibəsini təqdim edir:

-Salam Sizi Tanıyaq ailəsinə xoş gəldiniz.Layihəmizin adət-ənənəsinə uyğun olaraq öncə Sizi Tanıyaq.

-Salam, ilk öncə layihə dəvətiniz üçün təşəkkür edirəm. Mən Elvin Abdullayev, 2006 -cı ildə Bakı şəhərində anadan olmuşam. Hal-hazırda 14 yaşım var. Respublika İncəsənət Gimnaziyasında təhsil alıram.

-Muğam dünyasına yenicə qədəm qoyursunuz. Xanəndəlik sənətinə marağınız necə yarandı?

-Artıq 5 ildir ki, muğam sənətiylə məşğulam. Düzünü desək, mənim ritm suluğum var idi. Nağaraya yazılmaq üçün ən yaxın musiqi məktəbinə getmişdim, orada oxuyanlar da vardı. Dedim məndə şansımı sınayım. Bildiyim ən gözəl mahnılardan biri "Ay dili dili" mahnısını ifa etdim. Onlar bəyəndikcə, gülümsədikcə həvəsim artırdı. Beləliklə, yavaş- yavaş həvəsim lap çoxaldı, indi musiqiyə bağlıyam.

-Hər bir xanəndənin həyatında ən mühüm rol oynayan insan onun ustadıdır. Ustadınız kimdir?

-Mənim müəllimim çox olub. Ama qeyd etdiyiniz kimi, ən mühüm rol oynayan... Mənim həyatımı kökdən dəyişdirən, səsimi daha yaxşı dəyərləndirməyi öyrədən, səsin nə olduğunu izah edən ustadım Aytən Məhərrəmovadır. Ona təşəkkürlərimi bildirirəm.



-İlk dəfə nə vaxt hiss etdiniz ki, səsiniz var?
-Nağara üçün imtahana girərkən.
- Hobbiniz nədir?
-Hobbim yüksək səslə mahnı qoşub o mahnını yaşamaqdır.
- Səhnədə rahatsınızmı..


Səhnədə çox rahat oluram. Bunu qeyd edim ki, səhnə arxasında çox həyəcanlı oluram, qorxuram. Amma səhnəyə çıxar-çıxmaz bu hiss itir. Səhnədə çox sərbəst oluram.
-İlk dinləyiciniz kim olub?  
-İlk dinləyicim anam olub. Və ilk mahnımı öyrənərkən o da mənimlə birgə öyrənib.
- Ən böyük arzunuz nədir?
-Ən böyük arzum tanınmış xanəndə olmaq, "Xalq Artisti" adına layiq görülməkdir.
-Özünüzün şəxsən qulaq asdığınız yaşlı və gənc xanəndələr kimdi?
-Ən çox dinlədiyim insan Professor Mənsum İbrahimovdur. Tanışlarım məni "gələcəyin Mənsumu" adlandırırlar. Qeyd edim ki, idealım Mənsum İbrahimovdur
-Ailənizdə musiqi sənəti ilə məşğul olan varmı?
-Ailəmdə musiqi ilə məşğul olan yoxdur.
-Distant təhsilə uyğunlaşmısızmı? Dərs zamanı hansısa problemlər yaşamısızmı?
Uyğunlaşmışam. Problemim olmayıb.


-Hansı müsabiqələrdə iştirak etmisiz?Uğurlarınız haqda danışın zəhmət olmasa
-11-ci Beynəlxalq Muğam festivalında iştirak etmişəm. 15 ölkə üzrə, Azərbaycanın adını qaldıraraq qalib olmuşam. III World of Harmony müsabiqəsində iştirak etmişəm. Azərbaycan üzrə qalib olmuşam.

-Karantində ən çox nə üçün və ya kim üçün darıxmısan?
Nənəm və Babam üçün çox darıxmışam. Onlarla 1 ildir ki görüşmürəm.

-Sizə böyük uğurlar arzulayıram.Uğurlarınız bol olsun
Vüsalə Qələndərli





Xəbər lenti