.

Moskvada keçirilən görüşdə danışılan hər şey ictimaiyyətə açıqlanmayıb. Bu da normaldır. Bununla belə üçtərəfli bəyanat qəbul edildi. Yəni bir qəbul edilən məsələ, bir də qəbul olunmayan iki məsələ var - əsirlərin qaytarılması və erməni birləşmələrin Qarabağdan çıxarılması.
Axar.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev şərhində qeyd edib.
O bildirib ki, Moskva görüşü irəliləyişdir:
“Ermənistan onsuz da 10 noyabr tarixli bəyanatın 9-cu bəndini icra etməli idi. Bugünkü bəyanatda da bu məsələ bir daha təsdiqləndi. O ki qaldı Azərbaycan üzərindən Rusiya mallarının Ermənistana ikitərəfli daşınmasına, deyə bilərəm ki, bu da bizim milli maraqlara zidd deyil, əksinə, daha yaxşıdır. Səbəbini iqtsadçılar daha ətraflı izah edə bilər. Bizim də Naxçıvana maneəsiz insan və yükdaşımamız təmin olunacaq.
Diqqətəlayiq digər məsələ də ondan ibarətdir ki, Zəngilan-Qubadlıdan Naxçıvana gedən tranzit yüklərdən Ermənistan hansısa gömrük, ya da tranzit rüsumu istəyə bilməz, halbuki biz öz ərazimizdən daşınacaq tranzit erməni malları ilə bağlı MDB çərçivəsində mümkün olan rüsum və xərc tətbiq edə biləcəyik. Bundan başqa, ictimai təhlükəsizlik, ictimai qayda, fitosanitar təhlükəsizlik səbəbləri ilə müvəqqəti olmaq üzrə olsa da, erməni mallarının tranzitinə məhdudiyyətlər qoya biləcəyik”.
Ekspert qeyd edib ki, nəqliyyat xətlərinin açılması, kommunikasiyaların bərpa edilməsi Ermənistanda revnaşistlərin havasını endirəcək. Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınması üçün iki ölkə arasında münasibətlərin yumşalması vacibdir.
F.Mehtiyevin sözlərinə görə, erməni əsirlərin qaytarılmaması gözlənilən idi:
“Mahiyyət etibarilə bu, razılaşmanın 4-cü bəndinin icrasının (erməni silahlı qüvvələrinin çıxarılmasının) təminatıdır. Lakin onu qeyd edim ki, hökumətin 4-ci bəndin icrası ilə bağlı başqa bir planı daha var. Belə ki, erməni əsgərləri Qarabağda tədricən yoxa çıxacaq, orada xidmət etməkdən imtina getdikcə artacaq, ailələri imkan verməyəcək.
Dağlıq Qarabağın inkişafında hər 3 dövlətin birgə rol oynayacağına dair bəyanat da bir irəliləyişdir. Təbii ki, indiki vəziyyət maksimalist yanaşmaya – “Rusiya da, ermənilər də Qarabağdan dərhal çıxsın, hər şey bizlikdir” tələblərinə uyğun deyil, amma yenə da irəliləyişdir. Bu günə kimi Rusiya orada nə olub-bitəcəyinə dair təkbaşına qərar verirdi, indi rəsmən bizim də bu işdə rol alacağımızı qəbul edib. Yəni tədricən də olsa, DQ-da öz yurisdiksiyamızı bərpa edirik”.
Professorun sözlərinə görə, bizim vətəndaş cəmiyyətinin, ziyalı və ekspertlərin bu prosesə öz sahəsi üzrə və bacardığı qədər töhfəsi lazımdır:
“Məsələn QHT-lər xalq diplomatiyasına girişə bilər, amma qırmızı xətlərimiz odur ki, Qarabağ Azərbaycandır. Belə ki, yerli QHT-lərimiz erməni QHT-ləri ilə əlaqəyə keçərək meyitlərinin axtarışına kömək edə bilər. Bu məsələdə hökumət QHT-lərə dəstək göstərsə, yaxşı olardı.
Biz müharibədən qalibiyyətlə çıxmış xalqıq (Putin tərəfindən durdurulduq), ermənilər də bunu bilir. Bir tərəfdən toppuzumuzu göstərməli, o biri tərəfdən də “adam ol, özünü adam kimi apar” deməyi də bacarmalıyıq”.
15 Yanvar 2021 Prezident Şuşaya getdi - Video
13 Yanvar 2021 Vaqif Dərgahlı: “Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb”
13 Yanvar 2021 Bu gün Azərbaycan, Türkiyə və Pakistan XİN başçıları görüşəcək
12 Yanvar 2021 Moskva görüşündə nə əldə etdik? – Mehdiyevin şərhi
11 Yanvar 2021 Əliyev-Putin-Paşinyan görüşü başladı - Canlı
08 Yanvar 2021 Azərbaycanda şirkət rəhbəri həbs edildi - Səbəb
07 Yanvar 2021 Müdafiə Nazirliyindən hərbi forma geyinən mülki şəxslərə XƏBƏRDARLIQ
07 Yanvar 2021 Əli Əsədov sərəncam imzaladı
07 Yanvar 2021 Bu əsgərlərə niyə medal verilməyib? - Deputat
06 Yanvar 2021 Ermənilərin hərbçimizin meyitini yandırması ilə bağlı cinayət işi açıldı - Rəsmi
06 Yanvar 2021 Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ
02 Yanvar 2021 Mina partlayışları: 6 nəfər həlak oldu, 8 nəfər...
02 Yanvar 2021 Polad Həşimovun doğum günüdür
31 Dekabr 2020 Prezident gələn ilin dövlət büdcəsini TƏSDİQLƏDİ
26 Dekabr 2020 Əli Əsədovdan təhsillə bağlı QƏRAR
25 Dekabr 2020 Şəhid Nurlan Rzayevin ailəsinə son mesajı:"Bütün torpaqlar alınsın, qayıdacam!..."
23 Dekabr 2020 Nazirlər Kabineti 190 manatla bağlı qərar qəbul etdi
20 Dekabr 2020 “2023-cü il Türkiyə üçün yeni zəfər ili olacaq” - Ərdoğan
19 Dekabr 2020 Azərbaycanın Müdafiə naziri rusiyalı həmkarına başsağlığı verdi
18 Dekabr 2020 Azərbaycan və Türkiyə arasında növbəti anlaşma
14 Dekabr 2020 Dilqəm və Şahbaz Azərbaycana qaytarıldı - Foto
14 Dekabr 2020 Bu gündən SMS-icazə sistemi tətbiq olunur
14 Dekabr 2020 Xüsusi karantin rejimi başladı
12 Dekabr 2020 MN-dən erməni təxribatı ilə bağlı AÇIQLAMA
12 Dekabr 2020 Nəcməddin Sadıkovun general bacısı oğlu işdən çıxarıldı
12 Dekabr 2020 Əldə etdiyimiz qələbəyə görə ona minnətdarıq - Baş prokuror
08 Dekabr 2020 SMS-icazə sistemi yenidən bərpa olundu
08 Dekabr 2020 Ölkəmizdə koronaya yoluxma sayı açıqlandı
04 Dekabr 2020 Rəsmi İrəvan yenə Bakıya şərt irəli sürdü
03 Dekabr 2020 Şəhidlərimizin adı ictimaiyyətə açıqlanacaq

Xəbər lenti