.


Sizi Tanıyaq layihəsinin Müsahibim rublikasının qonağı,  gənc xanəndə Həzrət Əzizlidir.
AFİA.AZ istedadlı gənc Həzrət Əzizlinin müsahibəsini təqdim edir:


-Salam, Sizi Tanıyaq ailəsinə xoş gəldin. Layihəmizin adət-ənənəsinə uyğun olaraq öncə Sizi Tanıyaq
-Salam Vüsalə xanım. Mən Əzizli Həzrət Əziz oğlu Biləsuvar Rayon Xirmandali kəndində anadan olmuşam hal -hazırda Azərbaycan Dövlət İncəsənət Musiqi gimnaziyasının 8ci sinifdə oxuyuram. 
-ilk dəfə nə vaxt hiss etdiniz ki, səsin var? İlk dinləyicinin kim olub?
-İlk dəfə 4 yaşımda anam hiss edib ki, musiqiyə həvəsim var. İlk dinləyicim anam olub.
-Ailənizdə musiqi sənətiylə məşğul olan varmı?
-Xeyr. Musiqini sevirlər, dinləyirlər. Amma musiqiylə məşğul olan ailəmizdə tək mənəm.
-Dərslərini necə oxuyursan Sevdiyin fənn hansıdır?
- Dərslərini yaxşı oxuyuram.Ən çox sevdiyim fənn isə Tarix dərsidir.


-Hansı müsabiqələrdə iştirak etmisən?
-Bir çox müsabiqələrdə iştirak etmişəm. 2019-cu il WORLD HARMONY beynəlxalq müsabiqəsində 3-cü yer, 2020-ci il "Evdə qalaq,nəğmə deyək"adlı onlayn respublika mahnı müsabiqəsində 2-ci yer, 2020-ci il WORLD HARMONY beynəlxalq müsabiqəsində 1-ci yeri tutmuşam.
- Hansı muğamı daha gözəl ifa edirsən?


-Bütün muğamlarımızı sevirəm.Ən gözəl ifa etdiyim Bayatı Şiraz muğamıdır
-Karantində vaxtını necə dəyərləndirirsən?
-Çalışıram vaxtımı yaxşı dəyərləndirim. Dərslərimlə və musiqi ilə məşğul oluram.
-Necə düşünürsən, Muğamın müalicəvi əhəmiyyəti varmı? 
-Bəli musiqi ruhun qidasıdır. İnsan musiqi dinləyəndə ruhu dincəlir. 
-Elə isə səndən bir mahnı istəyirəm. Ruhumuz dincəlsin
-Əlbəttə, buyurun

-Distant təhsilin üstünlükləri və ya çatışmazlıqları nədir?
-Vaxtımızı daha sərfəli keçirdirik, çatışmayan cəhəti də odur ki müəllimlərimiz qarşılıqlı təmasda ola bilmirik .
-Aylardı karantin səbəbilə bir çox işlərimiz təxirə salındı. Bu müddətdə ən çox nə üçün darıxmısan?
-Müəllimlərin və sinif yoldaşlarım üçün, birdə qohumlarımız üçün darıxmışam.
-Köhnə ildə itkilərimiz və qazancımız nə oldu səncə?
-Köhnə ildə itkilərimiz bizim üçün canından qanından keçən qəhrəman şəhidlərimiz oldu. Onlar qəlbimizdə hər zaman yaşayacaq. Qazancımız isə həsrətində olduğumuz QARABAĞIMIZ oldu
-Görüşmək imkanın olsaydı Ölkə başçımıza müraciətin maraqlı olardı?
-İlk növbədə 30il işğal altında olan torpaqlarımızın geri qaytarması üçün apardığı mübarizədə qalib gəldiyimiz üçün təşəkkürümü bildirərdim və işğaldan azad olunmuş mədəniyyət paytaxtımiz olan ŞUŞADA Pirizdentimizin qarşısında QARABAĞ şikəstəsin ifa etmək istədiyimi bildirərdim.


-Maraqlıdır. Bu gün gözəl səhnə mədəniyyəti və ifa tərzi ilə seçilən Həzrət illər öncə necə olub.  Sakit yoxsa səs -küylü?
-Mənim uşaqlığım çox dəcəl keçib. Uşaqlığımda yadda qalan hadisə ilk konsertimin baş tutduğu gün olub. Həmin gün tezdən durub kostumumu geyinib həyəcanla valdeynimi gözləyirdim. Mən təbiətən səs-küylü və çox dəcəl uşaq olmuşam.
-Hec özünlə söhbət edirsənmi.Özündə bəyənmədiyin xüsusiyyət varmı?
-Bəli,özümlə danışmağı çox sevirəm. Xoşlamadığım xüsusiyyətim isə bir şeyin üstündə çox müzakirə aparıram.
-Həzrət Əzizli, sənə hər zaman əziz və sevimnli olmağı, gələcək işlərində uğurlar arzulayıram.
Vüsalə Qələndərli

 




Xəbər lenti