.

"Sizi Tanıyaq" layihəsinin "Müsahibim" rublikasının bu günkü qonağı, istedadlı gənc xanəndə Ədilə Əliyevadır .
AFİA.AZ istedadlı gənc Ədilə Əliyevanın müsahibəsini təqdim edir:

-Salam Sizi Tanıyaq ailəsinə xoş gəldiniz.Layihəmizin adət-ənənəsinə uyğun olaraq öncə sizi tanıyaq.
-Salam, mən Ədilə Əliyeva Xoşbəxt qızı. Xəzər Rayon Zirə kəndində anadan olmuşam. Hazırda Azərbaycan Dövlət İncəsənət musiqi Gimnaziyasında 8-ci sinifdə oxuyuram .
-İlk dəfə nə vaxt hiss etdiniz ki, səsiniz var? İlk dinləyiciniz kim olub?
-İlk dəfə 5 yaşımda Atam hiss edib ki, musiqi istedadım var. İlk dinləyici də atam olub.
-Ailənizdə musiqi sənəti ilə məşğul olan varmı?
-Ailəmizdə musiqi sənəti ilə məşğul olan sadəcə mənəm.
-Dərslərini necə oxuyursan? Sevdiyin fənn hansıdır?
-Dərslərimi yaxşı oxuyuram, sevdiyim fənn Tarix və Ədəbiyyatdır.


-Fikrimcə, muğam ruhun qidasıdır. Şəxsən mən muğam dinləyəndə bütün yorğunluğumu unuduram. Necə düşünürsən, Muğamın müalicəvi əhəmiyyəti varmı?
-Bəli doğurdan da belədir, musiqi insanı ruhən sakiləşdirir. Xəyallar adasına aparır. Oxuduğum məlumatlardan bilirəm ki, vaxtı ilə Topçu Başov öz xəstələrini narkozsuz musiqi ilə əməliyyat edərmiş.
-Hansı müsabiqələrdə iştirak etmisən?
-2019, 2020-ci ildə Word Harmony beynəlxalq müsabiqəsində 2-ci yerlərin qalibi olmuşam.
-Uğurlarında müəllimlərin də rolu danılmazdır. Bəs sən hansı müəllimlərindən danışmaq istəyirsən?
-Əlbəttə, bütün müəllimlərimə borcluyam. Hazırda Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında Aytən Məhərrəmovadan dərs alıram.


İcazənizlə müəlliməmin yeni öyrətdiyi Qarabağ Azərbaycandır mahnısını təqdim edirəm.
-Buyur Ədilə, əlbəttə.


-Çox gözəl musiqi və möhtəşəm ifadır. İnanıram ki,  Qarabağ Azərbaycandır adlı mahnın dillərdə əzbər olacaq.Bu arada Aytən müəlliməyə də bu gözəl mahnıya görə və sizin kimi istedadlı gənclər yetişdirdiyinə görə təşəkkür edirik.
Ədilə hansı muğamı daha gözəl ifa edirsiniz?

-Mən bütün muğamları xoşlayıram lakin , Smai Şəms muğamını daha gözəl ifa edirəm.
-Karantində vaxtını necə dəyərləndirirsən?
-Çalışdığım qədər dərslərimi öyrənir, musiqi ilə məşğul oluram.
-Distant təhsilin üstünlükləri və ya çatışmazlıqları nədir?
-Vaxta qənaət edirik, dərslərimizlə daha çox məşğul oluruq, Lakin müəllimlərimiz və dostlarımızla yaxın təmasda ola bilmirik.
-Aylardır karantin səbəbi ilə bir çox işlərimiz təxirə salındı. Bu müddətdə ən çox nə üçün darıxmısan?
-Bilirsinizmi mən incəsənətə bağlı olduğum üçün təbiətlə, gözəl mənzərəli məkanlarla tanış olmağı çox sevirəm .Lakin karantin günləri mənim demək olar ki, bu hobbimi bir az geri plana salır, və bu səbəbdən gözəl mənzərəli yerlərə getmək üçün darıxmışam.
-Köhnə ildə itkilərimiz və qazancımız nə oldu səncə?
-Köhnə il dedikdə yəqin ki 2020-ci ili nəzərdə tutursunuz. Biz bir millət, bir xalq olaraq birliyimizi, gücümüzü nəinki düşmənlərimizə bütün dünyaya göstərdik. Qarabağ adlı həsrətimizə son qoyuldu, şanlı qələbə tariximiz yazıldı. Düzdü itkilərimiz də çox oldu, torpaq uğrunda 3000-nə yaxın canından keçən şəhidimiz var. Amma biz yenə də tariximizə şanlı Qarabağ qələbəsini yazmış olduq. Mənim üçün 2020-ci il ən müvəffəqiyyətli bir il kimi yadda qaldı.


-Görüşmək imkanın olsaydı Ölkə başçımıza müraciətin maraqlı olardı?
-Mən bir vətəndaş kimi ölkəmizdə yaratdığı əmin-amanlığa görə təşəkkürümü bildirərdim. Ən böyük arzum Qarabağda keçirilən muğam festivallarında iştirak etməkdir.
-Bizə uşaqlığından danış. Yadda qalan hadisə hansı olub. 
-5 yaşımda olarkən Türkiyə səfərimdə 23 Nissan festivalına qatılmışdım və valideyinlərimdən ayrı qaldığım üçün çox ağlamışdım, və bu hadisə mənim hələ də yadımdan çıxmayıb.
-Heç özünlə söhbət edirsənmi. Özündə bəyənmədiyin xüsusiyyət varmı?
-Bəli özümlə söhbət edirəm. Xoşuma gəlməyən xüsusiyyətim odur ki, çox tez kövrəlirəm.
-İnşallah ancaq sevinc hissləri ilə kövrələrsən. Sənə gələcək işlərində uğurlar arzulayırıq.  
Vüsalə Qələndərli




Xəbər lenti