.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin 9 yanvar 2021-ci il tarixli bəyanatını tamamilə əsassız hesab edir və həmin bəyanatda yer alan iddiaları rədd edir.
Bu barədə AFİA.AZ-a Xarici İşlər Nazirliyindən bildirilib.
"Xatırladırıq ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib.
Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilmişdir.
İstintaq zamanı müəyyən edilmişdir ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər.
Qeyd olunan qrup tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktları törədilib və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar olub.
Bəhs olunan diversiya qrupunun üzvləri atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmir və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Ermənistan tərəfinin bu məqsədyönlü təxribatçı fəaliyyəti beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və üçtərəfli bəyanatın kobud şəkildə pozulması halı olmaqla yanaşı, açıq-aşkar surətdə bu ölkə tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasətin davam etdiyini nümayiş etdirir.
Azərbaycan Respublikası beynəlxalq hüquqla müəyyən olunmuş və 10 noyabrda imzalanmış üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə məsuliyyətlə yanaşır və həmin öhdəlikləri tam yerinə yetirir. Azərbaycan tərəfi, eyni zamanda Ermənistanı üçtərəfli bəyanatla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyə, atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribatçı hərbi fəaliyyətə son qoymağa çağırır", - deyə xəbərdə bildirilir.
15 Yanvar 2021 Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?!
12 Yanvar 2021 Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi tam gücləndirildi
09 Yanvar 2021 XİN-dən Ermənistana ÇAĞIRIŞ: "Təxribata son qoyun!"
08 Yanvar 2021 Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcəklər - "Qaçqınkom"
08 Yanvar 2021 Prezidentin İrəvana qəti mesajı: Başlaya bilərik – Video
06 Yanvar 2021 Ərdoğan Naxçıvan-İğdır qaz kəmərinin reallaşdırılması üçün qərar verdi
06 Yanvar 2021 Prezident müşavirə keçirdi
02 Yanvar 2021 Paşinyan yenə özünü gülüş hədəfinə çevirdi: “Türkiyəyə ciddi sanksiya” açıqlaması lağlağı obyekti oldu
02 Yanvar 2021 BMT-nin sülhməramlı səfiri: "Ermənistan uzun illər UNESCO konvensiyasını pozurdu"
02 Yanvar 2021 NATO-da mühüm post Türkiyəyə TƏHVİL VERİLDİ
30 Dekabr 2020 Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirləri görüşəcək
28 Dekabr 2020 Müdafiə Nazirliyi Xocavənddəki hadisəylə bağlı məlumat yaydı
24 Dekabr 2020 Bu gün İlham Əliyevin doğum günüdür
23 Dekabr 2020 Prezident işğaldan azad edilmiş Qubadlıda - VİDEO
17 Dekabr 2020 Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Putin
15 Dekabr 2020 Bakının etirazı: Rusiya MN “xəritə”ni bərpa etdi – Foto
12 Dekabr 2020 Heydər Əliyevin vəfatından 17 il keçir
11 Dekabr 2020 Putin Əliyevin təşəbbüsünü dəstəklədi - ƏRDOĞAN
11 Dekabr 2020 Ərdoğan Ermənistanla sərhədin açılması üçün əsas şərti açıqladı
10 Dekabr 2020 Azərbaycanın möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
08 Dekabr 2020 Şəhidlərimizin ad-soyadı açıqlandı - Siyahı
05 Dekabr 2020 Ərdoğan: Fransa erməniləri sevirsə, Marseli onlara versin
03 Dekabr 2020 Vətən müharibəsində şəhid olanların sayı açıqlandı - Rəsmi
03 Dekabr 2020 Ərdoğan Bakıya gələcək
01 Dekabr 2020 Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizləndi
28 Noyabr 2020 Hamı Bakının bu təklifini qəbul etməlidir - Çavuşoğlu
25 Noyabr 2020 MN: Ordumuz Kəlbəcərə daxil oldu
24 Noyabr 2020 "Şuşa əməliyyatı tarixdə əbədi qalacaq” - Prezident
23 Noyabr 2020 İlham Əliyev və Mehriban Əliyeva Ağdam Cümə məscidində olublar-Video
23 Noyabr 2020 Rus hərbçilər Ağdamdan çıxdı- Mövqeləri Azərbaycan Ordusu tutdu...-VİDEO

Xəbər lenti