.

Cənnətin mələkləri...

Evimə qayıtdım. Xəstəxanaya getdiyim yolu qayıdarkən böyük şəhər mənə elə yadlaşmışdı ki, ancaq dönüb geriyə boylanmaq istəyirdim. Sanki, geridə nəyisə qoyub gedirdim. Mənə elə gəlirdi ki, xəstəxanada keçirdiyim 15 gün, 15 ilə bərabərmiş. Bu günlərin hər saniyəsi, hər dəqiqəsi mücadilə, mübarizə, bir ömrə bərabər günlər idi. Ayılanda başımın üstündə onları gördüm. Sakit və pıçıltı ilə danışırdılar. Duymurdum, görünməyən üzlərini, şüşəli eynəklərinin altında şəfqət dolu gözlərini, səssiz baxışlarını və nəhayət başımın üstündə asılmış saniyələrlə damcılayan sistem şlaqından başqa kimsə yox idi... Mən onları gördüm. Onlar CƏNNƏTİN MƏLƏKLƏRİ İDİ. Mənim yaşama səbəbim, gecə-gündüz məni qoruyan mələklər..., indi neçə-neçə mənim kimilərin yanındadır. Onlar sıradan bir həkim deyildilər... hər şeyi gözə alıb millət üçün, vətəndaş üçün mücadilə aparan qəhrəman mələklər idi... 

Orda düşünməyə çox vaxt olur. Palatanın bir nöqtəsi bəs edir ki, gözlərini ora dikib keçmişi, gələcəyi saf-çürük edəsən. Bu hissləri orda yatan bütün xəstələrə aid edə bilərəm. Çünki, həyat mübarizəsi qədər şirin nemət olmadığını anladım. Qızdırma içində qovrulan neçə-neçə xəstələrə şəfa gətirən mələklər, onları evlərinə uğurladıqca gözlərin necə yaşardığını təsəvvür etmisinizmi? Hər dəfə palataya girib- çıxan bu bənzərsiz insanların heç yanından uzaqlaşmamasını istəmirsən. Ona görə də həmişə palatamın qapısını açıq saxlayırdım. ONLARI GÖRMƏK ÜÇÜN, AYAQ SƏSLƏRİNİ DUYMAQ ÜÇÜN..Bu mənə xoş gəlirdi. Sonrakı günlər üzlərində gülüş görürdüm. Bizim əvəzimizdən onlar xoşbəxt idi. Bu birliyi duymamaq mümkündümü? 
 

İndi evimdəyəm, susqun halda düşünrəm..Pəncərədən çölə baxdıqca yad bir həyat görürəm. Ancaq CƏNNƏTİMİN MƏLƏKLƏRİNİ unuda bilmirəm və gözlərimin qabağından heç getmirlər. Onların çoxunun adını da bilmədim, bir şeyi unutmuram ki, hamısı mənim ağ mələklərim idi...bənzərsiz və bir-birindən seçilməyən... Allah onları bu müqəddəs mübarizələrində BƏXTİYAR ETSİN.
P.S. Bu yazını Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının fədakar həkimlərinə itihaf edirəm. Başda klinikanın direktoru Surxay Musayev olmaqla, Covid- la mübarizədə millətimizin sağlamlığı uğrunda yorulmaz xidmət göstərən həkim Samirə Məmmədovaya və onun ekibinə, eyni zamanda Tibb Universitetinin rəhbərliyinə və günlərlə xidmətimizdə duran gələcəklərini işıqlı və parlaq  gördüyüm universitetin tələbələrinə sonsuz təşəkkür edirəm.
Şəfayət Avılbəyli
17 Yanvar 2021 Hərbçilərimiz təlimlər üçün Qarsa getdi - Video
17 Yanvar 2021 Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir
17 Yanvar 2021 Qənirə Paşayeva və Arzu Bağırova şəhidimiz Baş leytenant Əlimərdan Quluzadənin ailəsi ilə görüşüb
17 Yanvar 2021 Təhsil naziri gələn həftə yeni qaydaları açıqlayacaq
17 Yanvar 2021 Zakir Həsənov komissiyaya bu səlahiyyəti verməyib - MN
17 Yanvar 2021 Türkiyə və Azərbaycan birgə təlimlərə hazırlaşır
17 Yanvar 2021 İcra başçısı müavinini vəzifədən azad etdi
17 Yanvar 2021 Kart məlumatlarının oğurlanması ilə bağlı - Xəbərdarlıq
16 Yanvar 2021 "Prezident Cıdır düzündə çay içməsi ilə göstərdi ki..." - Aydın Mirzəzadə
16 Yanvar 2021 2021-ci ildən 1982-ci ilə tutulan ayna ŞUŞA…
16 Yanvar 2021 Məktəbdə direktor, döyüşdə zabit oldu
15 Yanvar 2021 Mədəniyyət Komitəsinin sədri Şuşalı mədəniyyət işçiləri ilə görüşüb
15 Yanvar 2021 Q.Paşayeva qəhrəman şəhidimiz Zülfüqar Abbasovun atası ilə görüşüb
15 Yanvar 2021 “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
15 Yanvar 2021 Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq
15 Yanvar 2021 “Şuşi” adlı şəhər yoxdur, Şuşa var” - İlham Əliyev
15 Yanvar 2021 Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşüb
15 Yanvar 2021 Rusiya Qazaxıtsandan pomidor idxalını yasaqladı
15 Yanvar 2021 Nazir elan etdi: Böyük Qayıdış başlayır
14 Yanvar 2021 Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
14 Yanvar 2021 Zakir Həsənov İran səfiri ilə görüşdü
14 Yanvar 2021 Vüqar Səfərlinin neçə il həbs gözləyir? - Hüquqşünas
13 Yanvar 2021 Qənirə Paşayeva Vətən Müharibəsinin Tovuz rayonundan olan bir qrup qazisi ilə görüşüb
13 Yanvar 2021 Sevindik Nəsiboğlu yazır: “Qəhrəmana elegiya”-Şəhid gizir Vasif Məhərrəmova həsr olunur.
13 Yanvar 2021 Mübariz Mənsimovla bağlı son xəbər: proses başladı
13 Yanvar 2021 Q.Paşayeva qəhrəman şəhidimiz Nurlan Sultanovun ailəsi ilə görüşüb
13 Yanvar 2021 Bakı İrəvandan bunu tələb edəcək - Kuznetsov
12 Yanvar 2021 Medianın İnkişafı Agentliyinin - Nizamnaməsi
12 Yanvar 2021 Bu maliyyə nəhəngləri Trampdan imtina etdi
12 Yanvar 2021 Qənirə PAŞAYEVA: Məğlubun sözü keçmir

Xəbər lenti