.

Azərbaycanın kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünün başlanması ilə Cənub Qaz Dəhlizinin strateji məqsədinə nail olundu. Bu qlobal enerji təhlükəsizliyi layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək siyasi iradəsinin və qətiyyətli enerji siyasətinin töhfəsidir.

AFİA.AZ xəbər verir ki,  “Şahdəniz Mərhələ 2” üzrə hasil edilmiş təbii qazın avropalı istehlakçılara çatdırılması bir daha göstərir ki, Prezident İlham Əliyevin irəli sürdüyü bütün təşəbbüslər əzmlə reallığa çevrilir. Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyi olan “Şahdəniz” yatağından hasil edilmiş təbii qazın Türkiyə bazarına 2018-ci ilin iyunun 30-dan TANAP ilə nəqlinin ardınca, ilk dəfə Avropa bazarına daxil olması Azərbycanın qaz ölkəsi kimi inkişafında yeni səhifə açır. Enerji təhlükəsizliyi layihələri Azərbaycanın liderliyi ilə qətiyyətlə həyata keçirilir. Ölkəmiz Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə əldə edilmiş nailiyyətlərin nümunəsində öhdəliklərinə yüksək səviyyədə sadiqliyini və enerji sahəsində etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.
Avropaya təbii qazın nəqli tədarük bazarlarını şaxələndirməklə istehsalçı kimi ölkəmizin, mənbə və marşrutları diversifikasiya etməklə isə istehlakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək. 25 il ərzində Avropa ölkələrinə tədarük ediləcək illik 10 milyard kubmetrdən çox qaz həcminin 8 milyard kubmetri İtaliyaya, 2 milyard kubmetri bərabər şəkildə Yunanıstan və Bolqarıstana, qalan hissəsi isə ətraf bazarlara ixrac olunacaq. Avropanın cənubunun yeni mənbədən qazla təchiz edilməsi isehlakçıların daha münasib şərtlərlə enerji ilə təminatına, dekarbonizasiyaya töhfə verməklə bərabər, qitənin Xəzər regionu ilə birləşdirilməsinə də xidmət edir.
Bu gün Xəzər qazının Avropaya nəqlinə başlanması həm də tərəfdaş ölkələr, şirkətlər, beynəlxalq maliyyə institutları ilə nümunəvi əməkdaşlığın, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya hökumətləri və Avropa İttifaqının Cənub Qaz Dəhlizinə davamlı yüksək dəstəyinin məntiqi nəticəsidir.
Qarşılıqlı faydalı çoxtərəfli əməkdaşlığı ehtiva edən Cənub Qaz Dəhlizi layihəsi üzrə növbəti bu birgə uğurumuz qlobal enerji təhlükəsizliyi sistemini möhkəmləndirəcək tarixi hadisədir.
14 Yanvar 2021 Ötən il Energetika Nazirliyi tərəfindən 227 icazə verilib
14 Yanvar 2021 Naxçıvanın ÜDM-i ötən il 1,1% artıb
31 Dekabr 2020 Avropaya kommersiya qazının nəqli ilə Cənub Qaz Dəhlizinin strateji məqsədinə nail olundu
26 Dekabr 2020 Energetika Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub
25 Dekabr 2020 Azərbaycandakı bankların xarici aktivləri noyabrda 11% artıb
23 Dekabr 2020 Azərbaycanın energetika nazirinin İranın energetika və neft nazirləri ilə görüşləri keçirilib
21 Dekabr 2020 Bu ilin 11 ayında ölkədə qaz hasilatı artıb
19 Dekabr 2020 İşğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub
18 Dekabr 2020 AMB uçot dərəcəsini endirib
17 Dekabr 2020 Xudafərin-Qız qalası və Ordubad - Marazad layihələri üzrə Texniki Komissiyaların növbəti iclasları keçirilib
17 Dekabr 2020 Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar 28% azalıb
14 Dekabr 2020 Bərpa olunan enerji mənbələri üzrə onlayn seminar keçirilib
09 Dekabr 2020 Azərbaycan noyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
04 Dekabr 2020 Azərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib
26 Noyabr 2020 Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın dördüncü iclası keçirilib
12 Noyabr 2020 Energetika naziri Pərviz Şahbazov: Ermənistanın hərbi kapitulyasiyası ilə nəticələn qələbəmiz enerji layihələrimizin təhlükəsizliyini təmin edəcək
05 Noyabr 2020 ABŞ neft hasilatını azaldıb
04 Noyabr 2020 BFB-nin dövriyyəsi 16% azalıb - CƏDVƏL
02 Noyabr 2020 Qarabağın alternativ enerji potensialı dəqiqləşdiriləcək
30 Oktyabr 2020 Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində keçirilmiş videokonfransda Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib
21 Oktyabr 2020 Azərbaycan elektrik enerjisinin ixracını azaldıb
20 Oktyabr 2020 Azərbaycan şəkər ixracını 45% azaldıb
19 Oktyabr 2020 BVF Azərbaycanın neft hasilatı üzrə proqnozunu yüksəldib
14 Oktyabr 2020 Dünya bazarında neftin qiyməti ucuzlaşır
13 Oktyabr 2020 Doqquz ayda Energetika Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə  1833 müraciət qəbul edilib
09 Oktyabr 2020 Doqquz ayda Energetika Nazirliyi tərəfindən 165 icazə verilib
07 Oktyabr 2020 Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində növbəti tədbir keçirilib
07 Oktyabr 2020 Dünya bazarlarında təbii qazın qiyməti cüzi artıb
01 Oktyabr 2020 Azərbaycanın Energetika naziri: “Ermənistan Xəzər regionunun təhlükə zonası kimi qalmasında maraqlıdır.”
30 Sentyabr 2020 Bu il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10%-dək azalıb

Xəbər lenti