.

Energetika Nazirliyinin 21 dekabr 2020-ci il tarixli əmri ilə Zeynalov Orxan Namiq oğlu Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri təyin edilib.
AFİA.AZ xəbər verir ki, Orxan Zeynalov 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr təhsil pilləsini bitirib. Eyni zamanda, 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb.
2003-2020-ci illər ərzində Xarici İşlər Nazirliyi (XİN) sistemində müxtəlif diplomatik vəzifələrdə çalışıb. 2003-2004-cü illərdə XİN-də enerji, nəqliyyat və ətraf mühit üzrə mütəxəssis, 2005-2007-ci illərdə Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyində iqtisadi-ticarət məsələləri üzrə attaşe, 2008-2009-cu illərdə XİN mərkəzi aparatında regional iqtisadi təşkilatlar üzrə məsul əməkdaş, 2010-2012-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyində, həmçinin ATƏT yanında Daimi Nümayəndəlikdə müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə O.Zeynalov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Enerji, Ətraf Mühit və Minerallar Departamentinin müdiri (D2) vəzifəsinə seçilərək, 2013-2016-cı illər ərzində sözügedən təşkilatda Azərbaycanı təmsil edib.
2018-ci ildə XİN sisteminə bərpa olunaraq, Avropa İttifaqı (Aİ) şöbəsinin müdiri və 2017-ci ilin fevral ayından Aİ-Azərbaycan Yeni İkitərəfli Sazişi üzrə Azərbaycan tərəfdən sektoral danışıqlar qrupunun rəhbəri və baş danışıqçının müavini olub. 2016-2017-ci illərdə “Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri 2018-2020” sənədi üzrə Azərbaycan tərəfindən danışıqlar prosesinin aparılması və sənədin razılaşdırılmasında bilavasitə iştirak edib.
2018-ci ildə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsinə təyinat alaraq, 2020-ci ilin dekabr ayınadək bu vəzifədə çalışıb.
İngilis, rus, türk dillərini sərbəst, alman və fars dillərini orta səviyyədə bilir.
14 Yanvar 2021 Ötən il Energetika Nazirliyi tərəfindən 227 icazə verilib
14 Yanvar 2021 Naxçıvanın ÜDM-i ötən il 1,1% artıb
31 Dekabr 2020 Avropaya kommersiya qazının nəqli ilə Cənub Qaz Dəhlizinin strateji məqsədinə nail olundu
26 Dekabr 2020 Energetika Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub
25 Dekabr 2020 Azərbaycandakı bankların xarici aktivləri noyabrda 11% artıb
23 Dekabr 2020 Azərbaycanın energetika nazirinin İranın energetika və neft nazirləri ilə görüşləri keçirilib
21 Dekabr 2020 Bu ilin 11 ayında ölkədə qaz hasilatı artıb
19 Dekabr 2020 İşğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub
18 Dekabr 2020 AMB uçot dərəcəsini endirib
17 Dekabr 2020 Xudafərin-Qız qalası və Ordubad - Marazad layihələri üzrə Texniki Komissiyaların növbəti iclasları keçirilib
17 Dekabr 2020 Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar 28% azalıb
14 Dekabr 2020 Bərpa olunan enerji mənbələri üzrə onlayn seminar keçirilib
09 Dekabr 2020 Azərbaycan noyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
04 Dekabr 2020 Azərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib
26 Noyabr 2020 Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın dördüncü iclası keçirilib
12 Noyabr 2020 Energetika naziri Pərviz Şahbazov: Ermənistanın hərbi kapitulyasiyası ilə nəticələn qələbəmiz enerji layihələrimizin təhlükəsizliyini təmin edəcək
05 Noyabr 2020 ABŞ neft hasilatını azaldıb
04 Noyabr 2020 BFB-nin dövriyyəsi 16% azalıb - CƏDVƏL
02 Noyabr 2020 Qarabağın alternativ enerji potensialı dəqiqləşdiriləcək
30 Oktyabr 2020 Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində keçirilmiş videokonfransda Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib
21 Oktyabr 2020 Azərbaycan elektrik enerjisinin ixracını azaldıb
20 Oktyabr 2020 Azərbaycan şəkər ixracını 45% azaldıb
19 Oktyabr 2020 BVF Azərbaycanın neft hasilatı üzrə proqnozunu yüksəldib
14 Oktyabr 2020 Dünya bazarında neftin qiyməti ucuzlaşır
13 Oktyabr 2020 Doqquz ayda Energetika Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə  1833 müraciət qəbul edilib
09 Oktyabr 2020 Doqquz ayda Energetika Nazirliyi tərəfindən 165 icazə verilib
07 Oktyabr 2020 Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində növbəti tədbir keçirilib
07 Oktyabr 2020 Dünya bazarlarında təbii qazın qiyməti cüzi artıb
01 Oktyabr 2020 Azərbaycanın Energetika naziri: “Ermənistan Xəzər regionunun təhlükə zonası kimi qalmasında maraqlıdır.”
30 Sentyabr 2020 Bu il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10%-dək azalıb

Xəbər lenti