.

Azərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 05 dekabr 2019-cu il tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın dördüncü iclası keçirilib. 
AFİA.AZ xəbər verir ki, Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda Komissiyanın üçüncü iclasından ötən dövr ərzində pilot layihələrin icrası istiqamətində görülən işlər nəzərdən keçirilib, “ACWA Power” şirkəti ilə imzalanacaq müqavilə layihələrinin yekun versiyaları təsdiq olunub.
İclası açan Pərviz Şahbazov komissiya üzvlərini Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbə münasibətilə təbrik edib, “ACWA Power” və “Masdar” şirkətləri ilə imzalanmış icra müqavilələri çərçivəsində həyata keçiriləcək külək və günəş enerjisi layihələrinin reallaşdırılması üçün torpaq sahələrinin ayrılması, şəbəkəyə qoşulma və enerjisistemə inteqrasiya, dövlət zəmanətlərinin verilməsi mexanizminin müəyyənləşdirilməsi, eləcə də digər istiqamətlər üzrə aidiyyəti qurumlarla birgə görülmüş işlər barədə məlumat verib.
Sonra hazırlanmış müqavilə layihələri barədə təqdimat dinlənilib. Qeyd olunub ki, “ACWA Power” şirkəti ilə imzalanması nəzərdə tutulan 6 müqavilə - İnvestisiya Müqaviləsi, Enerji Alqı-satqı Müqaviləsi, Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsi, Torpaq İcarə Müqaviləsi, Müstəqil Mühəndis Müqaviləsi və Birbaşa Razılaşma Müqaviləsinin layihələri hazırlanıb və iki mərhələdə aidiyyəti qurumlardan rəy və təkliflər toplanaraq, təkmilləşdirilib və investorla razılaşdırılıb. Komissiya bu iclasda layihələri təsdiq etdikdən sonra onlar paraflanacaqdır. Eyni zamanda, “Masdar” şirkəti ilə müvafiq layihə sənədləri üzrə danışıqların son mərhələdə olduğu, yaxın gələcəkdə yekunlaşdırılacağı diqqətə çatdırılıb.
İclasda komissiya üzvləri çıxış edərək hazırlanmış sənədləri dəstəkləyiblər, səsləndirilmiş bir neçə təklif nəzərə alınmaqla müqavilə layihələri təsdiq olunub.
Videokonfransda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Mərkəzi Bankın, “Azərenerji” və“Azərişıq” ASC-lərin nümayəndələri iştirak edib.
22 Yanvar 2021 Neftin ucuzlaşması davam edir
14 Yanvar 2021 Ötən il Energetika Nazirliyi tərəfindən 227 icazə verilib
14 Yanvar 2021 Naxçıvanın ÜDM-i ötən il 1,1% artıb
31 Dekabr 2020 Avropaya kommersiya qazının nəqli ilə Cənub Qaz Dəhlizinin strateji məqsədinə nail olundu
26 Dekabr 2020 Energetika Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub
25 Dekabr 2020 Azərbaycandakı bankların xarici aktivləri noyabrda 11% artıb
23 Dekabr 2020 Azərbaycanın energetika nazirinin İranın energetika və neft nazirləri ilə görüşləri keçirilib
21 Dekabr 2020 Bu ilin 11 ayında ölkədə qaz hasilatı artıb
19 Dekabr 2020 İşğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub
18 Dekabr 2020 AMB uçot dərəcəsini endirib
17 Dekabr 2020 Xudafərin-Qız qalası və Ordubad - Marazad layihələri üzrə Texniki Komissiyaların növbəti iclasları keçirilib
17 Dekabr 2020 Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar 28% azalıb
14 Dekabr 2020 Bərpa olunan enerji mənbələri üzrə onlayn seminar keçirilib
09 Dekabr 2020 Azərbaycan noyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
04 Dekabr 2020 Azərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib
26 Noyabr 2020 Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın dördüncü iclası keçirilib
12 Noyabr 2020 Energetika naziri Pərviz Şahbazov: Ermənistanın hərbi kapitulyasiyası ilə nəticələn qələbəmiz enerji layihələrimizin təhlükəsizliyini təmin edəcək
05 Noyabr 2020 ABŞ neft hasilatını azaldıb
04 Noyabr 2020 BFB-nin dövriyyəsi 16% azalıb - CƏDVƏL
02 Noyabr 2020 Qarabağın alternativ enerji potensialı dəqiqləşdiriləcək
30 Oktyabr 2020 Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində keçirilmiş videokonfransda Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib
21 Oktyabr 2020 Azərbaycan elektrik enerjisinin ixracını azaldıb
20 Oktyabr 2020 Azərbaycan şəkər ixracını 45% azaldıb
19 Oktyabr 2020 BVF Azərbaycanın neft hasilatı üzrə proqnozunu yüksəldib
14 Oktyabr 2020 Dünya bazarında neftin qiyməti ucuzlaşır
13 Oktyabr 2020 Doqquz ayda Energetika Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə  1833 müraciət qəbul edilib
09 Oktyabr 2020 Doqquz ayda Energetika Nazirliyi tərəfindən 165 icazə verilib
07 Oktyabr 2020 Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində növbəti tədbir keçirilib
07 Oktyabr 2020 Dünya bazarlarında təbii qazın qiyməti cüzi artıb
01 Oktyabr 2020 Azərbaycanın Energetika naziri: “Ermənistan Xəzər regionunun təhlükə zonası kimi qalmasında maraqlıdır.”

Xəbər lenti