.

MM-nın Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva cənab Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edilən qədim və gözəl Kəlbəcərimizdən yazdı.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu gün növbəti dəfə Xalqa Müraciət etdi: “Əziz həmvətənlər! Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu”.
– Tanrı bizə bu sözləri eşitməyi qismət elədi. Tanrı bizə Kəlbəcərin azadlığını göstərdi. Əlbəttə, biz bu tarixi uğurumuzun Tanrı qatını, İlahi qaynağını deyirik, bununla belə, cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, qələbənin Azərbaycan əsgəri, zabiti tərəfindən qazanıldığını da unutmuruq. İşğaldan azad edilmiş torpaqlara müqəddəs bayrağımızı Azərbaycan əsgəri, Azərbaycan zabiti sancıb! Azərbaycan Ali Baş Komandanının qətiyyəti, prinsipiallığı olmasaydı, Ordumuz fədakarlıq və peşəkarlıq etməsəydi – hərb meydanında qalibiyyət qazanılmasaydı, dövlət-xalq birliyi olmasaydı, Kəlbəcər, Ağdam və Laçınla bağlı diplomatik-siyasi qalibiyyət əldə edilə bilərdimi? – Əsla, yox! Düşmənin xüsusi möhkəmləndiyi, beş qat müdafiə tələsi qurduğu Ağdamdan, təbii istehkamlı Kəlbəcərdən, sonuncu ayın ilk günündə Laçından qovulub çıxarılması, müharibə yolu ilə baş tutsaydı, etiraf edək, bu, yüzlərlə hərbçimizin qanı-canı bahasına mümkün olacaqdı. Əgər eyni nəticəni hərbçilərimizi itirmədən əldə edə biliriksə, bunu qiymətləndirmək lazımdır. Bu tarixi nailiyyətdir. Bu, Azərbaycan dövlət başçısının siyasi-diplomatik uğurudur. Bu, müzəffər Ordumuzun qalibiyyətinin təntənəsidir. Bir daha vurğulayırıq ki, dövlət-xalq birliyimizin təcallasıdır bu! Bəs, Kəlbəcərin özəlliyi nədir? İlk növbədə, niyəsiz, necəsiz öz torpağımızdır Kəlbəcər, biz bizim olana qovuşuruq. İkincisi, Kəlbəcər respublikamızın Ermənistanla sərhəddə yerləşən, ən böyük əraziyə malik rayonudur. Kəlbəcər zəngin təbii ehtiyatlara malik rayonumuzdur. Kəlbəcər rayonu işğaldan öncəki dövrdə Azərbaycanın inkişafında özəl yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz Kəlbəcərimizdə yerləşir. Örnəyi, Söyüdlü yatağının qızıl ehtiyatları ilkin olaraq, 115 tondan çox qiymətləndirilir. Habelə, Ağduzdağ, Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl ehtiyatının olduğu elmi şəkildə təsdiq olunub. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı, Ağqaya yataqlarında 1000 tondan artıq (!) civə ehtiyatı mövcuddur. Kəlbəcərin mərmər oniksi, nefroid ehtiyatları da daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik başqa yataqları vardır. Kəlbəcərimiz yalnız Azərbaycanda deyil, Güney Qafqazda, ümumən Qafqazda, hətta, yaxın-uzaq coğrafiyada qış, yay, kurort-müalicə, tarix və inanc turizmi potensialı ilə xüsusi seçilən – iqlimin, coğrafiyanın verdiyi təbii imkanlara malik bölgəmizdir. Kəlbəcər o cümlədən mifolji qatlar, şifahi xalq ədəbiyyatı, aşıq ədəbiyyatı da daxil olmaqla zəngin mədəni irsə malik rayonumuzdur. Bütün hallarda, torpağının altı da, üstü də sərvətlə dolu olan Kəlbəcərin ən əsas sərvəti Kəlbəcərin qonaqpərvər, zəhmətkeş, torpaqcanlı insanıdır! Bir daha, bütün Kəlbəcrli dostlara salam-sayğılarımı, təbriklərimi yetirir, Kəlbəcərli gözəl günlər diləyirəm! Yenidən qayıdaq dövlət başçısının Xalqa Müraciətinə. Cənab Prezident Kəlbəcərin tarixi, mədəni, coğrafi gerçəkliyi, imkanları barədə geniş danışdı; Prezident Kəlbəcərin 27 il öncə necə işğal olmasını faktların dili ilə təhlil etdi. Getsin o günlər bir daha gəlməsin! Çox itkilərimiz oldu. 27 ildən artıq müddətdə işğal altında olan yalnız Kəlbəcər deyildi, Kəlbəcərli günlərimiz, xatirəmiz, itirilmiş uşaqlığımız, qeyb olmuş xoşbəxtliyimiz idi həm də…
Ermənistan dövləti, dünya erməniliyi və erməniyanlılar Azərbaycan xalqının səbrini uzun illər boyu zalımcasına sınağa çəkdi. Günahsız insanların, körpələrin, uşaqların, qadınların, qocaların qışın ortasında öz dədə-baba torpağından vəhşicəsinə qovulmasını, onların ağzı bağlı, içi dolu evlərinin talan edilməsini tarix unutmayacaq! Cənab Prezidentin bu sözlərini Xalqa Müraciətin mətnindən xüsusi fərqləndirmək istərdim: “Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə, bütün dağıntılara görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də həmçinin, Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan”. Düşmən elə bilməsin ki, 27 il yaşadı, taladı, indi də gedib rahat yaşayacaq. Qüdrətli Azərbaycan dövləti uğursuz Ermənistan dövlətinin hərbi-siyasi rəhbərliyini 27-30 il ərzində baş verən vəhşiliklərə görə məsuliyyətə cəlb edəcək. Ermənistan beynəlxalq məhkəmələr vasitəsi ilə Azərbaycana təzminat ödəyəcək. O Ermənistan ki o təzminatın (ilkin hesablamalara görə ən azı 50 milyard dollar olacağı təqdirdə belə…) altından çıxa bilməyəcək. Deməli, Azərbaycan Prezidentinin “endir o bayrağı dirəkdən, bük, qoy cibinə” tarixi ayarına uyğun davranmalı olacaq. Ermənistanda Ermənistanlılıq qalmayacağını bu sətirlərin müəllifi daxil olmaqla, bir çox yazar dəfələrlə öz təhlillərində, proqnozlarında vurğulamışdı. Ermənistan məğlub ölkə olaraq, özünün vahim “o gün”ünü yaşayacaq – o gün uzaqda deyil. Biz isə qalib ölkə olaraq, Kəlbəcərlə bağlı tarixi günümüzü, həsrətə son verdiyimiz günü “O gün bu gündür!” deyə qeyd edirik. Prezidentimiz Xalqa Müraciət edir, Kəlbəcərlilər Şəhidlər Xiyabanına axışır, küçələrdə bayraqlı maşınların yürüyüşü keçirilir, bütövlükdə, xalqımız Kəlbəcərin azadlığını bayram edir! Qələbə qələbə gətirir, uğur uğur gətirir! Suqovuşan, Murov zirvəsi, Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa zəfərlərimiz, neçə-neçə kəndimizin azad edilməsi ard-arda bir-birini doğurdu, yeni zəfərlərimiz üçün əsas oldu, bazis təşkil etdi! Ağdam azad edildi, Kəlbəcər azad edildi! Sırada Laçının öz azadlığına qovuşacağı gün gəlir! Laçından sonra bir başqa Azərbaycan olacağıq! Ruhumuz dirçəlib, ümidlərimiz inama çevrilib, biz bizi biz edən kökləri, ruhu bütün gücü, qüvvəti ilə görürük, idrak edirik. Şübhələr toz-duman olur, Ulu Öndərin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” kəlamı gerçəkləşir! Bu Günəş ən soyuq yerdə, ən sazaq günlərdə də bizi isidəcək, bizi yeni zəfərlərə, qalibiyyətlərə səsləyəcək! Əkəcək, becərəcək, suvaracaq, yetişdirəcək, toxuyacaq, istehsal edəcəyik…- bir sözlə, gül-gülüstana çevirəcəyik el-obalarımızı. “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın. …Kəlbəcəri yenidən quracağıq – kəndləri, Kəlbəcər şəhərini”...
– Bu, Müzəffər Ali Baş Komandanın Sözüdür! “Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”. – Yenə, Prezidentin Xalqa Müraciətindən gətirdiyimiz bu sitat bir daha və bir daha, bizim zəfərin bəşəri mahiyyətini göstərir. Bizim qələbəmiz, bütün tərəqqipərvər bəşəriyyətin qələbəsidir, əslində. Biz belə bir barbarlığı durdurmaqla, belini qırmaqla onların yaratmaq istədiyi mənfi presedentin qarşısını almışıq…
Azadlığın mübarək, Kəlbəcər! Gözün aydın, Azərbaycan! Var ol, Müzəffər Ordumuz! Minnətdarıq, cənab Ali Baş Komandan! Ruhunuza ehtiramımız əbədidir, əziz Şəhidlərimiz! DÖVLƏTİMİZ VAR OLSUN!
AFİA.AZ
23 Yanvar 2021 Təhsil naziri: “Həmin şəxs necə direktor oldu?”
23 Yanvar 2021 Nazirlik Cəbrayılın daha bir kəndinin görüntülərini yaydı - VİDEO
23 Yanvar 2021 İnternet üzərindən işə düzəlmək istəyənlərin diqqətinə!
23 Yanvar 2021 Vüqar Səfərli apellyasiya şikayəti verib
23 Yanvar 2021 Qənirə Paşayeva şəhid Elvin Şəriflinin anası ilə görüşüb.
23 Yanvar 2021 “Fikrim elə təqdim edildi ki, guya “öyrənmək olmaz” demişəm”
22 Yanvar 2021 Qənirə Paşayeva Vətən Müharibəsində itkilərimizin az olmasında rol oynamış mülki vətəndaşlarla görüşüb
22 Yanvar 2021 Parlamentdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 2021 Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırlandı - RƏSMİ
21 Yanvar 2021 Yaralı hərbçimiz bu gün şəhid oldu
21 Yanvar 2021 Qənirə Paşayeva şəhid Baş leytenant Orxan Emnalıyevin ailəsi ilə görüşüb.
20 Yanvar 2021 "Azərbaycan 20 Yanvar faciəsini Rusiya ilə əlaqələndirmir" - Polad Bülbüloğlu
20 Yanvar 2021 "Karyerdə daş atıb 10 manat alırdım" - Siyavuş Novruzov
20 Yanvar 2021 Kadırov: “Çeçenistanda sonuncu silahlı dəstə də məhv edilib”
20 Yanvar 2021 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olundu - Video
20 Yanvar 2021 Məktəblər açıla bilər - Təhsil eksperti
20 Yanvar 2021 Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək
20 Yanvar 2021 XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
19 Yanvar 2021 Qənirə Paşayeva və Arzu Bağırova qəhrəman şəhidimiz Musa Mustafayevin atası ilə görüşüblər
19 Yanvar 2021 Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı AÇIQLAMA
19 Yanvar 2021 Qəhrəman həkimlərimizin korona ilə mübarizəsi davam edir - Video
19 Yanvar 2021 Kəlbəcərin Çopurlu kəndi - Video
19 Yanvar 2021 Avropada aşağı temperatur rejimi həyatı iflic etdi
19 Yanvar 2021 MN gənc əsgərlərin qəbulu ilə bağlı məlumat yaydı - Video
19 Yanvar 2021 İcra başçısı və müavininin məhkəməsi təxirə salındı
19 Yanvar 2021 20 Yanvar” faciəsi haqqında gizlədilən məqamlar...
17 Yanvar 2021 Hərbçilərimiz təlimlər üçün Qarsa getdi - Video
17 Yanvar 2021 Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir
17 Yanvar 2021 Qənirə Paşayeva və Arzu Bağırova şəhidimiz Baş leytenant Əlimərdan Quluzadənin ailəsi ilə görüşüb
17 Yanvar 2021 Təhsil naziri gələn həftə yeni qaydaları açıqlayacaq

Xəbər lenti