.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Vüqar Əkbərovdan yazdı.

ADI KİMİ VÜQARLI...
Tovuz rayonu Yuxarı Öysüzlü kəndindən Şəhid Vüqar Seyid oğlu Əkbərov haqqında danışmaq istəyirəm sizlərə. 1990-cı il, avqustun 12-də doğulub Vüqar. Həqiqi hərbi xidmətə 2008-ci ilin oktyabr ayında gedib. 2010-cu ilin mart ayında həqiqi hərbi xidmətdən qayıdıb və bir də, 2012-ci ildə - müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq Daxili Qoşunlarda fəaliyyətə başlayıb. Bərdə, Qəbələ və Sumqayıtda xidmətdə olub, qumbaraatan kimi də, Xüsusi təyinatlı kimi də, xidmətdə, təlimdə, məşqdə və yarışda fərqlənib. Bəli, bütün şüurlu yaşamı boyu adını doğruldan vüqarlı Vüqar, Daxili Qoşunların (DQ) Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) xidmət edib. Azərbaycan Böyük Vətən Müharibəsi başlayandan döyüşlərə qatılıb, Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı, Şuşa uğrunda gedən döyüşlərdə kəşfiyyat qrupunda fədakarlıqla iştirak edib. Adı kimi ömür sürmüş Vüqar hələ Füzuli istiqamətində gedən döyüşlər zamanı başından yaralanıb; kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Baxmayaraq ki, xeyli müddət müalicə alması, zəruri tibbi prosedurlar keçməsi gərəkdi, lakin Vüqar öz israrlı istəyi ilə, müalicəsi tamam olmadan, təkrar döyüşlərə dönüb... Vüqarın öz atası ilə son dialoqunu eitdim, həm qürur duydum, həm kədər qarışıq düşüncələrə daldım. Ustad Mehmet Akif Ərsoyun “Bir hilal uğruna, ya Rəbb, nə Günəşlər batır” misrasını xatırladım. Ata deyir: - Oğul, yaralısan, tam sağal, sonra gedərsən... - Ata, mən getməliyəm, uşaqlar hamısı döyüşdədi, burda qalammaram, yolumu kəsmə, qadan alaram... Vətən üçün yarandım, Vətən üçün şəhid olsam, haqqını halal elə... “Haqqını halal elə”! – Sanki daha öncələr bu qədər təfərinc olmamışdım halallıq istəyinə. Əsgərlərimizin, demək olar, hamısı haqqında eşidirik ki, ailəsindən, doğmalarından halallıq istəyirlər. Oysa, biz onlardan “Haqqınızı halal edin” istəyində bulunmalıyıq. Onların haqq-sayı unudulmazdır. Bizim haqqımız varsa, əsgərlərimizin min dəfə halalıdır, zatən. Deyirəm, qəhrəmanlıq, Vətənə xidmət amalı necə bir qüdsiyyətdir ki, özündə sadəliyi, borcluluq hissini, İlahi gözəlliyi bəsləyir… Şəhidlik öncəsi keçidikləri hisslərindən igidlərimizin sanki bayram öncəsini yaşa­yırmış kimi bir ovqata, hiss-həyəcana sahib olduğunu görürük. – Ustad Yəhya Kamal Bəyatlı necə deyirdi? – “…axınlarda cocuqlar kimi şəndik”!.. Və döyüşlərin Şuşa mərhələsi! Şuşa uğrunda döyüşlərdə şəhid olmaq! – Nə gözəl aiqbətdi, İlahi! İlahi, sən ən çox sevdiklərinə qismət elədin bu aiqbəti. Onların sırasında bizim Vüqar da var. Azərbaycan Xüsusi Təyinatlılarının Şuşanı azad etmə əmliyyatı hərb tarixinin qızıl səhifəsidir. Şuşanın azadlığını görənlərin özü, görməyənlərin ruhu şaddır! Vüqar kimi! Öz qorxmazlığı, igidliyi ilə seçilən Vüqar noyabrın 7-də şəhadət şərbəti içib. Kəndinin adı Yuxarı Öysüzlü olan Vüqarın adı neçə evdə çəkilir indi, neçə könül evində əbədi yeri var Vüqarın. İşğal altındakı ev-eşiklərimizi, kəndlərimizi, şəhər­lərimizi azad etməkçün döyüşlərə atılan Yuxarı Öysüzlü balası, ən yuxarı ad olan Şəhid adını qazanıb, bütöv Azərbaycanın oğlu oldu. “Ey, bu torpaqlar üçün torpağa düşmüş əsgər! Göydən əcdad enərək öpsə o pak alnı dəyər”… (Mehmet Akif Ərsoy)





23 Yanvar 2021 Təhsil naziri: “Həmin şəxs necə direktor oldu?”
23 Yanvar 2021 Nazirlik Cəbrayılın daha bir kəndinin görüntülərini yaydı - VİDEO
23 Yanvar 2021 İnternet üzərindən işə düzəlmək istəyənlərin diqqətinə!
23 Yanvar 2021 Vüqar Səfərli apellyasiya şikayəti verib
23 Yanvar 2021 Qənirə Paşayeva şəhid Elvin Şəriflinin anası ilə görüşüb.
23 Yanvar 2021 “Fikrim elə təqdim edildi ki, guya “öyrənmək olmaz” demişəm”
22 Yanvar 2021 Qənirə Paşayeva Vətən Müharibəsində itkilərimizin az olmasında rol oynamış mülki vətəndaşlarla görüşüb
22 Yanvar 2021 Parlamentdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 2021 Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırlandı - RƏSMİ
21 Yanvar 2021 Yaralı hərbçimiz bu gün şəhid oldu
21 Yanvar 2021 Qənirə Paşayeva şəhid Baş leytenant Orxan Emnalıyevin ailəsi ilə görüşüb.
20 Yanvar 2021 "Azərbaycan 20 Yanvar faciəsini Rusiya ilə əlaqələndirmir" - Polad Bülbüloğlu
20 Yanvar 2021 "Karyerdə daş atıb 10 manat alırdım" - Siyavuş Novruzov
20 Yanvar 2021 Kadırov: “Çeçenistanda sonuncu silahlı dəstə də məhv edilib”
20 Yanvar 2021 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olundu - Video
20 Yanvar 2021 Məktəblər açıla bilər - Təhsil eksperti
20 Yanvar 2021 Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək
20 Yanvar 2021 XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
19 Yanvar 2021 Qənirə Paşayeva və Arzu Bağırova qəhrəman şəhidimiz Musa Mustafayevin atası ilə görüşüblər
19 Yanvar 2021 Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı AÇIQLAMA
19 Yanvar 2021 Qəhrəman həkimlərimizin korona ilə mübarizəsi davam edir - Video
19 Yanvar 2021 Kəlbəcərin Çopurlu kəndi - Video
19 Yanvar 2021 Avropada aşağı temperatur rejimi həyatı iflic etdi
19 Yanvar 2021 MN gənc əsgərlərin qəbulu ilə bağlı məlumat yaydı - Video
19 Yanvar 2021 İcra başçısı və müavininin məhkəməsi təxirə salındı
19 Yanvar 2021 20 Yanvar” faciəsi haqqında gizlədilən məqamlar...
17 Yanvar 2021 Hərbçilərimiz təlimlər üçün Qarsa getdi - Video
17 Yanvar 2021 Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir
17 Yanvar 2021 Qənirə Paşayeva və Arzu Bağırova şəhidimiz Baş leytenant Əlimərdan Quluzadənin ailəsi ilə görüşüb
17 Yanvar 2021 Təhsil naziri gələn həftə yeni qaydaları açıqlayacaq

Xəbər lenti