Ürək satqın duyğularla yalana aşiqlik edirsə, tez və ya gec bir vaxtda o ürəkdə bütün istəklər kədər və məyusluqla sona yetəcək, yalnız yaslı günlər yaşanacaqdır. Belə azarlı durumda ümid ləkəli vicdanın islahatına qalır. Uca Allahın hökmü ilə islah edilən vicdan tədricən ürəyi mühakimə edərək, bəlkə, nəsə edə bilər, rahat nəfəs almaq imkanı verər. Yoxsa o ürəyin qisməti boğula-boğula iflic olmaqdır. Özünə və insanlığa dönük çıxan erməni ürəyi indi belə ağlar gündədir. Dağlıq Qarabağ savaşında məğlub olan Ermənistanın hərbi-siyasi başçıları bir-bir istefa verir və aradan çıxırlar. Erməni mütiliyi biabırçı nəticələr verir. Onların lideri Nikol Paşinyan isə özünü bəzi dövlət işlərinin icrasında günahkar hesab etsə də, vəzifə postunu tərk etməmək üçün daban yalama vərdişlərini möhkəmləndirir, siyasi nağıl söyləməkdən bezmir. “Erməni xalqının xain rəhbəri” adını qazanan Nikol özünün dediyi kimi, sıfırlaşan siyasətinin dar dairəsindən salamat çıxmağa fürsət axtarır. İstefa tələbinə boyun əyməyərək müxalif qüvvələrə qarşı erməni qanı içməkdən də çəkinmir. Ehtimal var ki, bu qaniçmə onun dinc yolla istefasına yox, bəlkə, ölümünə səbəb oldu.
Baş nazir N. Paşinyana qarşı çıxan etirazçı qüvvələr ermənisayağı nə gəldi uydurur, siyasi qalmaqal şəraitini daha da dərinləşdirirlər. Artur Qazinyan adlı bir müxalifətçinin Şuşa döyüşü ilə bağlı olaraq noyabrın 21-də “Times.am” saytında yazdığı əsassız fikirlər bizdə çox hiddət doğurur. Guya Ermənistanda döyüş əməliyyatları olmadan Şuşanı təhvil vermək üçün siyasi qərar qəbul edilmişdi və bu məsələ noyabrın 9-da bizə gözəl hədiyyə kimi Azərbaycanın Dövlət Bayrağı günündə baş tutmalı idi. Arturun sözlərinə görə, Rusiyanın bu faciəni dayandırmaq cəhdləri Paşinyan tərəfindən rədd edilib və Ermənistan ordusu alınmaz qala kimi Şuşanın müdafiəsini lazımi səviyyədə təmin etməyib. Təbii ki, bu saxta fikir Nikola ünvanlanan siyasi qərəzdir. Əsl həqiqətin sahibi cəsur Azərbaycan döyüşçüsüdür. Yaxşı ki, çox müşkül savaş meydanı, sıldırımlı dağ keçidləri ilə fərqlənən Şuşada kəskin bir tempdə davam etmiş hərbi əməliyyatların əlimizdə bir neçə videogörüntüsü də var. Kimsə bu ulu yurdumuzun azadlığı uğrunda ordumuzun nümayiş etdirdiyi misilsiz döyüş ustalığını, igidlik nümunələrini dana bilməz. Bu savaşda ön atəş xəttindən qorxaqcasına qaçaraq sağ qalan erməni əsgərləri gücümüzə yaxşı bələd oldular.
Hərbi sirr baxımından həmləmizin bəzi üstün məqamlarını açıqlamaq olmaz. Amma onu deyə bilərəm ki, sərt qayalarda aslan kimi dırmaşaraq iri sıçrayışlarla irəli şığıyan, dərin dərələrdən, meşəliyin gizli yollarından taktiki hiylələrlə keçərək düşmən üzərinə qəfil həmlə edən Azərbaycan əsgəri üzülən erməni qəlbində möhtəşəm vahimə yaradırdı. Hündür mövqelərdə rahat atəş açan dığalar nə qədər qorunsalar da, nər döyüşçülərimizin gülləsi ilə deyil, dəmir yumruğu, iti süngü-bıçağı ilə gəbərirdilər. Yəni uzaqdan-uzağa atəş açmadıq, əlbəyaxa vuruşmağı üstün tutduq ki, igid əməllərimiz gorbagor olan faşist ermənilərin qan yaddaşına həmişəlik həkk edilsin. Çox az güllə xərcləməklə iri miqyaslı belə üzbəüz döyüş üsulu hər ordunun hünər seqmentinə daxil deyil. Hünər bolluğun daim var olsun, Azərbaycan Ordusu!...
Hədsiz yalan uyduran Artur Qazinyan görün fikrini necə yarımlovğalı, tam üzgün notlarla sonuclayır:
“ ...Şuşanın müdafiəsi vətənpərvər və fədakar könüllü döyüşçülərin çiynində qalmışdı. Nə qədər alçaq və çirkin olmaq lazım idi ki, o uşaqlara deyəsən: nahaq yerə vuruşmayın, bədbəxt və qəmgin Şuşa şəhəri döyüşsüz təslim olub. Hədər yerə öldüyünü dərk etmədən bir neçə yüz erməni əsgər öz həyatını qurban verdi.” Yalan deyənin ata-babasının göruna lənət olsun! Yenəmi söyüm?! Əstəğfürullah, sizlər hər söyüşə layiqsiniz! Etdiyiniz saysız-hesabsız günahlardan, iftira və saxta əməllərdən heç olmasa bir dəfə xəcalət çəkəcəksinizmi?! Biabırçı məğlubiyyət müqabilində göstərdiyimiz rəhmdilliyə görə barı başınızı aşağı salın, susun. Əslində sizə mərhəmət də haramdır. İnana bilmirəm, bəlkə, uca Allahımız da sizi heç vaxt bağışlamacaq...
O gün Şuşa qəmgin deyildi, ay dığa! Öz halal sahibinə qovuşan bir şəhər, ulu bir diyar necə qüssələnə bilərdi?! Tarix sübut etdi ki, həqiqət heç zaman murdar erməni qəlbinə qısılmaz. Real tarixi alçaldan faşist qayəli ermənizmin özü alçalar. Sizlər həmişə saxta addımlar ata-ata əcələ tərəf yuvarlanırsınız. Erməni qisməti yalnız gəbərməkdir! Ədalətli mövqeyimizə tutarlı faktlarla dəstək verən rusiyalı tarixçi, hərbi ekspert, politoloq Oleq Kuznetsovun Şuşa hərbi əməliyyatı barədə fikirləri erməni uydurmalarına yaxşı cavabdır. O, dəyərli peşəkar mühakimələri ilə bəyan edir ki, Şuşa həmləsi Azərbaycan Ordusunun komandirləri və hərbi rəhbərləri arasında həqiqi generalların olduğunu göstərdi. Yəni savaşda doğulan Azərbaycan Ordusu yenilməz bir hərbi güc kimi yetişmişdir. Şuşanın özəl coğrafi şərait tələblərinə əsasən bir neçə mühüm mövqeyi ələ keçirərək əsas yardımçı qüvvələrin şəhərə daxil olmasını təmin edən Azərbaycan Ordusunun xüsusi təyinatlıları çox möhtəşəm bir iş gördülər. Ermənilər isə öz mövqelərinə güvənərək Şuşanın müdafiəsinin təşkilinə çox məsuliyyətsiz reaksiya göstərirdilər. Lakin bu reaksiya heç bir halda Azərbaycan xüsusi təyinatlılarının fədakar savaş üsullarına xələl gətirmədi, onlar kəşfiyyat ustalığı sayəsində düşmənin müdafiəsində olan bütün nöqsan və çatışmazlıqları çox dəqiq müəyyən edə bildilər və hər bir əskiklikdən bacarıqla istifadə etdilər.
Oleq Kuznetsovun sözlərinə görə, Rusiyanın rəsmi mənbələrində qeyd edilir ki, Şuşa yaxınlığında ölmüş erməni hərbçilərinin sayı 300 yox, təxminən 700-800 nəfərdir, bu isə Ermənistan ordusu üçün böyük itkidir: “Atəşkəsin ardınca öncə 150 cəsəd çıxarıldı, bundan sonra isə Ermənistan rəsmiləri döyüş meydanında ən azı 500 cəsədin qaldığını elan etdi. Bu, həqiqi döyüş idi, cəbhənin çox vacib bir sektorunda erməni ordusu tamamilə məğlubiyyətə uğradı. Şuşa şəhərinin azad edilməsi Azərbaycan Ordusunun ən müasir, ən gözəl, ən şərəfli səhifəsidir”.
Həqiqətən erməni yalanı erməni kölgəsindən böyükdür, lakin çox ömürlü deyil. Şuşa döyüşü bir erməni cinayətkarının da real simasını ortaya qoydu. Düşmən tərəfi bu məsələ ilə bağlı sosial şəbəkədə öz yalanını işə keçirə bilmədi. Söhbət Xocalı faciəsini törədən erməni cəlladlarından biri kimi adı axtarılan canilərin siyahısında 45-ci yerdə yazılmış Conik Tevosyandan gedir. 80 yaşını haqlamış, taqəti öləzimiş bu qəddar niyyətli erməni köməksiz olduğuna görə Şuşadan qaça bilməmişdi. Di gəl ki, əsir kimi əlimizə keçdiyi ilk andaca haqlı qınaqlarımıza məruz qalan bu cani Azərbaycan dilində əsgərlərimizə həyasız bir tərzdə “mən sizə neyləmişəm axı?” deyirdi. Onun saxta yazıqlıq siması tez yırtıldı. Lazımi araşdırmadan sonra kaftar əsirimiz Conikin cinayətkar əməlləri hərbi əks-kəşfiyyat orqanlarımız tərəfindən birbəbir üzə çıxarıldı. Məlum oldu ki, Conik Tevosyan təxminən 28 il əvvəl Xocalıda dinc azərbaycanlıları, qadınları, qocaları, körpə uşaqları vəhşicəsinə qətlə yetirən canilərdən biridir. O günlərdə çəkilmiş fotoların birində görürük ki, Conik Tevosyan əlində iki ov tüfəngi, damağında siqaret, mülki paltarda dayanaraq nəsə hədyanlıq edir. Qarşısında öz körpəsini qucağına alıb qarın içində oturmuş azərbaycanlı qadın isə ağlar bir görkəmdədir. Baxışlarından hiss edilir ki, digər erməni cəlladları həmin qadının ərini yaxasından tutaraq kəskin təhqir edirlər. Bir fakt da müəyyən edildi ki, bu oğraş Conik Tevosyan bizim çörəyimizlə böyüyübmüş. Sumqayıt ermənisidir. Ara qarışdırıldıqdan sonra Dağlıq Qarabağa köçən bu quldur xain bir niyyətlə separatçılara qoşularaq bizə qarşı çox cinayətlər törədib. Xocalı qətliamında fəal iştirak edib və müharibədən sonra haram olsa da, doğma Şuşamızda yurd salıb. O, hər cür cinayətkar əməlinə görə məhkəmə kürsüsündə qanuni yolla mühakimə olunacaqdır.
Söz yox ki, Şuşa döyüşü milli hərb tariximizə yazılan uğurlu bir hərbi əməliyyat kimi gələcəkdə elmi dissertasiyaların mövzusuna çevriləcək, çox təcrübəli peşəkar hərbçilərimiz tərəfindən dərin təhlil ediləcək və hərbi dərsliklərimizə salınacaqdır. Şuşa döyüşü, necə deyərlər, erməni faşizmi üzərində adi döyüş yox, misilsiz və çox ibrətli bir döyüş dərsi oldu. Uca dağlarımız daşnak əsarətindən xilas olmaq üçün bizə arxalandı. Həm də Qarabağ xanlığının banisi, Şuşa qalasının təməlçisi Pənahəli xanın ruhu şadlandı, füsunkar dağ oylaqlarımızda dağıdıcı ayaq səsləri kəsildi. Əzəmətli Şuşamız milli qürur rəmzi olaraq Qarabağın tacı kimi başımız üstünə qaldırıldı və bütün dünyaya bəyan edildi ki, Şuşa Azərbaycanın mərdlər məkanıdır. Erməni vandallar tərəfindən bir çox qiymətli milli tarixi-mədəniyyət abidələrimiz dağıdılsa da, şəhərin hər bucağında saxta xaç daşı basdırılsa da, Şuşa heç vaxt Şuşi ola bilməz, bu şəhər qədim əcdadlarımızın zəhməti sayəsində ərsəyə gələn doğma Azərbaycanımızın şəriksiz bir diyarıdır.
Əzab yalnız xainlərə yaraşır! Əzabın bol olsun, ey müti Ermənistan! Şuşa döyüş dərsini heç vaxt unutma! Daha yetər, haqq yoluna qayıt, bəlkə, o zaman sənə adi salam verməyə layiq olasan. Əks halda səni daha böyük fəlakətlər gözləyir. Bilin ki, bizim mənəvi yolçuluğumuzun əsas hədəfi vətənçilikdir. Sizlər kimi məhkum çadırına düşən deyilik. Çünki ədalətli döyüşçüyük. Amalımız pozulmazdır. Nəyə xoş niyyət edirsənsə, qismətin də odur!
Ya rəbbim, sən bizi daim zəfərlə şərəfləndir! Biz üzümüzə açılan səhərdən axşamacan saf niyyətli duaçıyıq. Yolumuzu əngəlləyən qüvvələri qurduğumuz ədalətli dövlət və yenilməz ordumuzla utandırırıq! Bu haqq yolunda bizə imdad eylə, yardım eylə, mədəd eylə Allahım!
İbrahim MƏSİMOĞLU müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant