
“BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti (UNMAS) digər bölmələrlə birlikdə Dağlıq Qarabağda təcili yerləşdirilmə üzərində işləyir. Tərəflərin ehtiyaclarının qiymətləndirilməsi üzrə missiya dekabrın əvvəlində işə başlayacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin nümayəndəsi bildirib.
Nümayəndə “UNMAS-ın Dağlıq Qarabağ zonasında minaların təmizlənməsində Azərbaycana kömək etməyi planlaşdırırmı” sualına cavabında deyib:
“BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti təşkilatın digər bölmələri ilə koordinasiyalı şəkildə tərəflərin tələb etdiyi BMT köməyi kontekstində təcili yerləşdirmə üzərində işləyir. Ehtimal ki, missiya tərəflərin yerlərdə ehtiyaclarını nəzərə alaraq dekabrın əvvəllərində öz işinə başlayacaq”.