.

Sizi Taanıyaq layihəsinin Müsahibim rublikasının qonağı  vətənpərvər,  istedadalı gənc yazar, 400-dən artıq şeir və 70-dən çox publisistik məqalənin müəllifi Sevindik Nəsiboğludur. 
***
Salam Sevindik. Sizi Tanıyaq ailəsinə yenidən xoş gəldin. Dəfələrlə qonağım olmusan, haqqında nə qədər məlumatlı olsaq da, yeni izləyicilərimiz və layihəmizə təzə qoşulan dostların üçün yenidən özün haqda ətraflı məlumat verməni istərdim. 
-Təşəkkür edirəm yenidən mənə müsahibiniz olaraq vaxt ayırdığınız üçün. Mən Əliyev Sevindik Nəsib oğlu 26 iyul 2008–ci ildə İmişli şəhərində anadan olmuşam. Əslən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindənəm. Hazırda Xırdalan şəhər 9 saylı tam orta məktəbin 7-ci sinif şagirdi və dərs əlaçısıym. Beş yaşımdan yazıb-oxumağı və kompüter proqramlarını öyrənmişəm. Vikipediya vasitəsi ilə Azərbaycanımızın keçmişi, tanınmış şəxsləri, sərkərdələri, şairləri və sənətkarları barədə məlumatlar toplamışam. Elə həmin vaxtlardan kiçikhəcmli hekayələr və şeirlər yazmağa başlamışm.
Şeirlərimin əsas mövzusunu Vətən, torpaq həsrəti təşkil edir. 2015-ci ildən şeirlərim ASİYA FAKT İNFORMASİYA AGENTLİYİNDƏ, “Abşeron təhsili”, “Respublika xəbərləri” qəzetlərində, “Söz” və s. jurnallarda dərc olunmuş, Milli Radiomuzun “Navalça”, televiziya kanalllarının “Pillə”, “Çıxış yolu” və “ Məhəbbət nəğmələri” verilişlərində səsləndirilmişdir. Eyni zamanda 70-dən çox publisistik məqalə və araşdırmanın müəllifiyəm. Respublika Milli Kitabxanasının, Abşeron rayon Təhsil şöbəsinin keçirdiyi ictimai-kütləvi tədbirlərdə dəfələrlə çıxış etmiş, məktəb tərəfindən çoxsaylı tərifnamə və diplomla mükafatlandırılmışm.
-Sevdiyin ixtisas və gələcək planların nədir?
-Bildiyiniz kimi, Azərbaycanın şanlı və rəşadətli Ordusunun əks-hücumu nəticəsində 44 gün ərzində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Biz Qarabağımıza qayıtdıq! Mən də bu şanlı Vətən müharibəsində müzəffər ordumuzun canı və qanı bahasına qazanılmış zəfərlərimizdən ilham alaraq müharibənin ilk günündən vətənpərvərlik aşılayan şeirlər,məqalələr yazdım. Arzum həmin şeirləri, məqalələri çap etdirməkdir.
Mənim gələcək arzum diplomat olmaq, Vətənimizi siyasi-diplomatik cəhətdən xarici bədxahlardan qorumaqdır. Bu peşəyə yiyələnmək üçün əvvəlcə ixtisaslaşacağam və inşəAllah özümü bu iş üçün tam hazır edəcəyəm.


-Hüquq və vəzifələrin haqda nə deyə bilərsən?
Hüquqlarımdan mənə görə, ən başlıcası oxumaq, təhsil alıb yüksək biliyə malik mütəxəssis olmaqla vətənə xidmət etməkdir. Bu hüquqdan istifadə etmək üçün gözəl şəraiti bizim üçün dövlətimiz yaratmışdır. Vəzifələrimin də mənə görə ən yüksəyi və ən başlıcası Vətənə cani-ürəkdən xidmət etmək, onu sevmək və göz bəbəyim kimi qorumaqdır! Mən Vətənimi canımla-qanımla sevirəm və onun üçün yaşım az olsa da, canımdan keçməyə hazıram. Əsgər kimi həqiqi hərbi xidmət keçməyə yaşım çatmadığı üçün mən Vətənə sevgimi təhsilimlə, keşməkeşli tariximizi dərindən öyrənməklə, əməllərimlə və yazılarımla göstərməyə çalışıram.
-Hansı fənni daha çox sevirsən?
-Mənim üçün bütün fənnlər maraqlıdır, ancaq daha çox sevdiyim fənnlər Azərbaycan dili və ədəbiyyatı eyni zamanda tarix fənləridir. Bu maraq məndə lap uşaq vaxtlarımdan yaranmışdır.Çoxsaylı şeirlərimin və yazılarımın əsasını tariximizə,ədəbiyyatımıza və dilimizə olan sevgim təşkil edib. Dahi şairimiz Bəxtiyar Vahabzadə demişkən, biz dil açanda ilk dəfə “ Ana” deyirik. İnsan əgər öz dilini, öz tarixini və öz Vətənini sevmirsə, ondan vətəndaş olmaz. Mənim sevimli tarix müəlliməm Gülnar Abbasovanın bir tarix müəllimi var imiş. O deyərmiş ki, sən bir fənn üzrə ixtisaslaşırsan, bu ixtisasla anınmış alim olursan. Uzaq bir ölkəyə gedəndə sən özünü, özlüyünü, kim olduğunu, tarixinin haradan başlandığını deməlisən axı. Bir insan səndən kimliyini soruşanda, sən isə heç nə deməyəndə pərt olarsan. Ona görə də, bu fənnləri əla oxumaq lazımdır. Bunun özü də vətən, millət, xalq qarşısında bir borcdur və mən bu borcu yerinə yetirmək üçün daha çox çalışıb dərslərimi əla oxuyuram.

-İlk dəfə neçə yaşında aşkar etmisən özündə bu istedadı və ilk dəfə neçə yaşında tədbirlərdə çıxış etmisən?
Mən 5 yaşımda ilk kiçik həcmli əsərimi “Gülnaz və Əli” əsərimi yazmışdım. Bu əsəri yazandan sonra isə ilk yazdığım vətənimiz,işğal olunmus torpaqlarımız və onu azad edəcək əsgərlərimiz haqqında kiçik həcmli bayatılar olmuşdur.
Layla balam qurbanam,
Qurbanına qurbanam.
Enli tut kürəyini,
Azərbaycanın səsini,
Yay dünyaya,
Allahına qurbanam!
Mən birinci sinifə gedəndə artıq 30-a yaxın şeir yazmışdım.
İlk dəfə 2-ci sinifdə oxuyarkən dəyərli pedaqoq Əhməd Yusifliyə həsr olunmuş kitabın təqdimatında iştirak etdim və yüz nəfərə yaxın dəyərli insanların qarşısında “Əhməd baba” adlı şeirimi söylədim və alqışlarla qarşılandım.
-Ailəndə də bu cür istedadı olan varmı?
-Ailəmdə ana dilimizə, tariximizə və ədəbiyyata böyük həvəs olub, lakin şeir və başqa yazı sahəsində özlərini sınamayıblar.
-Müharibədən qalib çıxmış ölkə vətəndaşı olaraq qələbə xəbərlərinə reaksiyan da maraqlıdır.
-Mən qələbə çalan Ordumuzla fəxr edirəm! Ali Baş Komandanımızla fəxr edirəm! Qarabağ bölgəsindən olanlardan biri kimi ancaq ruh yüksəkliyi, minnətdarlıq və şükranlıq hissi keçirdim və dedim: “Nə yaxşı ki, işğal olunmuş torpaqlarımız mənfur düşmən tapdağından azad edildi. Vətənimin sinəsi dağlı, gözü arxada qalmadı! Mən fəxr edirəm... Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”
-Təbii ki işğaldan azad olan hər bir qarış torpağımızda şəhidlərimizin və qazilərimizin zəhməti, qanı var. Şəhid ailələrinə yəqin Azərbaycan gənci olaraq sənin də ürək sözlərin olar...
-Mənim ürək sözlərim çoxdur... Demək istəyərdim ki, Şəhid anaları ağlamasınlar... Əksinə, qəhrəman Mübariz İbrahimov demişkən, sevinsinlər ki, övladları Şəhidlik mərtəbəsinə, zirvəsinə ucalıb. Qədim oğuz elində ağsaqqallar, ağbirçəklər arzu edirdilər ki,onların vətən üçün böyüdüb ərsəyə gətirdikləri ərənlər vətən yolunda Şəhid olsunlar... İndi də bizim ərənlərimiz də böyük amal və məfkurə uğrunda-vətənimizin, qəlbimizin bir parçası Qarabağın azadlığı uğrunda son damla qanlarına qədər vuruşdular və Şəhid oldular! Başınızı dik tutun, Şəhid anaları və yaxınları əyilməyin, Şəhidlər Sizin əyilməyiniz üçün bu dünyadan getməyiblər, onlar sizin məğrur olmağınız, qürurlu dayanmağınız üçün canlarını fəda ediblər. Şəhid yaxınlarına bunları demək istərdim. Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr, qazilərimizə isə Allahdan şəfa diləyirəm.
-Ölkə başçimizla görüşmək imkanın olsaydi ona nə deyərdin?
-Nələr deməzdim ki... Ona təşəkkürümü minnətdarlığımı bildirərdim. Ona ən səmimi qəlbdən alqışlar edər və dualar edərdim. O, Türk dünyasının qəhrəmanıdır. O, haqlılığı özünə düşmən bilən hər “insan” ilə döyüşdü və Zəfər çaldı! O, Cənab Rəcəb Tayyib Ərdoğanla birlikdə 21-ci əsri Türk əsri edəndir! O, xalqımızın qəhrəmanıdır!

-Ölkəmizdə nədən narazısan və nə ürəyincədi ?
Ulu Öndərimizin yadigarı, onun siyasi yolunu davam etdirən Ali Baş Komandanımızın rəhbərlik etdiyi ölkədə mən özüm, məncə də heç kim heç nədən narazı olmamalı və belə bir lideri bizə bəxş etdiyinə görə Allahımıza daim şükür etməliyik.Hər şey qaydasındadır.Mən 12 yaşındayam.Bu günə qədər 4 kitab və 60-dan çox publisistik məqalələrin müəllifiyəm.Həmçinin  ən gənc ictimai müxbirəm.Məqalələrim və iki kitabım Milli Kitabxanamızda onlayn oxuma variantında oxucuların ixtiyarına verilmişdir.Çoxlu sayda dövlət tədbirlərində iştirak etmişəm.Bir sıra ictimai birliklərin “Gənc istedad” diplomuna layiq görülmüşəm.Bütün bunlara görə dövlətimizə, xalqımıza və mənə qarşı zəhməti olanlara borcluyam. Firavan ölkədə yaşamaqla yazıb-yaratdığım üçün Ulu Öndərimiz Heydər Əliyevin ruhu qarşısında baş əyir və cənab prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.


-Layihəmizin davamli qonaqlari oxuculari izləyiciləri arasinda dəyərli millət vəkilləri də var.Onlar bu müsahibəmizi də oxuyacaq Millət vəkillərinə müraciətin nə olardı ?
-Millət vəkillərinə müraciət edərdim ki, Qarabağda adı sonralar dəyişdirilmiş və bizim dilimizə uyğun gəlməyən yer adlarını dəyişdirsinlər və kəndlərimizdən birinin adını Poladlı və ya Poladabad etsinlər. Bu mənim ürəyimcə, eləcə də mənim kimi düşünən bəlkə də milyonlarla vətəndaşlarımızın ürəyincə olardı.
-Covid 19 pandemiyasi ilə əlaqədar evdəqal çağırışına əməl edirsənmi? Hansi qaydalara əməl etmək lazımdı ?
Mən həmişə “evdəqal” çağırışına əməl etmişəm və edəcəyəm. Bu 8 ay müddətində qaydalara əməl etməklə 4 ay ümumiyyətlə evdən bayıra çıxmamışam. Son zərurət halında bu müddətdə 3 və ya 4 dəfə bayıra çıxmışam. Həmin vaxt da televiziyada çıxışlar etmişəm. Mən “evdəqalvətənpərvərliyinigöstər” layihəsini başlatdım və 30-a yaxın şagirdi bu layihə sayəsində bir araya gətirdim. “Biz birlikdə güclüyük!” dedik və arzumuza da çatdıq. Asiya info xəbər portalı bu layihəyə mənim təşəbbüsümlə qoşulmuş 30-a yaxın şagirdin video-çəkilişini birləşdirib bir video paylaşdı və layihəyə dəstək oldu. Buna görə, AFİA.AZ-a təşəkkürümü bildirirəm.Həmçinin 2 ay bundan qabaq “Kitab mənim həyatımdır!” adlı yeni layihə başlatmışam.Layihə çərçivəsində hər hansı bir yaşımıza uyğun hekayə,nağıl kitablarını şərh edir və yaşıdlarımıza məlumat veririk.Yəni yaşıdlarımla birgə maariflənirik.


-Karantinde vaxtını nece keçirirsən?
-Əvvəl də dediyim kimi, layihələr həyata keçirmiş və şagird həmyaşıdlarımı bu layihələr ətrafında birləşdirmişəm. Sosial şəbəkələrdə anketlər hazırlayıb izləyicilərin zövqünə uyğun videolar hazırlamışam. Yəni, bir sözlə, karantin nə qədər insanı darıxdırsa da, mən vaxtımı səmərəli keçirirəm. Bundan sonra nə qədər illər keçsə də bu çətin, həm də maraqlı günləri, çətin zamanlarda biri-birimizə dayaq durduğumuzu, dəmir yumuruq kimi birləşərək düşmən üzərində qələbə çaldığımız bu günləri ömrüm boyu bir an olsa belə unutmayacağam.
Son vaxtlarımı daha da səmərəli keçirirəm. Dediyim kimi, son günlərdə rəşadətli Ordumuzun yazdığı şanlı tarix məni cuşa gətirdi, mən fərəhləndim və Azərbaycanın şanlı zəfər günlərinə hələ müharibənin ilk günlərindən şeirlər yazdım. Şeirlərin sayı 30-u keçib. Mən həmin şeirlərdən bir neçəsini Lider Televiziyasının “Çıxış yolu” verilişində söyləmişəm. İnternet məhdudiyyətinə görə sosial şəbəkələrdə fəal olmasam da, şeirlər və yazılar yazdım. Şuşanın qurtuluşu günündən 1 gün sonra, bayraq günü mən Şəhidlər Xiyabanında, eləcə də, General Həzi Aslanovun qəbrüstü abidəsi qarşısında və Türkiyə-Azərbaycan qardaşlığının simvollarından biri olan Bakı Türk Şəhidliyinin qarşısında çıxışlar edib, şeirlər söylədim. Ruhu 8 noyabr gününə qədər həsrət çəkən qəhrəmanımız Albert Aqarunovun qəbrinin yanında “Şuşa” şeirini söylədim.
Növbəti kitabımı Azərbaycanın 44 günlük Zəfər Salnaməsinə yazacağam. Hörmətli Nuranə xanım Gülərə də demişəm ki, Şuşanı onunla birlikdə gəzəcəyik və mən təəssüratlarım əsasında “Ulu Şuşam” sərlövhəli yazılar yazacağam. Həmçinin, gələcəkdə məqalələrimdən ibarət kitabının çap olunmasını fikirləşirəm. Qardaş Türkiyə Cümhuriyyətinə aid yazdığım şeirləri və məqaləlıri türk dilində və ayrıca bir kitab halında çap etdirməyi düşünürəm. Bu, mənim üçün həqiqətən də, əvəzsiz olardı.
Söylədiyim kimi 3 şeir və 1 nəsr kitabının müəllifiyəm Şeir kitablarımın əsas mövzusu vətənpərvərlik,görkəmli şəxsiyyətlərimiz və o vaxt işğal altında olan vətən torpaqlarımız haqqındadı.
“Ulu Naxçıvanım” adlı nəsr kitabım isə gözəl Naxçıvanımıza həsr olunmuş səfər təəssüratlarım,bu qədim məkanın tarixi yerləri,görkəmli şəxsiyyərləri haqqında araşdırmalarım və Naxçıvana həsr etdiyim şeirlərim daxil olunmuşdur.Kitabımın hər bir sətrində ürək döyüntülərim,hiss və həyəcanım vardır.Orada qeyd etmişəm ki,”BU KİTAB MƏNİM QIZMAR YAYIMIN VƏ QIZIL PAYIZIMIN MƏHSULUDUR”.Həqiqətən də belədir. Kitab 240 səhifədən ibarətdir
-Yaşıdlarına sevdiklərinə və oxucularımıza müraciətin varsa buyur
-Mən onlara müraciət edərək deyirəm ki, “evdəqal” qaydasına əməl etsinlər, şagirdlər dərslərini yaxşı oxusunlar. Əlavə olaraq ədəbi kitablar oxusunlar. Vaxtlarını səmərəli keçirib, vətənpərvər layihələrə qoşulsunlar. Həm də Vətənpərvərliklərini əməllərində göstərsinlər. Ən əsası odur ki, Vətənə layiqli insanlar olsunlar. O zaman Şəhidlərimizin də ruhu şad olacaq.


-Bir çox ziyalılarla, millət vəkilləri ilə görüşün olub. Ən maraqlı və gözlənilməz görüşün hansı idi. Və növbəti görüş kiminlə olsun istərdin?
-Əslində, hamısı mənim üçün maraqlı və gözlənilməz olub. İstəyərdim ki, növbəti görüşüm Müzəffər Ordumuzun Ali Baş Komandanı ilə olsun. Mən onunla görüşüb torpaqlarımızı işğaldan azad edib ərazi bütövlüyümüzü bərpa etdiyinə görə onun əllərini öpmək istəyərdim. 

-Sonda gözəl bir şeir istərdik.


***

Sevindik Nəsiboğlu 2017-ci ildə “ Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin “Gənc İstedad” fəxri diplomuna, 2019-cu ildə “ Asiya-fakt” İnformasiya Agentliyinin “Sizi tanıyaq” layihəsində iştirakına görə uşaqlar arasında “Ən yaxşı yazar”, “İlin şagirdi” diplomuna və Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində "Gənc İstedad” diplomuna layiq görülmüşdür.

2018-ci ildə "Dünyamsan Azərbaycan” və “ Hərdən uçmaq istəyirəm” adlı şeir, 2020-ci ildə“ Ulu Naxçıvanım” adlı publisistik, “Könüllərə yol gəzirəm” adlı şeir kitabları nəşr edilmişdir.
2019-cu ildən ən gənc ictimai müxbirdir Gənc yazara Sizi Tanıyaq ailəsi adından uğurlar arzulayırıq.
Vüsalə Qələndərli
AFİA.AZ




 






Xəbər lenti