.
AFİA.AZ xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ötən həftə respublikamızda səfərdə olan Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Darxan Xıdırali ilə Milli Məclisdə görüşüb. BTA prezidenti Komitə sədrini Azərbaycanın tarizi zəfəri münasibəti ilə təbrik edib, Azərbaycana bu dəfəki səfərinin zəfər günlərinə düşməsindən çox şad olduğunu bildirib.
Görüşdə işğalçı Ermənistanın Qarabağda tarixi, dini və mədəniyyət abidələrinə, elm-təhsil müəssisələrinə qarşı törətdiyi barbarlıqdan danışılıb. Komitə sədri ilə BTA prezidenti bu kimi halların gerçək faktlar əsasında, əlaqədar beynəlxalq qurum və quruluşlara duyurulmasının vacibliyinə vurğu ediblər.
Görüşdə Azərbaycan-Qazaxıstan qardaşlığı, ümumən türk dünyasında mədəni, elmi və digər əməli fəaliyyət sahələri üzrə işbirliyi imkanları ətrafında fikir mübadiləsi aparılıb. BTA başqanı D.Xıdırali Azərbaycana səfərdən öncə Qazaxıstan Xarici işlər nazirliyi (evsahibi ölkə) ilə BTA arasında memorandum imzalandığını, bununla da BTA-nın təşəkkülünün tamamlandığını, artıq daha genişçaplı fəaliyyət imkanları meydana gəldiyini bildirib.
BTA-nın Azərbaycanla bağlı həyata keçirdiyi layihələrdən, tədbirlərdən danışan D.Xıdırali, Əbdürəhim bəy Haqverdiyev və Üzeyir bəy Hacıbəylinin Nur-Sultanda keçirilməsi planlaşdırılan (uyğun olaraq, 150, 135 illik) yubiley tədbirlərinin pandemiya səbəbi ilə ertələndiyini və artıq yubiley tədbirinin hər iki klassikə dogma olan Şuşa şəhərində keçirilməsini daha məqsədəuyğun saydıqlarını bildirib.
BTA prezidentinin ilk nüsxələrini Komitə sədrinə təqdim etdiyi “İtirdiyim xoşbəxtlik” adlı antologiya isə Azərbaycan yazarlarının Qarabağ hekayələrindən ibarətdir.  
Q.Paşayeva D.Xıdıraliyə bu qiymətli nəşr üçün çox təşəkkür edərək, qazax dilində çıxan Qarabağ hekayələrinin BTA-nın yayınları seriyasında özünəməxsus yer tutacağına, qazax oxucularının marağına səbəb olacağına inandığını bildirib.
D.Xıdırali və Q.Paşayeva işğaldan azad edilmiş şəhər və rayonlarımızdakı tarixi-mədəniyyət abidələrinin BTA tərəfindən tədqiq edilməsinin, atlaslaşdırılmasının zəruriyyətinə vurğu edərək, erməniləşdirilmiş qıpçaq (alban) kilsələrinin öz əsilliyinə qaytarılması üçün birgə çalışmaları məqsədəuyğun sayıblar.
D.Xıdırali Q.Paşayevaya BTA-nın nəfis nəşrlərindən olan “Azərbaycan Cümhuriyyəti-100” kitab-albomunu, Q.Paşayeva isə D.Xıdıraliyə (“Mahmud Kaşqari Fondu” (MKF), “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİİB) ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) ortaq nəşri olan) “Abay. Şeirlər, Poemalar, Qara sözlər” kitabını və üzərində “Şuşa” yazılmış saat hədiyyə edib.
Görüşdə BTA prezidentinin müşaviri Füzuli Məcidli, Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, MKF-nin başqanı Elxan Zal və RHİMİB-in sədri Arzu Bağırova iştirak edib.
23 Yanvar 2021 Təhsil naziri: “Həmin şəxs necə direktor oldu?”
23 Yanvar 2021 Nazirlik Cəbrayılın daha bir kəndinin görüntülərini yaydı - VİDEO
23 Yanvar 2021 İnternet üzərindən işə düzəlmək istəyənlərin diqqətinə!
23 Yanvar 2021 Vüqar Səfərli apellyasiya şikayəti verib
23 Yanvar 2021 Qənirə Paşayeva şəhid Elvin Şəriflinin anası ilə görüşüb.
23 Yanvar 2021 “Fikrim elə təqdim edildi ki, guya “öyrənmək olmaz” demişəm”
22 Yanvar 2021 Qənirə Paşayeva Vətən Müharibəsində itkilərimizin az olmasında rol oynamış mülki vətəndaşlarla görüşüb
22 Yanvar 2021 Parlamentdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 2021 Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırlandı - RƏSMİ
21 Yanvar 2021 Yaralı hərbçimiz bu gün şəhid oldu
21 Yanvar 2021 Qənirə Paşayeva şəhid Baş leytenant Orxan Emnalıyevin ailəsi ilə görüşüb.
20 Yanvar 2021 "Azərbaycan 20 Yanvar faciəsini Rusiya ilə əlaqələndirmir" - Polad Bülbüloğlu
20 Yanvar 2021 "Karyerdə daş atıb 10 manat alırdım" - Siyavuş Novruzov
20 Yanvar 2021 Kadırov: “Çeçenistanda sonuncu silahlı dəstə də məhv edilib”
20 Yanvar 2021 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olundu - Video
20 Yanvar 2021 Məktəblər açıla bilər - Təhsil eksperti
20 Yanvar 2021 Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək
20 Yanvar 2021 XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
19 Yanvar 2021 Qənirə Paşayeva və Arzu Bağırova qəhrəman şəhidimiz Musa Mustafayevin atası ilə görüşüblər
19 Yanvar 2021 Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı AÇIQLAMA
19 Yanvar 2021 Qəhrəman həkimlərimizin korona ilə mübarizəsi davam edir - Video
19 Yanvar 2021 Kəlbəcərin Çopurlu kəndi - Video
19 Yanvar 2021 Avropada aşağı temperatur rejimi həyatı iflic etdi
19 Yanvar 2021 MN gənc əsgərlərin qəbulu ilə bağlı məlumat yaydı - Video
19 Yanvar 2021 İcra başçısı və müavininin məhkəməsi təxirə salındı
19 Yanvar 2021 20 Yanvar” faciəsi haqqında gizlədilən məqamlar...
17 Yanvar 2021 Hərbçilərimiz təlimlər üçün Qarsa getdi - Video
17 Yanvar 2021 Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir
17 Yanvar 2021 Qənirə Paşayeva və Arzu Bağırova şəhidimiz Baş leytenant Əlimərdan Quluzadənin ailəsi ilə görüşüb
17 Yanvar 2021 Təhsil naziri gələn həftə yeni qaydaları açıqlayacaq

Xəbər lenti