.

“Mən bunu bilirəm ki, nə üçün İran üzərindən silahları gətirə bilməyiblər”.

AFİA.AZ  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, biz bir dənə də səhv addım atmamışıq:
“Misal üçün qonşumuza hansısa problem yarada biləcək bir dənə də addım atmamışıq. Ona görə qonşu ölkələrlə münasibətlərimiz normaldır, yaxşıdır. Deyə bilərəm ki, bir çoxları üçün nümunə ola bilər. Ermənistanın qonşuları ilə münasibətləri necədir? Azərbaycanla belə işğal, Türkiyəyə qarşı ərazi iddiası. Rusiyaya indi, necə deyərlər, narazılıq ifadə edir. Mən bunu bilirəm ki, nə üçün İran üzərindən silahları gətirə bilməyiblər. Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, bizim xahişimizi nəzərə alaraq öz hava məkanını bağlayıb. Ona görə ki, istəməyib, onlar gəlib azərbaycanlıları öldürsünlər.
Gürcüstana da eyni iddia irəli sürür. Çünki Gürcüstan da müharibə dövründə öz hava sahəsini bağlayıb və quru yollarla silahların daşınmasına imkan verməyib. O da istəməyib ki, vəhşi düşmən mülki vətəndaşlarımızı öldürsün. Onlar Rusiyaya qarşı iddia qaldırırlar ki, Rusiya bunlara kömək etməyib. Rusiya Prezidenti öz müsahibəsində kifayət qədər açıq və tam dəqiq məlumat verdi, öz mövqeyini bildirdi. Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınmış öz ərazisində müharibə aparırdı. Ona görə burada hansısa bir müttəfiqlik münasibətlərinin qarışmasına imkan yaradılmasından söhbət gedə bilməz. Ancaq bunlar hamıya irad tuturlar, hamıdan narazıdırlar. Belə təfəkkürlə necə yaşamaq olar?”
24 Noyabr 2020 Peqovla bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edilib
23 Noyabr 2020 Ohanyan barəsində 4 ay qiyabi həbs qətimkan tədbiri seçildi
23 Noyabr 2020 Rus əsgəri Tərtərdə minaya düşdü: Həyati təhlükəsi var
23 Noyabr 2020 Polkovnik şəhid oldu
23 Noyabr 2020 "Evinin kandarına maskasız çıxan..." - DİN-dən əhaliyə XƏBƏRDARLIQ
23 Noyabr 2020 "Şahbulaq" qalasına Azərbaycan bayrağı sancıldı - Video
22 Noyabr 2020 “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Putin
22 Noyabr 2020 Ağdam məscidi işıqlandırıldı
20 Noyabr 2020 Ölkəmizdə koronaya yoluxanların sayı 3 mini keçdi
20 Noyabr 2020 “Rusiya Prezidenti açıq və tam dəqiq məlumat verdi” - Dövlət başçısı
19 Noyabr 2020 Torpaqlarımızın işğalına başçılıq edən erməni general öldü
19 Noyabr 2020 Azərbaycan əsgəri bayrağımızı Azıx mağarasına asdı - VİDEO
18 Noyabr 2020 Bu vandalizm və ermənizmdir - Hikmət Hacıyev
17 Noyabr 2020 Əgər İrəvan Qarabağ razılaşmasından imtina etsə... - Putin
17 Noyabr 2020 Ermənilər Qarabağdan mal-qarasını da aparır
17 Noyabr 2020 Münaqişənin nizamlanmasında Türkiyənin rolu... – Peskov
16 Noyabr 2020 "Koronavirusla bağlı pik nöqtəyə çatırıq" - Baş infeksionist
15 Noyabr 2020 Bu gün tarixi gündür: Kəlbəcər qayıdır...
14 Noyabr 2020 Sülhməramlıların hərəkətinə vertolyotla nəzarət olunur - Video
12 Noyabr 2020 Çavuşoğlu: Ermənistan atəşkəsi pozsa...
11 Noyabr 2020 Qardaş Azərbaycan xalqını təbrik edirik - Pakistan
11 Noyabr 2020 Bakı istəyinə nail oldu: ancaq müharibə hələ bitməyib - Video
10 Noyabr 2020 Seyran Ohanyan Ermənistanı tərk etdi
10 Noyabr 2020 Türkiyə Qarabağda atəşkəsə nəzarətdə iştirakını elan etdi
10 Noyabr 2020 “Nə oldu, Paşinyan?” - Video
08 Noyabr 2020 MN: Azərbaycan ordusu Şuşaya tam nəzarət edir
07 Noyabr 2020 Düşmənin xüsusi təyinatlı və kəşfiyyat bölmələrinə ciddi zərər vurulub
06 Noyabr 2020 190 manat üçün təkrar müraciətə ehtiyac varmı? - Rəsmi
06 Noyabr 2020 Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
04 Noyabr 2020 Paşinyan Putinə gündə beş dəfə zəng edir - İlham Əliyev

Xəbər lenti