.

Aqil ölkəmizin o təzadlı günlərini, ordumuzun maneələrlə dolu ilk hərbi quruculuq  dövrünü görməmişdi. Amma savaş tariximiz onun maraq hədəfinə dönmüşdü. Hər dəfə Dağlıq Qarabağ işğalı barədə söz düşəndə “biz uduzan xalq deyilik” deyərək qətiyyətli vətənpərvər mövqeyindən bir addım da geri çəkilmirdi. İşğalçı ermənilər şərəfsiz qələbə oyunbazlığı ilə bizə cürbəcür acıq verdikcə bu gənc yurddaşımız öz əmisi oğlu, qəhrəman qazimiz Elmandan ürəyini didib-dağıdan suallara tutarlı cavablar alır və qətiyyətlə deyirdi ki, o haqq-hesab günü yetişəndə mən qohum-əqrəbamız içərisində Elmanın bir nömrəli davamçısı kim öz hünərli sözümü bəyan edəcək və düşmənə qan qusduracağam.
Aqil heç nədən belə alovlanmırdı. 1-ci Dağlıq Qarabağ savaşımızda göstərdiyi qəhrəmanlıq nümunələrinə görə cəsur əmisi oğlu Elman Quliyevin ulu öndərimiz Heydər Əliyev tərəfindən verilən igidlik medalını daim sinəsində gəzdirməsi Aqili yaman qürurlandırırdı. Bu ruh ucalığı onun yurdsevər ürəyini dağa döndərir, fədakar varlığını əzəmətləndirirdi. Elman da öz mənəvi borcunu verməkdən geri çəkilmirdi. Həmişə Aqilə öz uğurlu döyüş təcrübəsinin mühüm məqamlarını izah edir, dəyərli məsləhətlərini verir, daşnakların şərəfsiz qələbəsinin incəliklərini açıqlayırdı. Ən axırda o faktı ayrıca vurğulayırdı ki, erməni çox qorxaqdır, düşmən kişidirsə, savaş meydanına təkbaşına çıxsın, onda bütün Qarabağı titrədən ayaqlarımız altında can verəcəkdir. Bu sayaq savaş söhbətləşmələri sayəsində həmişə vətənpərvər ovqatda ərsəyə gələn Aqil Faiqoğlunun taleyi də ordu həyatı ilə bağlandı.  
 Tovuz rayonunun Pələkli kəndinin mərd yetirməsi Aqil Faiq oğlu Əliyev təxminən 3 il əvvəl  əsgər həyatına başlayaraq Hərəmi düzündə düşmənə öz ilk sözünü demişdi. Döyüşçü vərdişlərini tez mənimsədiyinə görə hərbi hissə komandirliyi ona xüsusi tapşırıqlar verir və qazandığı xidməti müvəffəqiyyətlər əsasında müntəzəm mükafatlandırılırdı. Həmişə hücum əmri həsrətində olduğunu bildirir və orduda qalaraq peşəkar döyüşçü olmaq arzusunu dönə-dönə deməkdən fəxr duyurdu. Aqil sözünün üstündə möhkəm dayandı. Əsgərlikdən 2 il sonra anası Kübrə xanımdan xeyir-duasını alaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi keçdiyi kursu uğurlu nəticələrlə tamamladı.
Çox görmüşük: əksər hallarda söndürülmüş görünən bir od parçası küllərin arasında sanki yuxulayır, kənardan azacıq hənirti duyan kimi gözərir və alovlanmaq istəyir. Aqil Faiqoğlu Hərəmi düzündə, necə deyərlər, məğlubedilməz bir od parçasına dönmüşdü. Ön atəş xəttində atəşkəs pozulan dəqiqələrdə yağı düşməni tez susdururdu. Sonralar da həmin od sönmədi. Çünki onu alovlandıran obyektiv səbəblər vardı. Belə ki, böyük həvəslə peşəkar hərbçiliyə qədəm basan gənc Pələkli igidi elə öz kiçik vətənində - Tovuz rayonunda başlayan uğurlu 2020-ci il iyul döyüşlərdə qarşısına qoyulan döyüş tapşırıqlarını qəhrəmancasına yerinə yetirdi. Savaş meydanının relyefinə  yaxşı bələd olan Aqil aparılan hərbi əməliyyatlarda əks-həmlə uğurlarının başlıca səbəbkarlarından biri kimi dəyərləndirilir, xüsusi qiymət alırdı.
Aqilgilin ailəsi vətəncanlı bir ailədir. 10 il olar ki, qəhrəman ana kimi Kübra xanım tərəfindən idarə olunur. Evin ağsaqqalı Faiq ata dünyasını dəyişdikdən sonra başda müqəddəs ruhlu Kübra ana olmaqla ailənin on övladı arasında mənəvi varislik mərdanə davam etdirilir.  Əliyevlər nəslinin şəxsi mərdanəlik tarixinin bir uca zirvəsini də Aqil fəth etdi. Onun igidlik əməlləri hamını şərəfləndirdi. Belə ki, sentyabrın 27-də müdrik Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə öz müzəffər yürüşünə başlayan rəşadətli ordumuzun öndə gedən döyüşçülərindən biri də Aqil Əliyev oldu. Böyük strateji əhəmiyyət daşıyan Suqovuşan döyüşündə onun cəsur hərəkətləri hesabına təmsil etdiyi bölük fərqli döyüş göstəriciləri ilə seçildi. Rabitə əlaqəsi yaratmağa həmişə imkan olmasa da, ana narahatlığını sovuşdurmaq üçün asudə dəqiqələrdə fürsət gəzirdi. Lakin elə dəqiqələr də çox az olurdu. Nəhayət, istəyinə çata bildi. Anasına şad xəbərlər göndərdi:
- Ana can, gözün aydın, düşmən arxasızlıqdan hər gün can verməkdədir. Ermənilər təkbaşına döyüşə bilmirlər. Hər gün torpağımızın bir hissəsini murdar daşnak nəfəsindən azad edirik. Heç narahat olma. Biz çox güclüyük. Nər döyüşçülərimiz saya gəlməz. İnşallah, qələbə bizim olacaq. Bundan ötrü hər cür erməni fitnə-bəlasına qarşı mərdanə dözürük.  Ulu babalarımız demişkən, yaş torpaq yatağımız, daşlar balıncımız, göy üzü yorğanımızdır.  Zəfər üçün canımızı verərik, amma ümidimizi qətiyyən vermərik. Qələbə ruhumuz hər an artır. Çünki bəzən gözlədiyimiz nəticələr gözlənilməyən əks-həmlələrdən əldə edilir. Düşmən hər döyüşdə haqsız mövqeyi ilə öz-özünə zülüm gətirir. Qarışqa kimi qırılsa da, haqqa gəlmirlər. Biz ədalətli savaş aparırıq, heç vaxt susan deyilik. Vətən savaşında bizə şəhadət, düşmənə gəbərmək düşər. Ana can, qətiyyən qəm çəkmə, daha üzümüzə açılan hər sabahda günəş bizim üçün doğur. Əziz ana, sənin və rəhmətlik atamın uca vətənçilik yolu mənim yolumdur, ömrüm sizlərə fəda olsun! Daim başını uca tut, unutma ki, sənin qəlbinin titrəməsi məndən ötrü bir zəlzələdir!...
Şücaətli oğulun azad yurd nəfəsli duyğuları qəhrəman ana tərəfindən möhkəm dəstəkləndi. Ana qəlbinin titrəməsi kəsildi. Mətin övladın nikbin xəbərləri Kübra ananı elə çox sevindirdi ki, içinə dolan iftixarlı hisslərin təsiri altında daha müharibənin ilk günlərində olduğu kimi rabitə əlaqəsi yaratmağa can atmır, televizorda yayımlanan operativ döyüş məlumatlarını, Ali Baş Komandanımızın xarici jurnalistlərə verdiyi mübariz ruhlu müsahibələrini dinləyərək daxilən möhkəm toxtaqlıq tapırdı.
Tərtər rayonunun Talış kəndi uğrunda döyüşlərdə Aqilgilin bölüyü inamla çıxış edirdi. Gənc döyüşçülər artıq səngər naşılığından çıxmışdılar. Hər həmlədə yeni bir igidlik nümunəsi göstərilirdi. Aqil də öz öncüllüyü ilə səngər qardaşlarının rəğbətini qazanmışdı. Ona görə də Talış kəndinin xilası dərin ağrılarla müşayiət olunmadı. Oktyabrın 3-də Talış kəndimiz də öz sahibinə qovuşdu. Hər bir əsgərimiz aciz duruma düşən erməni seperatçıları üzərində apardığımız ədalətli hərbi əməliyyatlarda öz hünər tarixini yazdı və tez bir zamanda Talış kəndi ətrafında olan bütün yüksəkliklərinin hamısının ələ keçirilməsi üçün aramsız əks-həmlərlər həyata keçirdilər. İanə hesabına silaha yiyələnən  və yeni müzəffər savaşımızda cəsarət dərslərindən “iki” alan dığalar yalnız qan qusurdular.
Düzdür, Suqovuşanın işğaldan azad olunması nəticəsində Murov, Kəlbəcər, Tərtər yolu tamam kəsilsə də, o cümlədən Ağdamın azadlığına yol açılsa da, Suqovuşan kimi digər ana yurd yerlərimizin suları erməni çirkabından təcili surətdə təmizlənməli idi. Əsirlikdə qalmaqdan hədsiz qaralmış qaya daşlarımızın harayından coşan yenilməz ordumuz yalnız irəli gedirdi. Nəhayət, Talış kəndi ətrafında strateji yüksəkliklər uğrunda gedən kəskin döyüşlərdə Pələkli kəndimizin igid yetirməsi Aqil Faiqoğlu müqəddəs şəhidlik zirvəsinə ucaldı...
Biz Aqil kimi igid oğullarımızın doğma vətən naminə şəhidliyindən şərəf duyuruq. Bilirik ki, ədalət savaşımızın axıtdığı qan haqq yolunu açır, dədə-baba yurdlarımız işğaldan azad olur, bizə yağı düşmən üzərində tam və qəti qələbə sevinci bəxş edir. Bizim hər birimiz  Vətən eşqinə, ilahi ədalət eşqinə şəhid olmağa daim hazırıq!...
 İbrahim MƏSİMOĞLU
 müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant
26 Noyabr 2020 Təhsil Nazirliyindən tələbələrə XƏBƏRDARLIQ
26 Noyabr 2020 Rusiya öhdəliyini icra etmir: Türk ordusu girəcək... - Video
26 Noyabr 2020 Daha bir hospital pandemiya xəstəxanası oldu
25 Noyabr 2020 Qüdrətli dövlətin uğursuz dövlət üzərində əzici qələbəsinin KƏLBƏCƏR ADI...
25 Noyabr 2020 Fransa jurnalının ermənipərəst sualları - Nazir cavabladı
25 Noyabr 2020 Pentaqon Qarabağ bəyanatına münasibət bildirdi
25 Noyabr 2020 Rus diplomatdan Almaniyaya xəbərdarlıq
24 Noyabr 2020 Prezidentlə Putinin telefon danışığının detalları açıqlandı
24 Noyabr 2020 Qənirə Paşayeva qəhrəman şəhidimiz Vüqar Əkbərovdan yazdı.
24 Noyabr 2020 O GÜN ŞUŞA QƏMGİN DEYİLDİ, AY DIĞA!...
24 Noyabr 2020 COVID-19 və müharibədən zərər çəkmiş uşaqlara dəstək üçün ART Terapiya təlimləri keçirilib
24 Noyabr 2020 “Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir”
23 Noyabr 2020 Qənirə Paşayeva BTA prezidenti akademik Darxan Xıdırali ilə görüşdü
23 Noyabr 2020 ALİ BAŞ KOMANDAN: "Biz Ağdamı bir güllə atmadan azad etdik"
23 Noyabr 2020 Hərbi vəziyyət aradan qaldırılacaqmı? — Deputat
23 Noyabr 2020 Açıq havada siqaret qadağası: Daha bir rəsmi açıqlama
23 Noyabr 2020 Naxçıvan cəbhədən zəfərlə qayıdan hərbçiləri izdihamla qarşıladı - VİDEO
23 Noyabr 2020 Sabah Milli Məclis toplanır
23 Noyabr 2020 ERMƏNİ MURDARLIĞININ YENİ SİFƏTLƏRİ
23 Noyabr 2020 Bu şəxslərə şad xəbər: Dövlət tərəfindən ödəniləcək!
23 Noyabr 2020 Nobel mükafatçısı Xədicənin təhsil xərclərinə yardım ayırdı
22 Noyabr 2020 Q.Paşayeva 2 xalq artistinin nəvəsi olan qəhrəman şəhidimizdən yazdı.
22 Noyabr 2020 Qənirə Paşayeva son 10 gündə 200 nəfər vətəndaşımızı online qəbul edərək görüntülü danışıb
22 Noyabr 2020 Yas mərasimi ilə bağlı yenidən məhdudiyyət tətbiq edilir?
21 Noyabr 2020 Qənirə Paşayeva şəhid qəhrəmanımız Rövşən Əli oğlu Nurzadədən yazdı.
21 Noyabr 2020 Prezident yanında Şuranın dəstəyi ilə qida zəhərlənmələrindən qorunmağın yolları müəyyən edilib
21 Noyabr 2020 Rusiyanın müdafiə naziri Ermənistandadır
20 Noyabr 2020 Şuşan Stepanyan istefa verdi – Rəsmi
20 Noyabr 2020 Q.Paşayeva Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad olunmuş qədim və gözəl Ağdamımızdan yazdı.
20 Noyabr 2020 Sevindik Nəsiboğlu yazır:” QƏLƏBƏNİN SİMVOLU- ZƏFƏR TAĞI”

Xəbər lenti