.

Beynəlxalq jurnalistlərin Füzuliyə səfərində dünyanın aparıcı media orqanlarının nümayəndələri iştirak edirdilər. Onlar ermənilərin törətdikləri vəhşilikləri gördülər, sənədləşdirdilər.

AFİA.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Füzuli şəhərində jurnalistlərə bildirib.
Hikmət Hacıyev deyib ki, bir Azərbaycan vətəndaşı kimi hər birimiz üçün bu, həm kədərli, həm də sevincli haldır. Kədərli o mənada ki, bu cür dağıntıların, vəhşiliklərin şahidi olursan. Bu, insan həyatıdır. Ermənilər insanların həyatını məhv ediblər. Füzuli şəhəri işğaldan əvvəl 100 mindən çox insanın yaşadığı bir şəhər idi. Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri idi. Amma ermənilər tərəfindən dağılıb, məhv edilib. Bu vəhşiliklərlə Ermənistan özünün əsl simasını göstərir. Budur Ermənistanın əsl mahiyyəti.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi ki, Azərbaycan Füzuli şəhərinə yenidən həyat gətirəcək. İşğaldan azad olunmuş bütün ərazilərimizə yenidən həyat gətiriləcək. Füzuli şəhərindən yenə də gülüş və sevinc səsləri eşidiləcək. Azərbaycan öz quruculuq siyasəti ilə Ermənistandan fərqini bir daha göstərəcək.
Prezidentin köməkçisi qeyd edib ki, Füzuli, eyni zamanda, Azərbaycan mədəniyyətində, xalqımızın maddi-mədəni irsində öz rolu olan bir rayon idi. Burada olan maddi-mədəniyyət abidələri də erməni vandalizmi nəticəsində tamamilə darmadağın edilib. Bugünkü səfər zamanı beynəlxalq media nümayəndələrinin Füzuli şəhərindəki tarixi abidələrimizə, məscidlərimizə də baş çəkmək imkanı oldu. Burada orta əsrin memarlıq inciləri olan hamam kompleksləri var idi. Mədəniyyət Nazirliyində bütün bu abidələrin inventarı var. İnventar üzrə onların hər birinin qiymətləndirilməsi aparılacaq. Ali Baş Komandanın dediyi kimi, işğal olunmuş ərazilərimizdəki bütün bu maddi-mədəni zərərin hamısının kompleks qiymətləndirilməsi aparılacaq. Buraya beynəlxalq ekspertlər də cəlb olunacaq. Ermənistan bu cür əməllərinə görə beynəlxalq hüquq və humanitar hüquq əsasında məsuliyyət daşıyır. Ermənistan uzun illər bu məsuliyyətini gizlətməyə çalışırdı. Amma bu məsuliyyətdən heç yerə qaça bilməz. Azərbaycan bütün bu halları sənədləşdirdikdən sonra aidiyyəti üzrə beynəlxalq səviyyədə addımlarını atacaq.
Hikmət Hacıyev vurğulayıb ki, bugünkü səfər Azərbaycan Prezidentinin tapşırığı əsasında həyata keçirilib, beynəlxalq media nümayəndələrinin iştirakı ilə bu dağıntılar, vəhşiliklər sənədləşdirilib. Sonra bunlar sistemli şəkildə konkret sahələr üzrə vahid hesabat formasına salınacaq.
“İşğaldan azad edilmiş torpaqlarımızda olduğumuz üçün qürur hissi keçiririk. Bu hissləri bizə yaşatdığına görə Ali Baş Komandanımıza təşəkkür edirik. Əsgər və zabitlərimizə təşəkkürümüzü bildiririk. Şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların ruhu qarşısında baş əyirik, yaralı əsgərlərimizə Allahdan tezliklə şəfa diləyirik”, - deyə Prezidentin köməkçisi bildirib./Axar.az/
02 May 2021 Sülhməramlılar Laçın dəhlizində ordumuzun karvanını müşayiət etdi
30 Aprel 2021 Ermənistan razılaşmaları pozur - Bayramov
27 Aprel 2021 "Qərbi Zəngəzur da bizim torpaqlarımızdır" - Prezident bəyan etdi
27 Aprel 2021 Adil Əliyev: ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi
27 Aprel 2021 Ərdoğan: “Əgər tarixdə ədavət axtarsaydıq, 10 milyon türk itkisinin hesabını soruşardıq”
26 Aprel 2021 Həbs edilən baş həkim məşhur generalın bacısı oğludur- - ÖZƏL
26 Aprel 2021 DTX Şəmkir rayon İcra Hakimiyyətində əməliyyat keçirdi - Başçı və müavinləri saxlanıldı...
22 Aprel 2021 Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı
20 Aprel 2021 Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
19 Aprel 2021 Prezident Pakistanla bağlı vacib sənəd imzaladı
19 Aprel 2021 Prezident daha 3 ölkəyə səfir təyin etdi
12 Aprel 2021 Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib
10 Aprel 2021 İlham Əliyev Özoralla görüşdü - Foto
08 Aprel 2021 Hava kəskin dəyişəcək, yağış yağacaq – Xəbərdarlıq
06 Aprel 2021 Prezident müraciət etdi - Video
04 Aprel 2021 Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayır
31 Mart 2021 İlham Əliyev: "Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur"
31 Mart 2021 Hərbçilər 31 Mart soyqırımı gününü Şuşada andı - VİDEO
31 Mart 2021 Azərbaycan Prezidenti Türk Şurasının Zirvə toplantısında çıxış edib
31 Mart 2021 Ceyhun Bayramov: "Ermənistanın cəzasızlığına son qoyulmalıdır"
28 Mart 2021 Qarabağdakı 44 gün Fulya Öztürkün təqdimatında - Video
26 Mart 2021 “Ermənistan Azərbaycan xalqından üzr istəməlidir” - Hikmət Hacıyev
25 Mart 2021 Koronaya yoluxanların sayı 1400-ü keçdi
20 Mart 2021 Prezidentlə ailəsi Cıdır düzündə tonqal yandırıb - Mehriban Əliyevadan təbrik
20 Mart 2021 Prezident Şuşadan xalqa müraciət etdi - Video
19 Mart 2021 Bayram günləri ictimai nəqliyyat işləməyəcək
17 Mart 2021 Pakistan səfirindən Azərbaycana çağırış
15 Mart 2021 Səhra idarəetmə məntəqələri rayonlara çıxarılır - MN
11 Mart 2021 Nazirlik xəbərdarlıq etdi: Bayıra çıxmayın!
03 Mart 2021 Bəyanat pozulur: İrəvan Rusiya ilə bunu müzakirə edə bilməz!

Xəbər lenti