Sülhməramlılar Laçın dəhlizində ordumuzun karvanını müşayiət etdi
Ermənistan razılaşmaları pozur - Bayramov
"Qərbi Zəngəzur da bizim torpaqlarımızdır" - Prezident bəyan etdi
Adil Əliyev: ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi
Ərdoğan: “Əgər tarixdə ədavət axtarsaydıq, 10 milyon türk itkisinin hesabını soruşardıq”
Həbs edilən baş həkim məşhur generalın bacısı oğludur- - ÖZƏL
DTX Şəmkir rayon İcra Hakimiyyətində əməliyyat keçirdi - Başçı və müavinləri saxlanıldı...
Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı
Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
Prezident Pakistanla bağlı vacib sənəd imzaladı
Prezident daha 3 ölkəyə səfir təyin etdi
Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib
İlham Əliyev Özoralla görüşdü - Foto
Hava kəskin dəyişəcək, yağış yağacaq – Xəbərdarlıq
Prezident müraciət etdi - Video

Ordu

Region

Aktual

Video

Foto

Eksklüziv

Müsahibə

Ədəbiyyat

Köşə

Facebook

.

Türk əsgərlərinin Azərbaycana göndərilməsi ilə bağlı qərar layihəsi Türkiyə Böyük Millət Məclisində təsdiqlənib.

AFİA.AZ xəbər verir ki, layihə parlamentə Türkiyə Prezidenti Administrasiyası tərəfindən təqdim edilib.
Müzakirələrdə mövzu ilə bağlı Türkiyə parlamentində təmsil olunan partiya nümayəndələri, eləcə də komissiya sədrləri çıxış ediblər. Diqqətə çatdırılıb ki, müzəffər Azərbaycan Ordusu işğalçı Ermənistanı 44 gün ərzində təslimçiliyə məcbur edib. Azərbaycan əks-hücum əməliyyatlarını tam qanuni olaraq BMT başda olmaqla beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazisində aparıb. Azərbaycan Ordusu amansız işğala son verməklə böyük zəfər qazanıb, böyük tarixi hadisə yaradıb. Türkiyənin Qafqaz bölgəsindəki rolu sülh, sabitlik və inkişaf üçündür. Ona görə də, qanun layihəsi günün tələblərini əks etdirən hüquqi sənəddir.
Çıxışlarda əsaslandırılıb ki, Ermənistanın işğalçılıq siyasəti və hərbi tarixləri yalnız Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd deyil, bütün bölgədə sülhə və sabitliyə təhdid olub. Əvvəllər olduğu kimi savaş günlərində də təcavüzkar Ermənistan mülki Azərbaycan əhalisini hədəf almaqla ağır müharibə cinayətləri törədib.
Çıxışlarda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şəxsiyyəti və qəhrəman Ordumuzun rəşadəti, xalqımızın birliyi barədə xoş ifadələr səslənib, böyük səmimiyyətlə təbriklər ifadə olub.
Təkrar-təkrar Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağı vurğulanıb.
Türkiyə parlamenti qərarı təsdiq edib.
Qərara əsasən, Azərbaycana gedəcək türk hərbi heyəti Qarabağda qurulacaq Türkiyə-Rusiya müşahidə mərkəzində bir il müddətinə fəaliyyət göstərəcək. Bu müddəti artırmaq səlahiyyəti Türkiyə parlamentinə aiddir.
Axar.az
8 Martda 1 saata 15 min manat qazanan müğənni - Şou əhli toyları tədbirlə əvəz edir?
Röya bu VİDEOsuna görə tənqid edildi
Bizim üçün hər gün yaşayırsınız" - Sənət adamları da Heydər Əliyevi andı
Nəğməkar şairədən yeni ifa-"Babamın davamçısı"
Bunlar xalqın artistləri oldu

Xəbər lenti