.

Ermənistan tərəfindən 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda istifadə edilməsinə dair Azərbaycanda fəaliyyət göstərən 45 QHT UNİCEF-in İcraçı Direktoru, Uşaqları Xilasetmə Beynəlxalq Təşkilatının İdarə Heyətinin sədri, Uşaq Müdafiə Fondunun icraçı direktoru və bir neçə beynəlxalq təşkilata müraciət ünvanlayıb.  
 AFİA.AZ Qafqazinfo-ya istinadən həmin müraciəti təqdim edir:
“Məlumat üçün bildiririk ki, sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində bölgədə vəziyyət çox gərgin həddə çatmış və hərbi əməliyyatlar yenidən bərpa edilmişdir. Keçən müddət ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və rayonlarına etdiyi silsilə raket hücumları nəticəsində 10 nəfər uşaq olmaqla 65 mülki şəxs öldürülmüş, 300-dən çoxu yaralanmışdır. Təəssüf ki, Ermənistan hələ də  hərbi cinayət törətməkdə davam edir. 

Bütün beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistanın hərbi və siyasi rəhbərliyi indi də başqa bir cinayətə əl ataraq Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları da cəlb edir. Sizə təqdim olunan bu link vasitəsilə hərbi əməliyyatlara cəlb olunan uşağın videosunu izləyə bilərsiniz (https://youtu.be/e12mWOJPySM).

Qeyd etmək istəyirik ki, Ermənistan tərəfi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. Belə ki, Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır, xüsusilə, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütün tədbirləri görməyə dəvət edir. 

Lakin Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi  bir daha onu göstərir ki,  işğalçı dövlət heç bir beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır. 

Ona görə də, biz uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lər sizə müraciət edir, Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərinə lazımi qiymət verməyə və uşaqları hərbi əməliyyatlara cəlb etməkdən çəkindirməyə çağırırıq”.

25 Noyabr 2020 Dünyada COVID-19-a yoluxanların sayı 60 milyonu ötdü
24 Noyabr 2020 BMT də Qarabağda minaların təmizlənməsi işinə qoşulacaq
22 Noyabr 2020 ABŞ-da atışma olub, 2 nəfər ölüb
22 Noyabr 2020 Makron ermənilərin ayağına getdi: “Hayastan”a dəstək...
21 Noyabr 2020 Yanacaqdaşıyan maşın yaşayış evinə çırpıldı - ANBAAN VİDEO
19 Noyabr 2020 Paşinyan hərbi vəziyyətin ləğvindən imtina etdi
18 Noyabr 2020 Əli eskalatorda qalan rusiyalı uşağı xilas etmək üçün hamı səfərbər oldu - VİDEO
16 Noyabr 2020 “Razılaşmanın bəndlərinin dəyişdirilməsi mümkün deyil” - Paşinyan
13 Noyabr 2020 Magistral yolda 29 avtomobilin iştirakı ilə dəhşətli qəza güclü yanğına səbəb oldu - VİDEO
10 Noyabr 2020 Etirazçılar Paşinyanın kabinetinə girdi - Video
10 Noyabr 2020 Küçə iğtişaşlarından qorxuya düşən Paşinyan xalqına yalvarır: “Evinizə gedin”
07 Noyabr 2020 Məşhur bloqer uşaqlarının dayəsini zorakılıqda ittiham etdi - VİDEO
06 Noyabr 2020 Ermənilər Los-Ancelesdəki türk restoranına hücum ediblər - VİDEO
06 Noyabr 2020 İzmirdəki zəlzələdə dağılan binalarla bağlı 7 nəfər həbs olundu
05 Noyabr 2020 Пощечина министру: генерал Баласанян прилюдно унизил министра обороны Тонояна
04 Noyabr 2020 Türkiyənin 81 vilayətində koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edilib
02 Noyabr 2020 Son dəqiqə! 3 yaşlı Elif İzmirdə 65 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO
02 Noyabr 2020 Erməni vəhşiliyi: Rusiya vətəndaşı döyülərək öldürüldü - VİDEO
02 Noyabr 2020 Rusiya yeni HHM sistemini sınaqdan keçirdi - VİDEO
01 Noyabr 2020 İzmirdəki zəlzələdə ölənlərin sayı 55 nəfərə çatdı
01 Noyabr 2020 Türkiyədə COVID-19-dan 75 nəfər ölüb
28 Oktyabr 2020 Türkiyə mediasından Bərdə hücumuna kəskin reaksiya
27 Oktyabr 2020 Ermənistan yaşlı vətəndaşlarından da imtina edir
27 Oktyabr 2020 Ermənistanın sərhəd qoşunlarının qərargah rəisi vəzifədən qovuldu
25 Oktyabr 2020 Ermənistanın döyüşə uşaqları cəlb etməsi ilə bağlı UNİCEF-ə müraciət
25 Oktyabr 2020 Korona dəhşəti: Komendant saatının vaxtı uzadılır
22 Oktyabr 2020 Cəbhəyə getmək istəməyən ermənilər özlərini koronavirusa "yoluxdurur" - Müsbət "COVİD-19" testi 2 min dollar
22 Oktyabr 2020 Ermənistanı itirmək təhlükəsi var – Erməni rejissor
21 Oktyabr 2020 İranda ötən sutka 312 nəfər koronavirusdan ölüb
19 Oktyabr 2020 Ermənistanda korona sürətlə yayılır: 2415 yoluxma, 24 ölü

Xəbər lenti