.

"Bundan  sonra  rusdilli  informasiya məkanında  müdafiə yox, hüçum taktikasından çıxış etməliyik".
Bu fikirləri "Rupor"a açıqlamasında Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi Şəfayət Avılbəyli bildirib.
O qeyd edib ki, son günlər  Rusiya media  məkanında  Azərbaycanın haqq işi uğrunda mübarizəyə gölgə salmağa çalışan bir qrup  təxribatçı, ermənipərəst  jurnalistlər açıq–aşkar  anti-azərbaycan  mövqeyi sərgiləməkdədirlər.
Rusiyanın bəzi telekanallarında ölkəmizə qarşı böhtan xarakterli mövqeyin əsas  səbəblərindən söz açan təşkilat təmsilçisi bildirib ki, birincisi, ordumuz  bu gün hücum taktikasında, müasir dövrdə  heç bir  ordunun  göstərmədiyi,  çətin relyef şəraitində,  eyni zamanda  informasiya «basqısı»  altında uğurlu  əməliyyatlar aparır,  amma nədənsə  biz  informasiya seqmentində  müdafiə  taktikasını  seçmişik ki, bu da kənardan  çox  zəif  effekti verir.
İkincisi vacib məqam-rusdilli informasiya məkanı, ingilisdilli informasiya məkanından fərqli olaraq, regionumuzda daha  maraqlı olan toplumdan  ibarətdir və yüzmilyonlarla  ölçülən  auditoriyaya  sahibdir:
"Odur ki, informasiya məkanında da hücum taktikasına  üstünlük  verməli, haqq işimizi haqq işi kimi təqdim etməkdən əlavə onu göstərməliyik ki, Azərbaycan və azərbaycanlılar  bu gün şərəfli tarixi mərhələni yaşayır, haqq işləri uğunda olması gərəkəni həyata keçirir. Bunun  əksini  fikirləşənlər  səhv edirlər  və  bizim qarşımızdadırlar, bizim haqq işimizdə yanımızdadırlarsa , bütün proseslərdə ədalətin yanında olacağımıza şübhələri belə olmayacaq.Təbii ki, bu dünyaya bir mesajdır. Qoy dünya bu barədə düşünsün.
Azərbaycanın  informasiya  məkanında  rusdilli  informasiya  təbliğatının mövcudluğu Rusiya ilə strateji münasibətlərin nəticəsidir.
Bu gün Azərbaycanlılar  bu  informasiya  məkanında  anti -Azərbaycan ritorikasının, açıq  yalanın və  şərin şahidi olur ki, bu da adekvat  olaraq içimizdə rusofobiyanı  gücləndirir. Nəticə isə müxtəlif  ola bilər. Məsələn  Rusiya Azərbaycanı itirmək təhlükəsi altındadır və  bunun cəmiyyətdə  işartıları var.
Digər tərəfdən isə Rusiyanın Azərbaycanı itirməsinin geosiyasi əhəmiyyəti  barədə çox danışılıb, bu, başa düşüləndi.
Digər aspektləri nəzərdən keçirək:
Rusiyada  tez- tez deyilir ki,  Azərbaycanda  yüzlərlə  rus  məktəbi, rus  sektoru  və rusdilli universitet var. Əgər, belə anti -Azərbaycan ritorikası fonunda rusofobiya güclənəcəksə, onda azərbaycanlılar öz uşaqlarını da rus sektoruna göndərməyə  bilərlər. Nəticədə hökumət rus məktəblərini bağlamasa da, lazımi sayda tələbə yığılmasa bu sektorun özü özlüyündə bağlanmasına gətirib çıxaracaq. Rusiya bununla "yumşaq diplomatiyasının" erkən mərhələ elementini itirəcəkdir. Təbii ki, biz media təmsilçiləri bu kimi təhlükələri  rusdilli auditoriyaya çatdırmalıyıq".

Ş.Avılbəyli bildirib ki, Rusiya iki bir- birinə zidd olan və onların maraqlarına cavab verməyən məsələni qabardırlar: Bir tərəfdən deyirlər Azərbaycanlı qastarbayterləri çıxararıq ki, bu da guya Azərbaycanda sosial gərginlik yarada bilər, digər tərəfdən etiraf edirlər ki, Azərbaycanlılar biznesi bacaran xalqdır:
"Birincisi, Azərbaycanlılar Rusiyada onların bacarmadığı iqtisadi fəaliyyətlə məşğuldur və onların iqtisadiyyatına, onun böyüməsinə, eləcə də dövlət olaraq Rusiyanın inkişafına  töhvə verirlər. İkincisi, biznesi bacaran şəxs Rusiya olmasın, işini digər regionlarda da qura bilər. Bu gün azərbaycanlıların digər MDB ölkələrində, ərəb ölkələrində, Avropa və digər regionlarda biznes fəaliyyəti ilə məşğuldurlar. Həqiqətən rus dilini bilmədən, cüzi kapitalla  Rusiyada  biznes və həyat quran adi  Azərbahcanlı  eyni yolla digər və daha azad və daha geniş biznes imkanları olan regionlarda da uğur qazana bilər.
Rusiya bazarına yönəlmiş olan qeyri-neft ixracatımızı digər regionlarla əvəz etmək bu gün problem deyil. Artıq bir neçə dövlətdə Azərbaycan Ticarət Evi var və digər regionlara ixracat yalnız qısa zamanın həll variantıdır. Bu, bizim biznesimizin diversifikasiya ediləməsinin, nihil  biznes  metodlardan  istifadədən qurtulmağın ən optimal yoludur".

Araşdırmaçı jurnalistin fikrincə, Rusiyanın bəzi KİV orqanlarında Azərbaycan əleyhinə səsləndirilən fikirlərə adekvat reaksiya vermək üçün sonsuz sayda arqumentlərimiz var və ölkənin rusdilli mediası şimal qonşumuzun haqsız mövqeyinə sərt reaksiya göstərməsi daha məqsədəuyğundur.

Xəbər lenti