"Azərbaycan xalqının səbri ilə oynamasınlar !"-İlham Əliyev
Ermənistan silahlı qüvvələri İran-Azərbaycan sərhədinə yaxınlaşsa Tehran Ermənistanı vuracaq
İlham Əliyev Xankəndinin vurulması haqda sualı cavabladı
Türkiyədən ABŞ-a S-400 mesajı: Bu iddia doğru deyil!
“Əgər onlar atəşkəsi pozmasaydılar, ...” - İlham Əliyev
Nazirlikdən xəbərdarlıq: Xəstəlik orduya çatmamalıdır!
Ermənilərin Qəbələyə raket atması nəticəsində 1 mülki şəxs yaralanıb, 5 evə ciddi ziyan dəyib
Türkiyənin Baş Ombudsmanı Heydər Əliyevin məzarını ziyarət edib
Anar Eyvazov: “Düşmənin 30 il ərzində qurduğu istehkamlar dağıdılıb”
Ərdoğandan Qarabağ açıqlaması: Kabus yaşadacağıq!
Düşmənin bu gecə məhv edilən döyüş texnikası - SİYAHI
Prezident Xocavəndin işğaldan azad edilən bu kəndinə YENİ AD VERDİ
Bu gün azad olunan şəhər və kəndlərimizin - Tam siyahısı
Mustafa Şəntop beynəlxaq ictimaiyyətə müraciət etdi - “Karsınız ya korsunuz?”
İran Ermənistanın PUA-sını vurdu

Ordu

Region

Aktual

Video

Foto

Eksklüziv

Müsahibə

Ədəbiyyat

Köşə

Facebook

.

Biz həmişə öhdəliyimizə sadiq qalırıq. Bildiyiniz kimi, humanitar zəmində atəşkəsin elan olunması qərarı Rusiyadan gəlmişdir və biz bunu dəstəklədik. Çünki düşünürəm ki, ölmüş əsgərlərin cəsədlərini və girovları mübadilə etmək, fəaliyyəti danışıqlar masasında davam etdirmək üçün, bu, doğru qərar idi. Çünki Moskvada elan olunmuş bəyannamədə faktiki olaraq danışıqların əsas prinsiplər çərçivəsində aparılacağı təmin edilib. Bu, həmişə bizim mövqeyimiz olub.
 
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “France 24” televiziya kanalına müsahibəsində atəşkəs reşiminin pozulması ilə bağlı suala cavabında bildirib.
 
Dövlətimizin başçısı Ermənistan tərəfinin həmişə prosesi pozmağa və danışıqlar masasına yeni yanaşmaları tətbiq etməyə çalışdığını vurğulayaq deyib: “Bunlar bizim tərəfimizdən və Minsk qrupunun həmsədrləri tərəfindən rədd edilmişdir. Digər məsələlərlə birlikdə bəyannamənin ən mühüm hissəsi ondan ibarətdir ki, danışıqların formatı dəyişməz olaraq qalacaq. Bu, çox önəmlidir. Ola bilsin, bunun geniş beynəlxalq auditoriya üçün nə anlam daşıması o qədər aydın deyil. Mən, əlbəttə, bu barədə daha ətraflı məlumat verəcəyəm. Çünki Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra son iki il ərzində fəaliyyətlərindən biri qondarma “Dağlıq Qarabağ respublikasının hökumətini” danışıqlar masasına cəlb etmək və beləliklə də danışıqların formatını dəyişmək idi. Çünki iyirmi ildən artıqdır ki, danışıqlar Minsk qrupu prosesi çərçivəsində Ermənistan və Azərbaycan arasında aparılır. Odur ki, qondarma “Dağlıq Qarabağ respublikası hökumətini” danışıqlara cəlb etmək səyləri formatı dəyişdirmək cəhdləri idi. Beləliklə, hər iki tərəf formatın dəyişməz olaraq qalmasına sadiq qaldıqda, bu, hər şeyin əvvəllər razılaşdırılmış çərçivədə olacağı deməkdir”.
 
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan atəşkəs rejiminə əməl edir. “Lakin bildiyiniz kimi, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və bu, təkcə Gəncədə baş verməyib. Gəncədə mülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir. Həmçinin onlar atəşkəsi hər gün pozurlar. Bu gün mənə məlumat verilmişdir ki, bu səhər saat 7-dən 9-a qədər onlar Tərtər və Ağdam şəhərlərini 150 dəfədən çox artilleriya atəşinə tutublar”, - deyə Prezident əlavə edib.
Bizim üçün hər gün yaşayırsınız" - Sənət adamları da Heydər Əliyevi andı
Nəğməkar şairədən yeni ifa-"Babamın davamçısı"
Bunlar xalqın artistləri oldu
Hadisədən Demetə CAVAB — Guya onun əri var?
TANINMIŞ PRODÜSER MİNARƏ ƏSKƏROVA 40 İLLİK YUBİLEYİNİ İTV AILƏSİNDƏ DOSTLARI İLƏ BİRGƏ KEÇİRTDİ

Xəbər lenti