.

Bakıda yeddi yaşlı uşaq naməlum şəraitdə vəfat edib.
Bu barədə oxu.az-a  Səbail Rayon Polis Şöbəsindən məlumat verilib.
7 oktyabr, saat 19:30 radələrində yaşayış binasının yaxınlığında 2013-cü il təvəllüdlü Saatlı rayon sakini Ağahüseyn Astanovun meyiti tapılıb.
İlkin məlumata görə, uşaq yüksəklikdən yıxılaraq ölüb.
Onun anası, 1993-cü il təvəllüdlü Əfsanə Astanovanın Elçin Əzizov küçəsi, 16 C nömrəli binada mənzil kirayə götürdüyü bildirilir. Uşağın ailəsi haqqında başqa bir məlumat yoxdur.
Prokurorluq hazırda uşağın ölümünün səbəblərini araşdırır.

Xəbər lenti