.

Göygöl rayonunda evə girən oğrular ər və arvadı bıçaqlayıb.

Hadisə Qızılqaya qəsəbəsindəki evlərdən birində qeydə alınıb. Mənzilə girən oğrular ev sahibi - 1961-ci il təvəllüdlü Fikrət Əliyev və həyat yoldaşı, 1969-cu il təvəllüdlü Əliyeva İradə Faiq qızına bir neçə bıçaq xəsarəti yetiriblər.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qadının sözlərinə görə, evə girən oğrular 2-3 nəfər olublar. 
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo

Xəbər lenti