.

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir.

AFİA.AZ xəbər verir ki, son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutulması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.
Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb. Belə ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində düşmənin daha bir taktiki PUA-sı məhv edilib.
Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Bəyan edirik ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
21 Oktyabr 2020 Düşmənin tabor komandiri məhv edildi - Rəsmi
20 Oktyabr 2020 Mustafa Şəntop Gəncəyə səfər edəcək
19 Oktyabr 2020 Ermənilər Tərtər pambıq zavodunu vurdu - Foto
19 Oktyabr 2020 Bu ərazilər azad edildi - Prezident elan etdi
18 Oktyabr 2020 “Azərbaycan Ordusu qarşıya qoyulan istənilən döyüş tapşırığını icra etməyə hazırdır”
18 Oktyabr 2020 Türkiyədə terror aktının qarşısı son anda alındı: Saxlanılanlar var
18 Oktyabr 2020 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
17 Oktyabr 2020 “Biz heç vaxt mülki əhalini vurmayacağıq, biz erməni deyilik” - Prezident
17 Oktyabr 2020 “Kasıb, yoxsul Ermənistanda bu qədər silah hardandır?” - Prezident
17 Oktyabr 2020 Düşmənin hərbi vəzifəliləri məhv edildi: Tabor geri çəkilir - RƏSMİ
17 Oktyabr 2020 Azərbaycan XİN Gəncə qətliamı ilə bağlı bəyanat yaydı
17 Oktyabr 2020 Hacıyev: Gəncəyə "Elbrus" raketləri atılıb - Foto
17 Oktyabr 2020 Baş prokuror Kamran Əliyev və Fövqəladə Hallar naziri Gəncədə hadisə yerindədir
17 Oktyabr 2020 Hikmət Hacıyev: “Gəncə və Mingəçevir raket hücumlarına məruz qalıb”
16 Oktyabr 2020 Prezident bir neçə kəndin azad olunmasını elan etdi
15 Oktyabr 2020 Türkiyəsiz hər hansı bir məsələ həll edilə bilməz - Prezident
15 Oktyabr 2020 Qarabağda erməni generalı məhv edilib
14 Oktyabr 2020 Yoluxanların sayı 350-ni keçdi
14 Oktyabr 2020 Ordumuz darmadağın etdi
13 Oktyabr 2020 Əhali Xankəndini tərk edib, şəhər boşdur - Video
13 Oktyabr 2020 İtaliyalı deputatlar Gəncə təxribatını pislədi
13 Oktyabr 2020 Ölkəmizdə koronaya yoluxanların sayı sürətlə artır
12 Oktyabr 2020 Bu, rəsmi Ermənistanın günahı kimi qalacaq - Savelyev
11 Oktyabr 2020 İlham Əliyev: Rusiya Paşinyanı növbəti dəfə xilas etdi
09 Oktyabr 2020 Düşmən Füzulini atəşə tutdu: Yaralılar var - RƏSMİ
08 Oktyabr 2020 “Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qadirdir” - Hulusi Akar
08 Oktyabr 2020 “Mardakert (Ağdərə) qanlı sıyığa dönüb, hər şey yanır, minlərlə ölü var...”
08 Oktyabr 2020 Düşmən yaşayış məntəqələrimizi atəşə tutur: Ölən və yaralananlar var - RƏSMİ
07 Oktyabr 2020 Prezident Suqovuşanla bağlı qanun imzaladı
07 Oktyabr 2020 Canlı yayımda Ermənistandan raket atıldı, Ordumuz dərhal... – Video

Xəbər lenti