.

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Həmin gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Bu münasibətlə Sizi Tanıyaq Layihəsinin bir qrup istedadlı gəncləri təbrik hazırlayıb. 
Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılmasınaminə əlindən gələni əsirgəməyən hər kəsə uğurlar və nailiyyətlər arzulayırıq! Sizi Tanıyaq layihəsinin iştirakçıları, Şuşanın Dağları ansanblının rəhbəri və gənc istedadları başda olmaqla bütün musiqiçi üzvlərini təbrik edir, uğurlar diləyirik
Layihə Rəhbəri
Vüsalə Qələndərli

Xəbər lenti