.


Bu gündən etibarən Bakı metropoliteninin fəaliyyəti bərpa edilir.

AFİA.AZ xəbər verir ki, saat 06:00-dan başlayaraq metroda qatarlar sərnişindaşıma xidmətini həyata keçirəcək.

Qeyd edək ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılacaq.

Xəbər lenti