.

Sentyabrın 10-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonunda tibbi aksiya keçirib.

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycanın ucqar rayonlardan olan Gədəbəy rayonu sakinlərinə tibbi xidmət göstərib. Aksiya sosial izolyasiya qaydaları qorunaraq həyata keçirilib. Aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdi.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçir. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə hətta əməliyyat olunmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu dövlət başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş cərrah-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası fəaliyyətə başlayıb.

Hazırda dünyada müxtəlif göz problemlərindən və korluqdan əziyyət çəkən insanların sayı həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.







24 Sentyabr 2020 Parlament diplomatiyası: Rusiyalı deputatlara və diplomatlara tarix dərsi - TƏHLİL
24 Sentyabr 2020 Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlandı - Yenilənib
24 Sentyabr 2020 Ermənistan idarəolunmaz böhrana girdi – Crbaşyan
23 Sentyabr 2020 Paşinyan hakimiyyətinə qarşı böyük mitinq keçirəcəyik - Qaqik Çarukyan
23 Sentyabr 2020 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb
22 Sentyabr 2020 KİVDF-dən jurnalistlərin binası ilə bağlı yayılan iddialara REAKSİYA
22 Sentyabr 2020 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır - FAKTLAR
22 Sentyabr 2020 Nikolun qorxusu: Zərbə vurmağa çalışır ki... - Bozoyan
21 Sentyabr 2020 Səfərbərlik Xidmətindən əhaliyə müraciət - VİDEO
21 Sentyabr 2020 Hər deputatın 3-5 könüllüsü ola bilər
21 Sentyabr 2020 Bakıda həkimlərlə məmurlar arasında - Qalmaqal
21 Sentyabr 2020 Azərbaycanda təhsil müddəti də pensiya stajı sayılacaq
19 Sentyabr 2020 Avropanın üç nəhəngi ABŞ-a qarşı: İrana sanksiya...
19 Sentyabr 2020 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR
19 Sentyabr 2020 Yevlax Mərkəzi Xəstəxanası cərimələndi: Üfünət, təhlükə...
18 Sentyabr 2020 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar
18 Sentyabr 2020 Dövlət qurumunun 21 əməkdaşı işdən çıxarılıb - RƏSMİ
18 Sentyabr 2020 Tofiq Yaqublu ev dustaqlığına buraxılıb - YENİLƏNİB
18 Sentyabr 2020 Prezidentin köməkçisi sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib
18 Sentyabr 2020 Vitse-spiker xaricdəki azərbaycanlı iş adamlarına çağırış etdi
18 Sentyabr 2020 Milli Məclisin Mədəniyyət komitəsi payız sessiyasında ilk iclasına toplaşdı.
18 Sentyabr 2020 DTX əməliyyatı: həbs olunan var - Foto
17 Sentyabr 2020 Rusiya XİN Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə münasibət bildirib
17 Sentyabr 2020 Millət vəkilləri Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin məzarlarını ziyarət ediblər.
17 Sentyabr 2020 Parlamentdə işə düzəlməklə bağlı YENİLİK
17 Sentyabr 2020 Əli Həsənova məxsus bina BOŞALDILIR
17 Sentyabr 2020 Erməni nazir: “Qarabağ münaqişəsi qarşılıqlı güzəştlər əsasında həll olunmalıdır”
15 Sentyabr 2020 Millət vəkilləri hərbçilərimizin ailələrini ziyarət ediblər
15 Sentyabr 2020 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı
15 Sentyabr 2020 15 sentyabr Bakının erməni işğalından azad edilməsi günüdür

Xəbər lenti