.

Millət vəkilləri Qənirə Paşayeva, Məşhur Məmmədov, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı Tovuzda düşmən hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş polkovnik İlqar Mirzəyevin ailəsini bu gün ziyarət ediblər.

AFİA.AZ xəbər verir ki, Q. Paşayeva şəhid polkovnikin ailə üzvlərinə, onun və silahdaşlarının şəhid olmasından cəmi 4-5 saat öncə etdiyi söhbətlərdən danışaraq, polkovnikin və silahdaşlarının qətiyyət və fədakarlığının, yüksək vətənpərvərlik ruhunun canlı şahidi olduğunu bildirib. Onun öz həyatını vətən şərəfini, zabit şərəfini uca tutaraq yaşadığını, övladlarına əvəzsiz mənəvi miras qoyduğunu bildirib.Millət vəkili kimi öncəbhədə xidmət edən hərbçilərimizlə ardıcıl görüşlərindən xatirələr bölüşən Qənirə Paşayeva, Tovuzda düşmən hücumunun dəf edilməsi zamanı hərbçilərimizin necə yüksək ruhla, dönməzliklə irəli atıldığını, düşmənə sarsıdıcı zərbələr vurduğunu qürur hissi ilə danışıb. Q.Paşayeva məlumat verib ki, İlqar Mirzəyevin o cümlədən Tovuz istiqamətində qəhrəmanlıqla şəhid olan digər qardaşlarımızın həyat yolu ilə bağlı məqalələr və haqlarında xatirələr toplanmış kitabların nəşri planından xəbərdardır. Millət vəkili gənc nəsillərimizin bu qəhrəman qardaşlarımızı daha geniş tanımasına xidmət edən layihələrə hər zaman dəstək olacağıq deyib.
Millət vəkili Məşhur Məmmədov İlqar Mirzəyev və silahdaşlarının öz şəhidlikləri ilə milli birliyə, həmvətənlərimizin ümumdünya səviyyəsində həmrəyliyinə çox böyük xidmət göstərdiyini deyib. Hər iki Millət vəkili, şəhid polkovnikin övladlarının təhsilini davam etdirməklə bağlı arzuları, qayğıları ilə maraqlanıb. Qeyd olunub ki, şəhidlərimizin hər birinin ailəsi dövlətimizin ali rəhbərliyinin cənab Prezidentimizin və hörmətli Mehriban xanımın yüksək diqqətindədir və bizim hər birimizin də borcu, şəhid ailələrinə münasibətdə ali rəhbərlikdən örnək götürməkdir.
Yazar Əkbər Qoşalı, şəhidin ailə üzvləri ürək sözlərini bölüşüb. Nur içində yatsın qəhrəman qardaşımız. Onu hər zaman sevgi və rəhmətlə anacağıq. Allah gözəl ailəsinə hər zaman yardımçı olsun!
03 Avqust 2020 Yenidən 190 manat veriləcək? - Rəsmi
02 Avqust 2020 Qənirə Paşayeva Asiya Parlament Assambleyasına MÜRACİƏT ÜNVANLADI
02 Avqust 2020 Millət vəkilləri şəhid mayorun ailəsini ziyarət etdi
02 Avqust 2020 ÜST beynəlxalq fövqəladə vəziyyət rejimini uzatdı
01 Avqust 2020 Hacıyev rus mətbuatına danışdı: İrəvanın hədəfləri...
01 Avqust 2020 Prezident İnam Kərimova yeni müavin təyin etdi
01 Avqust 2020 Millət vəkilləri şəhid generalın ata ocağını ziyarət edib.
31 İyul 2020 Rayonlara gediş-gəliş bərpa olunacaq? - TƏBİB-dən AÇIQLAMA
31 İyul 2020 TƏBİB-dən məktəb və uşaq bağçalarının açılması ilə bağlı — RƏSMİ AÇIQLAMA
31 İyul 2020 Orduya dəstək yürüşü ilə bağlı yaxın günlərdə yoluxma sayı arta bilərmi? - TƏBİB-dən AÇIQLAMA
31 İyul 2020 MN: Naxçıvan istiqamətində atəşkəsi ermənilər pozub
31 İyul 2020 “Sərt karantin rejimi yumşaldıla bilər” - TƏBİB rəsmisi+Video
31 İyul 2020 Ağdamda İran istehsalı olan mərmilər tapıldı - Foto
30 İyul 2020 Prezidentin tapşırığı ilə yeni təcili yardım maşınları gətirildi
30 İyul 2020 Büdcəyə yenidən baxılacaq - Təkliflər NK-ya təqdim edildi
30 İyul 2020 Şəhid polkovnikin ailəsi ziyarət edildi
30 İyul 2020 Los-Anceles meri erməni vandallarının hücumunu pislədi
30 İyul 2020 Bu gün buraxılış imtahanları keçirilir
30 İyul 2020 “Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” - Saakaşvili+Video
29 İyul 2020 Millət vəkilinin kitabı Təbrizdə nəşr edildi.
29 İyul 2020 Qobustanda modul tipli xəstəxananın açılışı oldu - FOTOLAR (YENİLƏNİB)
29 İyul 2020 Təhsil Nazirliyi dərslikləri qiymətləndirən mütəxəssislər axtarır
29 İyul 2020 "Zəyəmçay su anbarı Tovuz üçün həyatı önəm ərz edən layihələrdəndir"-Qənirə Paşayeva
28 İyul 2020 “Azərbaycanın torpaqlarını azad etmək səylərinə dəstək veririk” - Ərdoğan + Video
28 İyul 2020 Azərbaycanlılar erməni təcavüzünə qarşı Londonda aksiya keçiriblər - VİDEO
28 İyul 2020 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
28 İyul 2020 Leyla Abdullayeva Ermənistanın birgə təlimləri “təxribat” adlandırmasına cavab verdi
28 İyul 2020 Öz Vətəninizə xoş gəldiniz Türk ordusu!
28 İyul 2020 Paşinyanın mətbuat katibini məhkəməyə verdilər – SƏBƏBİ AÇIQLANDI
27 İyul 2020 Baş nazir işsizlərlə bağlı yeni qərar İMZALADI

Xəbər lenti