.


Sabunçu qəsəbəsi Qamboy Vəzirov küçəsi döngə 4-də yaşayan sakinlər üstü açıq kanalın ətrafa saçdığı dəhşətli üfünət qoxusundan boğulduqlarını, yağış yağarkən çirkab suların daşaraq küçələrə axdığını bildirirlər.
Ətrafda yaşayan onlarla ailə, bir o qədər də uşaq illərdir antisanitariya şəraitində yaşayırlar.
Buruq ərazisində yaşayan sakinlər onsuz da havasızlıqdan əziyyət çəkirdik, bu üstü açıq kanalın ətrafa saçdığı qoxu da bir dərd olub deyirlər: "Bu kanalın üstü açıqdır. Ətrafda olan yaşayış evlərinin,  bütün kanalizasiya və tullantı suları buraya axıdılır. Bu kanal kanalizasiya üçün nəzərdə tutulmayıb. Amma hər kəs öz xəttini buraya birləşdirib. Biz illərdir ki, bu şəraitdə yaşayırıq. Uşaqlarımız hava almağa çıxa bilmir, yağış yağanda kanalın çirkli suyu küçələrə yayılır, əsl xəstəlik mənbəyidir. 
Hava isti olanda buradan elə iy gəlir ki, küçəyə çıxa bilmirik. Qapıları, pəncərələri bağlayırıq. Çünki elə bir üfunət qalxır ki, boğuluruq. 


Biz evlərimizdə gələcəyin əsgərini, vətənpərvər gənclər böyüdürük, axı sağlam gənclər sağlam gələcək deməkdir. Bu cür gənclərlə hansı sağlam gələcəkdən danışmaq olar. Hamısı xəstəlik tapır.  Uzağı 100-150 m olar uzunluğu, üstünü bağlasalar azından bu çətinliyimiz aradan götürülər. Xahiş edirik səsimizi aidiyyatı orqanlara çatdırın, bəlkə problemimizi həll edərlər, kanalın üstünü bağlasınlar ki, iy-qoxu  ətrafa belə yayılmasın, sabah yağış yağanda daşmasın"-deyə sakinlər AFİA.AZ-a bildirib. 

Qeyd edək ki illər öncə kanalın üstü nazik betonlarla örtülüb, lakin kimlərsə betonu oğurlayıb. Dəfələrlə nəzarətsiz qalan azyaşlıların kanalın suyunu təmiz bilərək əyilib əllərini yuduğunu, ayaqlarını içinə salaraq yellədiklərini, əllərində yediyi meyvəni kanalda yuyub yediklərini görənlər olub. Sakinlərin demək olar ki hamısı aztəminatlıdır, şəxsi hesablarına kanalın üstünü bağlaya bilmirlər. İnanırıq ki, sakinlərin bu problemi tezliklə həll ediləcək. Xüsusən də Covid19 Pandemiyası dövründə küçə və prospektlərin dezinfeksiya edildiyi dövrdə Sabuçnu sakinlərinin də xahişi nəzərə alınacaq.
AFİA.AZ








Xəbər lenti