.

Milli Məclisdə elə deputatlar var ki, cəmiyyət onların adını bilmir. Amma mülklərinin sayı-hesabı yoxdur, var-dövlətlərini bir aya hesablayıb qurtara bilməzsən. Şirkətlər, apteklər, bazarlar, saxta dərman istehsalından tutmuş əxlaqsızlıq yuvasına qədər hər şeydən pul qazanırlar. O deputatlar heç vaxt nə mətbuata müsahibə verir, nə efirlərə çıxır, nə də nömrəsinə zəng çatır. Hamısı öz kefində, damağındadır. Nə danışa bilirlər, nə də danışmaq istəyirlər. Camaatın qabağına çıxıb danışmağı ümumiyyətlə, özlərinə sığışdırmırlar. Belə deputatlar ən çox ya yuxarıya möhkəm tellərlə bağlı adamlar olur, ya da yuxarı ilə qohumluq əlaqəsi olanlardır. Biri də var Milli Məclisin Elman Nəsirov kimi yetim deputatları.

Əminliklə deyirəm, bəlkə də Milli Məclisdə ən sadə adam Elman Nəsirovdur. Orta məktəbdə kənddən gələn şagirdi şəhər uşaqları gözümçıxdıya saldığı kimi onu da bu hökumət çumo eləyib. Nəsə bir şey olan kimi deyirlər, Elman, get danış! Hətta get danış sözünü elə deyirlər, üzün çevirən kimi arxadan ona gülürlər. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Mən əminəm ki, Elman Nəsirov yekə adamlarla təsadüfən eyni məclisə düşəndə onunla məzələnirlər. Məsələn, rişğəndlə deyirlər ki, pofessor, necəsən? O da irişə-irişə qayıdır ki, şükür Allahın birliyinə, yaxşıyam, siz necəsiniz? Yaxud, bəlkə də kefli məclislərdə kürəyinə yüngülvari şapalaq vurub deyirlər ki, professor, yamansan haaa! O da əzilib büzülə-büzülə gülür.
Əminəm ki, Milli Məclisin özündə də deputat yoldaşları onu ələ salaraq deyir ki, Elman, erməni səngərdə əyilə-əyilə sözün nətər demişdin? Ha, ha, ha! Təzə bir sözü gündəm olanda yenə ələ salıb deyirlər ki, nədi yenə camaat səndən danışır. Bu da nəsə izah eləyəndə sözün yarımçıq kəsib yo, yo, yaxşı idi, halaldır deyə-deyə maşına oturub gedirlər. Əminəm ki, Elman Milli Məclisin iclaslarına gedəndə kənardan onu görən deputat yoldaşları gülə-gülə bir-birinə deyir ki, yenə əyilə-əyilə gəlir. Yaxına gələndə də mırta soruşurlar ki, Elman, hardaydın? O da deyir, Xəzər TV-dən gəlirəm. Təzədən soruşurlar ki, nə danışdın, yenə bombaladın? Vəziyyət elə həddə çatır ki, Elman müəllim onunla məzələndiklərin bilib özü də gülür. Çünki başqa əlacı yoxdur. Sosial şəbəkələrdə camaat onu söysə də, maaşla dolandığına, heç bir biznesi, obyektləri olmadığına görə Milli Məclisdə, ümumiyyətlə, hökumətin içində o xalqın adamı hesab olunur. Bütün bunların səbəbkarı da təbii ki, özüdür. Bilir ki, hökumətə belə adamlar da lazımdır və bütün ciddi yerlər tutulub deyə o, bir təlxək yerini boş görən kimi özünü dürtüb ora.
Elman Nəsirovu efirlərə elə mövzularda danışdırırlar ki, o mövzuda Elman yox, kim danışsa gülüş, lağ hədəfinə çevriləcək. Torpaq 30 ildir işğaldadır, erməniləri, Paşinyanı da hər cür söyüb qurtarıblar və indi də Elman müəllimi göndəriblər ki, get danış. İndi bu yazıq nə desin? Söz qurtarıb. Bu da özünü dünya ədəbiyyatının, mədəniyyətinin bilicisi kimi göstərərək, Puşkinə istinad edir, camaat yenə gülür, yenə söyür. Milli Məclisin o qıllı deputatları gəlib danışsa, onlar da söyüləcək. Elman hələ ağıllısıdır. O birisilərin böyük əksəriyyəti ümumiyyətlə, Şuşanın nə vaxt işğal olunduğunu bilmir. Şuşa hələ məşhurdur. Kəlbəcəri vopşe bilmirlər. Ona görə də, əslində, mənim Elman Nəsirova səmimi qəlbdən yazığım gəlir. Bu cür adamlar mənim üçün heç vaxt nifrət hədəfi ola bilməz, ona daha çox tip kimi baxıram. O, hökumətdən də yarımamış adamdır. Əminəm ki, yüksək ranqlı məmurlar heç onun telefonun açmır. Çaşıb açanda da iki kəlmə ilə yola verib adboy düyməsin basırlar. Əsl yetimdir. O mənada ki, onun troll dəstəsi yoxdur, adam üstünə göndərməyə lotuları yoxdur. Bir az bəxti gətirmiş zəmanə adamıdır. Bəxti gətirmiş o mənada ki, deputatdır. Və tənqidlərə, hətta təhqirlərə də xeyli dözümlüdür. Məndə bir hiss var ki, o, evdə, ailədə, dost-tanış, qohum-əqrəba arasında çox yaxşı adamdır, ölkədə isə necə deyərlər, böyük siyasi oyunların kiçik peşkasıdır.
30 İyul 2020 Müəllim andı... -Hekayə
18 İyul 2020 "Böyük siyasi oyunların kiçik peşkası!"-Kəramət Böyükçöl yazır...
30 İyun 2020 Amerikalı kəşfiyyatçı Qrehem Fullerin Milli Şuradakı dostu...
10 Aprel 2020 DIĞA ÇİYİNLƏRİNDƏ KƏLLƏ QALMAYACAQ!
03 Aprel 2020 Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03 Aprel 2020 Qara xəbərlərin tanıdığı və tanıtdırdığı qapı
01 Aprel 2020 “VURĞUN ÖLDÜ DEMƏYİN...”
31 Mart 2020 Yəhudilərdən necə utanmayaq?
14 Mart 2020 Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq.
10 Mart 2020 Bir müəllimin monoloqu... - Ölü şairlər cəmiyyətindən reportaj
09 Yanvar 2020 Mənim yarımçıq SEVGİM
09 Yanvar 2020 VƏTƏN SEVGİSİ İMANDANDIR
25 Dekabr 2019 Nazir "Porsche" minsin, vətəndaş eşşək arabası sürsün..
25 Dekabr 2019 İbrahim Məsimoğlu -DAYAZ VƏTƏNÇİLİK NƏDİR?
26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı
03 May 2018 Eşq həvəsə sinonim olub-Kəmalə Paşayeva

Xəbər lenti