.


Naftalan şəhərində kişi arvadını öldürüb, ögey qızını yaralayıb.

 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, 1975-ci il təvəllüdlü Məmmədov Zəfər Həsən oğlu qeyri-rəsmi nikahda olduğu arvadı, 1979-cu il təvəllüdlü Verdiyeva Elnurə Elm qızını öldürüb. 

Z.Məmmədov E.Verdiyevanın birinci evliliyindən olan qızı, 2002-ci il təvəllüdlü Həsənova Aysun Elşad qızına ağır xəsarət yetirib.

İlkin məlumata görə, hadisə Aysun Həsənova ilə bağlı baş verib. Z. Məmmədov qısqanclıq zəminində ögey qızını öldürmək istəyib, bu zaman anası özünü onun önünə verib və qızını xilas etsə də, aldığı xəsarətdən vəfat edib.

Zəfər Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
***

Goranboy rayon prokurorluğundan Modern.az-a daxil olan məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

 

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

 

İlkin araşdırmalarla cinayətin zərəçəkmişin əri Zəfər Məmmədov tərəfindən ailə-məişət zəminində yaranan mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəfər Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xəbər lenti