.

Jalə Mütəllimova



Milli Şuranın yayılan videosunda hamı Qənimət Zahiddən danışdı. Onun “bizim işimiz dövləti şantaj etməkdir” ibarəsinə diqqət kəsildi həm də. Mənimsə diqqətimi bu müzakirələrdə ən az görünən və ən az danışan, hamını dinləyən, “müdrikcə susan” Rahim Hacıyev çəkdi.
Bu o Rahim Hacıyevdir ki, BDU-nun yataqxanasında Qənimət Zahidlə otaq yoldaşı, həm də dost olub. Eyni zamanda Rahim Hacıyevi ən yaxşı tanıyan adamlardan biridir Qənimət Zahid. Hələ uzun illər qohumu və lideri Əli Kərimlinin xəbər adamı deyirdilər ona Xəqani 33-də. Təbii bunları mən bilirəmsə Qənimət Zahid daha çoxunu bilir. Və əlbət məhz tanıdığı üçün yarızarafat, yarıciddi replikalar edirdi məhz Rahim Hacıyevlə bağlı. “Sən az-az görünürsən”, “sənin funksiyan nədən ibarətdir mən bilmirəm”, “sənin işin inboxsda kimə nə yazmaqdan ibarət deyil” və sair... Vəziyyəti Gültəkin Hacıbəylinin “Rahim bəy saçı az olmasından dolayı az görünür” bir az xilas elədi.
Ancaq deyim biləsiniz. Kimdir Rahim Hacıyev və Qənimət Zahidin replikasının mahiyyətində nə durur?
Rahim Hacıyev Milli Şuranın ən müəmmalı simalarındandır. Məsələn, “Ərəb baharı” proyektinin müəlliflərindən Qrehem Fullerlə dəfələrlər görüşən az sayda adamlardandır. Bəzi mənbələrin məlumatına görə hətta dostluq münasibətləri var. Hətta zamanında Qrehem Fulleri Əli Kərimlinin evinə aparan adam məhz Rahim Hacıyevdir.
Kimdir Qrehem Fuller? O, 1982-ci ildə ABŞ MKİ-nin Yaxın Şərq və Cənubi Asiya üzrə məsul şəxsi olub. 1986-cı ildə Donald Ramsfeldin rəhbərliyi altında Q. Fuller MKİ-in Milli Kəşfiyyat Şurasının sədr müavini kimi çalışanda da bəlli zona üzrə nəzarəti məhs o edib. 1988-ci ildə Əfqanıstanda müharibə sona yaxınlaşdığı üçün Q. Fuller rəsmi olaraq “RAND Washington” beyin mərkəzində kəşfiyyatdan istefa verib. Ancaq Pentaqon və MKİ-in bu bölgədəki fəaliyətinin hər zaman mərkəzində olub.
Yeri gəlmişkən, o, Fətullah Gülənlə də sıx bağlı adam idi. Bəzi mənbələrin məlumatına görə Fətullah Gülənin ABŞ vətəndaşlığı almasında müstəsna xidmətləri var. G.Fuller Amerikanın Türkiyə və Azərbaycan planlarının içində olan simalardandır. Məhz bu səbəbdən o, Türkiyəyə paralel, Azərbaycana da səfərlər edib, müxalifət düşərgəsi ilə sıx işbirliyi olub. Keçirilən görüşlərdə Azərbaycan dövlətinə təsir formaları dəfələrlə müzakirə predmeti olub.
Təbii, Qənimət Zahid bu keçmişi bilməmiş deyil. Və yaxşı anlayır ki, Rahim Hacıyev Milli Şura üzvü olsa da, sona qədər güvəniləcək biri deyil.
Bu dolayısı ilə həm də onu göstərir ki, bir yerdə oturmağa məcbur olan şura üzvlərini arasında əslində ciddi etimadsızlıq var. Yaxın müddətdə bu etimadsızlığın, özünü daha ciddi formada göstərəcəyi də istisna deyil .
18 İyul 2020 "Böyük siyasi oyunların kiçik peşkası!"-Kəramət Böyükçöl yazır...
30 İyun 2020 Amerikalı kəşfiyyatçı Qrehem Fullerin Milli Şuradakı dostu...
10 Aprel 2020 DIĞA ÇİYİNLƏRİNDƏ KƏLLƏ QALMAYACAQ!
03 Aprel 2020 Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03 Aprel 2020 Qara xəbərlərin tanıdığı və tanıtdırdığı qapı
01 Aprel 2020 “VURĞUN ÖLDÜ DEMƏYİN...”
31 Mart 2020 Yəhudilərdən necə utanmayaq?
14 Mart 2020 Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq.
10 Mart 2020 Bir müəllimin monoloqu... - Ölü şairlər cəmiyyətindən reportaj
09 Yanvar 2020 Mənim yarımçıq SEVGİM
09 Yanvar 2020 VƏTƏN SEVGİSİ İMANDANDIR
25 Dekabr 2019 Nazir "Porsche" minsin, vətəndaş eşşək arabası sürsün..
25 Dekabr 2019 İbrahim Məsimoğlu -DAYAZ VƏTƏNÇİLİK NƏDİR?
26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı
03 May 2018 Eşq həvəsə sinonim olub-Kəmalə Paşayeva
01 Aprel 2018 Tarixin yazdığı dastan-Türkiyə Azərbaycan!

Xəbər lenti